Bu günlərdə Bakının Nəsimi rayonundakı 164 nömrəli
tam orta məktəbdə keçirilən “Azərbaycanı
tanıyaq, tanıdan” mövzusunda ədəbi-bədii kompozisiya iştirakçıların böyük
marağına səbəb oldu. Tədbiri açıq elan edən şagirdlər öncə xaricidən gələn
teleqramı oxudular. Teleqramda yazılmışdı ki, bu gün Bakı limanına bir gəmi yan
alacaq. Gəmi müxtəlif xarici ölkələrdən olan qonaqları gətirəcək. Biz onları əsl
Azərbaycan qonaqpərvərliyi ilə qarşılamalı, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı,
təbəiəti, folkloru haqqında məlumat verməli, ədəbi-mədəni dəyərlərimizi nümayiş
etdirməliyik. Bir neçə dəqiqədən sonra səhnənin pərdəsi qaldırıldı. Əllərində təmsil
olunduğu ölkələrin bayrağını tutmuş, öz ölkələrinin milli geyimində olan oğlan
və qızlar gəminin göyərtəsində göründülər. Onların hər biri öz ölkələrinin xalq
musiqisinin sədaları altında gəmidən düşür, gül-çiçək dəstələri ilə qarşılanır,
zalda öz yerlərini tuturdular. Yapon, ərəb, ispan, türk, hind, rus, ukraynalı,
yunan, gürcü, amerikan, özbək milli geyimlərində gəmidən enən uşaqları öz ölkələrinin
milli rəqs sədaları müşaiyət edirdi. Maraqlı idi ki, tədbirin təşkilatçıları bu
dinamik başlanğıcla tamaşaçılarda yüksək əhvali-ruhiyyə yaratmağı, yüksək səviyyəli
kompozisiyanın keçiriləcəyi çağırışını verdilər.5.09.2015
Məktəblərdə fənn kafedralarının yaradılması – dövrün tələbi
Müsahibimiz Təhsil Şurası idarə heyətinin üzvü, uzun illər Bakının Qaradağ
rayonundakı 288 nömrəli tam orta məktəbə rəhbərlik etmiş veteran məktəb rəhbəri
Nəriman Hüseynovdur.
Nəriman müəllimlə söhbətimiz məktəblərdəki fənn metodbirləşmələrinin
formal fəaliyyəti, fənlər üzrə kafedraların yaradılmasının zəruriliyi barəsində
oldu. Veteran məktəb rəhbəri hesab edir ki, təhsil müəssisələrində fəaliyyət
göstərən fənn metodbirləşmələrinin fəaliyyəti əksər hallarda formal xarakter
daşıyır. Kağız üzərində yazılanlardan başqa bir şey deyil. Odur ki, fənn metodbirləşmələrinin
işinin günün tələbləri səviyyəsində qurulması, məktəbdə tədrisin keyfiyyətinin
yüksəldilməsi baxımından vacibdir.
Bəs məktəblərdə fənn metodbirləşmələrinin fəaliyyəti nə üçün müasir
dövrün tələbləri ilə ayaqlaşmır? sualımıza Nəriman Hüseynov belə cavab verir:
Qələbəyə, gələcəyə inam əzmi
Vətənpərvərlik hissi ilə
Burada hər şey fərqlidir. İlk fərq ondan ibarətdir
ki, hamı, ümunmtəhsil məktəbindən fərqli olaraq hərbi geyimdədir. Bu da təbiidir.
Gələcəyin zabitlərinin hazırlandığı Cəmşid Naxçivanski adına hərbi liseydə dərslər
hərbi salamlaşma ilə başlayır. Bundan sonra da dərs elə hərbi intizamla da
davam edir.
Təcrübəli ingilis dili müəllimi Şəlalə Haqverdiyeva
2003-cü ildən ki, bu təhsil ocağında ingilis dilini tədris edir. Kursantlara
xarici dilin öyrədilməsinin zəruriliyini dərk edən təcrübəli müəllim pedaqoji fəaliyyətini
məhz bu aspektdə qurmağı bacarır. Onun dərsində hər bir kursant fəal idi və bu
fəallıq, şübhəsiz ki, birdən-birə yaranmamışdı. Şəlalə Haqverdiyeva o müəllimlərdəndir
ki, hər bir sözü şagirdinin qəlbinə yazaraq
onun təfəkkürünü işıqlandırmağı bacarır.
Həyat qədər real
Uşaqlar torpağa yenicə sancılmış ağaclar, müəllim isə
bağban kimidir. Ağacın necə boy atacağı,
bar verib-verməyəcəyi bağbanın ona necə qulluq edəcəyindən asılıdır. Yaxşı
bar əldə etmək üçün ağaca xüsusi qulluq olunduğu kimi, uşaq zəkasının inkişafı
da ardıcıl, diqqətli, düşünülmüş yanaşma tələb edir. Uşaq aləmi sonu gerçəkləşən
nağıl aləmidir. Müəllim bu nağıllar aləmində elə məharətli rol oynamalıdır ki, uşaq həqiqətə
çatmaq yolunda çox əziyyətlərlə üzləşməsin, əksinə, optimal yollarla nail
olsun.
5.05.2015
İdeyalarla zəngin dərs
Müəllim dərsin istənilən məqamında qarşıya çıxan
problemləri aradan qaldırmaq, eləcə də yeni situasiyalar yaratmaq üçün zəngin ideya bazasına malik olmalıdır.
İdeyalar dərsi təkmilləşdirir, onun səmərəliliyini artırır, tədris prosesinin orijinal
səciyyə daşımasına yol açır. Müəllimin ideyalılıq imkanları şagirdlərin də
yaradıcı işləmələrinə şərait yaradır, onların gələcək həyat yollarının daha
düzgün müəyyənləşdirilməsinə yardımçı olur.
Biz hər birimiz yağışın yağmasını, günəşin doğmasını, ildırımın
çaxmasını, küləyin əsməsini, suların don bağlamasını müşahidə etmişik. Bunların
hər biri təbiət hadisəsi olmaqla, özündə bir gözəllik, füsunkarlıq, eyni
zamanda sirr yaşadır. Amma bütün bunlar bizə o zaman daha maraqlı və əsrarəngiz
təsir bağışlayır ki, biz onların baş vermə səbəblərini bilək, onlar haqqında məlumatımız
olsun. Hər şey belədir, təbiət də, insanlar da, cəmiyyət də…Sevinc Abbasova tədris
etdiyi coğrafiya, iqtisadiyyatın əsasları fənninin imkanlarından və şübhəsiz
ki, özünün yaradıcılıq potensialından istifadə etməklə, təbiət-cəmiyyət-insan
münasibətlərini müasir yanaşmalar baxımından səciyyələndirib, şagirdlərini bu
problem ətrafında düşünməyə dəvət edirdi. Müəllimin irəli sürdüyü layihələr,
ideyalar şagirdlərin də yeni-yeni fikirlər meydana qoyması, polemikalar
yaradılması ilə müşaiyət olunurdu. Dərs prosesində ideyaların, yeni fikirlərin
yaranması adi bir hala çevrilmişdi. Sinifdə yaradılan sərbəst mühit daha mütərəqqi
və orijinal fikirlərin yaranmasına yol açırdı.
Subscribe to:
Posts (Atom)