286 nömrəli tam
orta məktəbin pedaqoji kollektivi və şagirdlər görkəmli alimlərlə görüşdü
Görüş cəmiyyət
üçün aktual olan mövzuya həsr olunmuşdu
"Təhsil və zaman" qəzeti 07.01.2017.
"Təhsil və zaman" qəzeti 07.01.2017.
Bu günlərdə
Bakının Yasamal rayonundakı 286 nömrəli tam orta məktəb daha bir maraqlı
tədbirə ev sahibliyi etdi. Öncə qeyd etmək istərdim ki, bu təhsil ocağında son
vaxtlar reallaşdırılan tədbirlər məzmun, ssenari, tərtibat baxımından tamamilə
özünəməxsus xarakter daşıyır. Oxucularımıza yaxşı tanışdır ki, ötən dərs ilində
təşkil olunmuş “İki şairin görüşü” adlı musiqili, ədəbi-bədii kompozisiya
tarixiliklə müasirliyin vəhdətinin yaradılması, keçmişlə bu günün üz-üzə
gətirilməsi, şagirdlərin sanki zaman maşınında keçmişə səyahətə çıxarılması
tədbirin məzmun baxımından orijinallığı ilə səciyyələnmişdi. Həmin tədbirin
təşkilatçısı, məktəbin dil-ədəbiyyat müəllimi Tamilla Qədirova öz orijinal
ənənəsinə sadiq qalaraq bu dəfə də maraqlı bir ssenari ilə kollektivin görüşünə
gəldi. “Müəllimin cəmiyyətdə rolu və keçmişə səyahət” adlandırılan tədbirinin
qonaqları xalq şairi Nəriman Həsənzadə, pedaqoji elmlər doktoru, professor
Əjdər Ağayev, filologiya elmləri doktoru, professor Nizami Cəfərov idi.