31.01.2013 / 12:15
Hər bir elm sahəsini öz incəlikləri olduğu kimi, onun dəiİn qatlarnda mövcud olan möcüzəsi də vardır. Ona görə dərin qatlarında deyirəm ki, möcüzəni görmək və onu aşkara çıxarıb təqdim eləmək heç də asan deyildir. Şübhəsiz ki, tədris etdiyi fənnin incəliklərini-möcüzəsini şagirdinə təqdim eləmək müəllimin ustalığından, bilik və bacarığından, eyni zamanda öz işinə bəslədiyi məhəbbətindən asılıdır. Şirvan şəhərindəki 9№li tam orta mktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevanın Yanvarın 14-da 5-ci sinifdə «Onluq kəsrlərin natural ədədlərə vurulması» mövzusunda keçdiyi açıq dərsdə də müəllim şagirdlərini, eləcə də dərsi dinləyənləri riyaziyyatın sehirli aləminə qərq eləməklə, möcüzələr dünyasına aparmışdı.
Açıq dərsdə Şirvan şəhər təhsil Şöbəsi Metodiki kabinetinin direktoru Elçin müəllim, məktəbin direktoru Əlizadə Hüseynov, «Təhsil və zaman» qəzetiin redaktoru Böyükağa Mikayıllı, məktəbin, eləjə də şəhərin digər təhsil ocaqlarından müəllimlər iştirak edirdilər. Müəllim hələ motivasiyanı qoyarkən dinləyicilərdə belə bir təəssürat yarandı ki, onlar maraqlı dərsə şahidlik edəjəklər. 45 dəqiqə həqiqətən də belə davam elədi. Bəs maraq doğuran nə idi? Müəllim motivasiyanın qoyuluşunda onluq kəsr, mərtəbə vahidi və natural ədəd olmaqla bir neçə onluq ədəd və bu ədədlərin fonunda çəkij şəkli təqdim elədi. Əslində bununla sinfə çağırış elədi ki, mövzu onluq kəsrin natural ədədə və mərtəbə vahidinə vurulmasıdır. Şagirdlər prolemin nədən ibarət olduğunu müəyyənləşdirdilər. Qeyd edim ki, müəllim iş forması kimi qruplarla və kollektiv iş formasından istifadə elədi. Sinif öncədən qruplara bölünmüşdü. Beş qrupun hər biri rəqəmlə adlandırılmışdı.
«Toplama əməlini vurma ilə əvəz etsək, 1,5+1,5+1,5+1,5 ifadəsini nejə hesablaya bilərik?» tədqiqat sualı şagirdlərə təqdim olunduqdan sonra işçi vərəqləri paylandı. Qruplar öz liderlərini müəyyən edərək tədqiqat sualı ətrafında işləməyə başladılar. Müşahidələrimə əsasən deyə bilərəm ki, müəllim sinfidə işgüzar mühit yarada bilmişdi. Qrup üzvlərinin hər biri verilmiş ayrıja tapşırıqlar üzərində jiddi əməkdaşlıq şəraitində işləyirdilər. Ümumiyyətlə, sinifdə əməkdaşlıq mühitinin yaradılması fikrimjə, müəllimin ən böyük uğurlarından biridir. Əməkaşlıq şəraitində işləməyi bajaran şagird ümumiyyətlə, bu hisslərlə böyüyərsə, bu onun həm də bir şəxsiyyət kimi yetişməsində müstəsna rola malik ola bilər. Sevinc Niftiyevanın təqdim etdiyi dərsdə ilk növbədə diqqətimi jəlb edən məqam məhz bu oldu. Digər bir məqam isə qeyd etdiyim kimi, həvəsləndiriji mühitin təmin olunması idi. Belə bir təəssürat yaranırdı ki, bir neçə nəfəri çıxmaq şərtilə sinifdə hamı riyaziyyatı öyrənməyə maraq göstərir. Sözsüz ki, bunu da müəllimin uğuru hesab eləmək olar. Axı, sinfin böyük əksəriyyətində tədris etdiyin fənnə maraq oyatmaq heç də asan deyil, həm də ki, bu fənn riyaziyyat ola…
Əməkdaşlıq və həvəsləndirici mühit şagirdlərin cavablarında da özünü göstərdi. Adətən dərslərin əksəriyyətində müşahidə edirik ki, qrupun cavablarını qrup liderləri təqdim edir. Amma Sevinc Niftiyeva burada bir qədər fərqli yanaşma nümayiş etdirmişdi. Cavabların təqdimatında qrupun lideri ilə yanaşı, həmin qrupun digər bir şagirdi də iştirak edirdi. Bu da dərs prosesini yeknəsəklikdən uzaqlaşdırır, prosesin canlanmasına yol açırdı. Ümumiyyətlə, Sevinc Niftiyevanın dərsində diqətimi cəlb edən ən əhəmiyyətli məqam dərsin ekspromt keçirilməsi idi. İştirak etdiyimi açıq dərslərin böyük əksəriyyətində müşihidə etdiyim öncədən hazırlıq, əzbərçilik burada yox idi. Müəllim bu dərsə də gündəlik keçdiyi dərslərin davamı kimi yanaşmışdı. Hər şey öz təbii axarında davam edirdi. Sünilik hiss olunmurdu. Şagirdin sualları düzgün cavablandırması da, haradasa səhv etməsi də təbii prosesin nəticəsi kimi meydana çıxırdı. Əslində bu, mövzunun yüksək səviyyəsidə mənimsədilməsində ən optimal yoldur. Axı, şagirdi əzbərçiliklə deyil, səhvlərini düzəldə-düzəldə öyrətmək mümkündür. Elə əməkdaşlıq da bu mühitdə tam mənası ilə meydana çıxır. Kimsə səhv edir, kimsə onu aradan qaldırmaqda yoldaşına yardımçı olur. Kimsə suala doğru javab verir, kimsə onun cavabını daha da təkmilləşdirir. Nəticə etibarilə sinifdə mövzunu mənimsəmək üçün əsl pedaqoci-psixoloci mühit yaranır. Sözsüz ki, müşihidə etdiyimiz dərsdə də biz bunun şahidi olduq. Həm də onun şahidi olduq ki, 15 ildən artıq pedaqoci təcrübəyə malik olan Sevinc Niftiyevanın pedaqoci-metodiki hazırlığı sinfi yüksək səviyyədə idarə etməkdə, öz biliklərini optimal şəkildə mənimsətməkdə ona yardımçı olur. O, prosesi elə nizamlamışdı ki, dərsin hər bir dəqiqəsindən səmərəli istifadə olunsun, eləcə də problem ətrafında daha çox şagird işə cəlb olunsun. Hər kəs bu və ya digər formada öz fikrini ifadə edə bilsin. Aytac Əliyeva, Vüqar İsmayılzadə, Qulam Əliyev, Xudaverdi, Əzizağa, İzzət Fətullayeva, Həsənağa, Türkan Şıxəliyeva, Rəşad Mənsimov, Əfsanə Quliyeva, Fəridə Ağammədova dərs prosesində daha öndə getməyə çalışırdılar. Əlbəttə ki, dərs prosesində yaradıcı işləmək, qoyulmuş problemlərin həllində yaradıcı mövqe tutmaq asan deyil. Amma fikrimcə Sevinc Niftiyevanı yaradıcı işləməyi bacaran müəllim hesab etmək olar. Birincisi, müəllimin suallarının qoyuluşundan və dərs prosesində şagirdlərini yaradıcı işləməyə həvəsləndirməsindən bu nəticəyə gəlmək mümkündür. İkincisi, o, dərs posesini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə məharətlə uzlaşdıra bilirdi. Bir sözlə, İKT əməlli-başlı dərs prosesini optimal yerinə yetirməkdə müəllimin yardımçısı kimi çıxış edirdi. Bu, daha çox nəticə və ümumiləşdirmədə, yaradıcı tətbiq etmədə müəllimin köməyinə gəlirdi.
Müəllimin köməyinə gələn digər bir vasitə isə seçdiyi optimal iş üsulları, eləcə də inteqrativ mühiti təmin etməsi idi. Ümumiyyətlə, «Beyin həmləsi», «Müzakirə» üsulları onluq kəsirlərin natural ədədlərə vurulması mövzusunda səmərəli üsul sayıla bilər. Nejə ki, müəllim məhz bu üsulların vasitəsilə dərsini maraqlı qurmağı, məqsədinə nail olmağı bajardı. Şagirdlər müşahidə etdiyimiz kimi, toplama əməlini vurma əməli ilə əvəz etməyi, onluq kəsrlərin natural ədədə, mərtəbə vahidlərinə vurulması bacarıqlarına yiyələndilər. Dərsin qiymətləndirilməsi mərhələsində də müəllim müasir təlim texnologiyalarının tələblərinə əməl elədi. Və burada da açıq dərs standartlarından kənara çıxdı. Müşahidə etdiyim açıq dərslərin böyük əksəriyyətində müəllim şagirdlərin hamısını yüksək qiymətləndirir. Burada isə belə olmadı. Proses necə öz axarında getmişdisə, eləjə də tamamlandı. Hərə öz qiymətini aldı və heç də hamı əla almadı. Dərsin sonunda müəllim «Möcüzələr aləmi» adlı maraqlı slayd nümayiş etdirdi. Slayadlar, doğrudur, maraqlı idi. Burada dünyanın 7 möcüzəsindən bəhs olunur və onların riyaziyyatla əlaqəsi meydana qoyulurdu. Diqqət çəkən məqam o idi ki, müəllim riyazi biliklərlə yüklənmiş şagirdləri dünyanın möcüzələri ağuşunda yeni-yeni biliklər əldə etməyə ruhlanırırdı.Onların hər birinin «Alqı satqı mərkəzlərindən verilən qəbzlər üzərində hesablama aparmaq» tapşırığı üzərində həvəslə işləyəjəklərinə şübhə yeri qalmırdı.
Böyükağa MİKAYILLI

No comments:
Post a Comment