11.18.2016
Aqrar inqilabın böyük alimi
Akademik
Eyyub Bəşirov-90
Akademik Eyyub Bəşirov - Roma Papasının
öz portretini hədiyyə etdiyi azərbaycanlı
Akademik Eyyub Bəşirov Azərbaycanda
heyvandarlığın inkişafında öz rolu olan tanınmış alimdir. Akademikin bir çox
elmi əsərlərindən, tədqiqatlarından həm ölkədə, həm də dünyada geniş istifadə
olunur.
Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirov gələn il 90 illiyi qeyd edəcək. Yubileyi ilə bağlı jurnalist Əfqan Məmmədovun "Azərbaycan və dünya aqrar elminin inkişaf tarixində akademik Eyyub Bəşirov yaradıcılığının rolu və əhəmiyyəti" məqaləsini ixtisarla "Ekspress"in oxucularına təqdim edirik.
Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirov gələn il 90 illiyi qeyd edəcək. Yubileyi ilə bağlı jurnalist Əfqan Məmmədovun "Azərbaycan və dünya aqrar elminin inkişaf tarixində akademik Eyyub Bəşirov yaradıcılığının rolu və əhəmiyyəti" məqaləsini ixtisarla "Ekspress"in oxucularına təqdim edirik.
BƏSTƏKAR HACIBABA HƏSƏNOVUN MUSİQİ DÜNYA
Yazı "Təhsil və zaman"
qəzetində dərc olunub.
Bu dünyanın sirli-soraqlı qapılarını
açmazdan əvvəl gəlin bir anlığa keçən əsrin ikinci yarısından çəkilişinə
başlanan və 1958-ci ildə kütləvi şəkildə geniş ekranlarda nümayiş etdirilən
«Ögey ana» filmindən ucqar dağ kəndlərinə yol tikintisində çalışan fəhlələrin,
mühəndislərin nahar fasiləsi zamanı verilən konsertlə bağlı epizodu yada salaq.
Hələ o dövrdə hamı tərəfindən sevilən xalq artisti Əbülfət Əliyevin ifa etdiyi
«Eşqimin novrağı» mahnısından «o körpəmin anasıdır, öz körpəmin anasıdır»
misralarının musiqiylə təsirli bir ahəng yaratdığını həyəcansız dinləmək olmur.
Minlərlə, milyonlarla tamaşaçıların çox az bir qismi bilir ki, həmin ecazkar və
bəstəkarın özünün dediyi kimi yerinə düşən mahnının müəllifi Hacıbaba
Həsənovdur. Yarım əsrdən çoxdur ki, «Ögey ana» filmi dünyanın ən məşhur
kino-teatr salonlarında, televiziya ekranlarında nümayiş etdirilir.
Heyrət-heyranlıq yaradır və belə bir sual da meydana çıxır:
Rafiq İmrani: “Azərbaycan mədəniyyətini gur axan çaya bənzətmək olar”
Müsahibimiz sənətşünaslıq doktoru,
professor Rafiq İmranidir.
Arayış: Rafiq İmrani 1951-ci ildə Bakıda
anadan olub. Asəf Zeynallı adna Musiqi Məktəbini və Azərbaycan Dövlət
Konservatoriyasnı bitirib. 1979-cu ildən Konservatoriyada pedaqoji fəaliyyətə
başlayıb. Eyni zamanda elmi-tədqiqat işi ilə məşğul olub. Musiqi və muğam
tarixinə aid 6 kitabı çap olunub.
Metodik və dərs vəsaitlərinin, 60-dan yuxarı elmi məqalənin müəllifidir. 1988-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti” mövzusunda namizədlik, 1994-cü ildə isə “Azərbaycan muğamlarının tarixi və elmi-nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Metodik və dərs vəsaitlərinin, 60-dan yuxarı elmi məqalənin müəllifidir. 1988-ci ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti” mövzusunda namizədlik, 1994-cü ildə isə “Azərbaycan muğamlarının tarixi və elmi-nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
R.İmrani Azərbayca
Akif Xalıqov: “Biz təhsili dəyər kimi qəbul edirik”
2010-cu ildən “Elektron məktəb” statusu
ilə fəaliyyət göstərən Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey
bu gün təkcə Lənkəranda deyil, regionda bu statusu daşıyan yeganə təhsil
müəssisəsidir. Məlum olduğu kimi, 2009-cu ildən reallaşdırılmasına başlanmış
“Elektron məktəb” layihəsinə respublikanın 50 təhsil müəssisəsi cəlb edilib.
Bəs bu layihənin mahiyyəti nədən ibarətdir? “Elektron məktəb” statusu təhsil
müəssisəsinin həyatına hansı dəyişiklikləri gətirir? Bu dəyişikliklər məktəbin
perspektiv inkişafında hansı əhəmiyyətə malikdir? Əslində 6 nömrəli
məktəb-liseyə gələndə bu kimi suallara cavab tapmağa ümidli idim. Məktəbin
direktoru, tanınmış məktəbşünas Akif Xalıqov bu istiqamətdə suallarımı dolğun
11.14.2016
Təhsil Şurası Məktəbəqədər Təhsil işçilərinin Birinci Respublika Forumunu keçirdi
"Təhsil
Və Zaman" qəzeti, 10.11.2016.
Azərbaycan Təhsil Şurası oktyabrın 8-də
Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Məktəbəqədər
Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirdi. Forum “Məktəbəqədər
təhsil müasirlik müstəvisində” mövzusuna həsr olunmuşdu. Forumda Azərbaycan
Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin məktəbəqədər
təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Təhsil Şurası İdarə heyətinin
üzvlərindən professorlar Mirzəli Murğuzov, Asəf Zamanov, Nazim Kazımov, əməkdar
müəllimlər Aliyə Təhmasib, Həqiqə Məmmədova, “Təhsil və zaman” qəzetinin
redaktoru Böyükağa Mikayıllı, Kəmalə Qədirova, Samir Mehdizadə, Sevinc
Abbasova, “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri Yusif Əliyev, eləcə də
respublikamızın ayrı-ayrı rayonlarından məktəbəqədər təhsil sahəsinin
mütəxəssisləri, bu sahənin tədqiqatçıları iştirak edirdilər.
Forumu giriş sözü ilə açan Təhsil Şurasının sədri professor Əjdər Ağayev Azərbaycanda məktəbəqədər təhsil sahəsinin inkişaf tarixindən, bu sahədə zaman-zaman həyata keçirilən inkişafyönümlü layihələrdən, həmçinin dünya təcrübəsindən bəhs etdi. Ə.Ağayev Azərbaycanda məktəbəqədər təhsil sisteminin yeniləşməsinə, burada fundamental işlərin görülməsinə zəruri ehtiyac olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, uşağın inkişafı, təlimi, təhsili, tərbiyəsi işinin özülü məktəbəqədər təhsil müəssisələrində qoyulur. Təəssüf ki, ölkəmizdə uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunması aşağı səviyyədədir. Buna baxmayaraq, səmərəli iş təcrübəsi olan məktəbəqədər təhsil müəssisələri və bu müəssisələrdə çalışan qabaqcıl mütəxəssislər vardır. Məktəbəqədər təhsil müəssisələri üçün tikilən yeni binalar, bu binaların müasir texnologiyalarla təchiz olunması gələcəkdə bu sahədə nailiyyətlərin əldə olunacağından soraq verir. Qabaqcıl təcrübəni ümumiləşdirmək, yaymaq, mövcud problemləri müzakirə etmək və aradan qaldırmaq yollarını müəyyənləşdirmək üçün məktəbəqədər təhsil müəssisələrində çalışanların toplantısını keçirməyə ehtiyac vardır. Bu ehtiyacı və mütəxəssislərin arzusunu nəzərə alaraq Təhsil Şurası Məktəbəqədər Təhsil İşçilərinin Birinci Respublika Forumunu keçirməyi nəzərdə tutmuşdur. Forumun məqsədi məktəbəqədər təhsil işçilərinin peşəkarlığının artırılmasında modernləşmədən istifadənin nümayişi və qabaqcıl təcrübənin təbliğidir.
Məktəbəqədər təhsil müasirlik
müstəvisində
Təhsil nazirliyinin sektor müdiri
Nərminə Alnağıyeva “Məktəbəqədər təhsil müasirlik müstəvisində” mövzusunda
çıxış etdi. O, məktəbəqədər təhsil işçiləri üçün mühüm əhəmiyyətli hesab etdiyi
bu foruma çıxışını ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: “Təhsil
həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, milli mənafe
əsasında qurulmalıdır.” Təhsilin ilk pilləsi olan məktəbəqədər təhsil ailənin,
cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların ilkin yaş
Həyatın ən mühüm suallarından biri
Bir dərs yalnız
texnologiyanın tətbiqi ilə deyil, müəllimin ənənəviliyi və müasirliyi sintez
etmək bacarığı, bu bacarığı reallaşdırmağa yardımçı olan təfəkkür genişliyi ilə
zənginləşir.
286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadənin 6-cı sinifdə “Həyati
bacarıqlara əsaslanan təhsil” fakültativ kursundan apardığı dərs
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan, müəllim və
şagirdlərin real həyata obyektiv baxışları, bu baxışların realizəsi fonunda
davam etdi. Dərsin maraqlı olduğu qədər də həyatilikdən doğan mövzusu, əslində
fikirlərin tətbiqi üçün geniş imkan yaratmışdı. Əlbəttə ki, müəllim də öz növbəsində
bu imkanı stimullaşdırırdı. “Övlad-valideyn, şagird-müəllim” münasibətləri
mövzusunun tədrisi əslində müəllimdən pedaqoji ustalıqla yanaşı, həm də zəngin
həyat təcrübəsi tələb edir. Daha doğrusu müəllim öz həyat təcrübəsini pedaqoji
ustalıqla meydana qoyub həyatın bu zəruri sullarına cavab almalıdır.
Dərsdə ilk olaraq diqqətimi cəlb edən müəllimin
şagirdlərini mükəmməl tanıması idi. Əlbəttə ki, bu, dərs prosesində mühüm
pedaqoji-psixoloji amildir. Xüsusən də həyati mövzuların tədrisində bu, daha
ciddiliyi ilə özünü biruzə verir. Şübhə
yoxdur ki, əgər müəllim hər bir şagirdini yaxından tanıyır, onun
xarakteristikasını bilir, ailə mühitinə, psixoloji durumuna bələddirsə, bu,
amil dərs prosesinin daha səmərəli alınmasına şərait yadacaqdır.
Təbiət zənginliyinin əks olunduğu dərs
Bu yazı Xocavənd rayon 2 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Elnarə Məhərrəmovanın iş təcrübəsindən bəhs edir.
Mənim üçün adi dərs, açıq dərs anlayışı yoxdur. 1
müəllim və 30 nəfər şagirdin yaratdığı bir əsər, həmin əsərdə həyatın
anları var. Gərək o əsərə, o anlara ən
yüksək fikir zirvəsindən baxmağı, onun dəyərli məqamlarını meydana çıxarmağı
bacarasan... Əgər müəllim ən kiçik hadisəni, ən kiçik dənizi, ən kiçik çayı, ən
kiçik obrazı şagirdin düşüncəsində, xəyallarında əks etdirə, onun həyati vacib
məqamları barədə təsəvvür oyada bilirsə, demək ki, belə müəllim şagirdinin təsəvvüründə həyat nədir sualının
cavabını da formalaşdırmağı bacarır. Belə müəllim üçün hər hansı bir mövzu həyatın
ən böyük problemləri, sınağı kimi, əhəmiyyətli olur. Belə dərslərin haradan
başlayıb, haradan bitdiyini də bilmirsən. Xocavənd rayon 2 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Elnarə Məhərrəmova da 7-ci sinifdə tədris etdiyi “Yer kürəsinin
gölləri” mövzusu ilə dünyanın su möcüzəsinin
təfəkkürlərdə əks olunmasını, bəşəri həqiqət axtarışlarını hədəfləyirdi. Sanki
dünya onlar üçün böyük bir okean, axtarışında olduqları göllər isə mirvarilər
idi. Onlar bu mirvariləri min əzab-əziyyətlə toplayıb bəşəriyytin boynundan ən
qiymətli inci kimi asmaq arzusunda idilər. Onlar üçün mövzu ilə bağlı hər bir məqam
əhəmiyyətli idi. Göllərin dərinliyindin tutmuş, onun suyunun tərkibindəki
duzluluğun miqdarına qədər, hər bir məqam əhəmiyyətli hesab edilib, təhlilə cəlb
olunurdu. Dərsin motivasiya hissəsində səsləndirilən “Göy-göl” mahnısı, müğənninin
məlahətli səsi sanki əsrarəngiz gözəlliyi malik olan göllərimizdən əsən həzin
mehi özü ilə bərabər sinif otağına gətirmişdi. Bu həzin meh “Fikir”, “Düşüncə”
gəmisini dalğalar qoynunda yırğaladıqca, müəllimin, şagirdlərin dillərindən
dünyanın su möcüzəsi həqiqət inciləri kimi süzülüb axırdı.
Mirhaşım Talışlıya “Ustad diplomu” təqdim olundu
Bu günlərdə Lənkəranda səfərdə olan Azərbaycan Təhsil
Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev filologiya elmləri
namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü,
görkəmli ədəbiyyatşünas – alim, şair, el ağsaqqalı Mirhaşım Talışlı ilə görüşdü. Professor Əjdər
Ağayev Mirhaşım Talışlını səmərəli elmi-ictimai fəaliyyəti və 90 illik yubileyi
münasibətilə Təhsil Şurasının təsis etdiyi “Ustad diplomu” ilə təltif etdi.
Görüşdə çıxış edən professor Əjdər Ağayev söylədi ki, Hacı Mirhaşım Talışlı 16 yaşından "Müsafir"
imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik
şeir yazıb. O, əruz vəzninin mahir bilicisidir. Mirhaşım Talışlı Azərbaycan ədəbiyyatında ilk dəfə əruz
vəznində sonet yazıb. "Dedim ki, sözüm qala" şeirlər kitabı,
"125 yaşlı məktəb", "Lənkəran" kitablarının, XIX əsr
Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə “Xatirəmdə
yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talışinski onun ulu babası olub. El ağsaqqalı Mirhaşım
Talışlıya Lənkəran şəhərinin mərkəzində abidə ucaldılıb. Əjdər Ağayev vurğuladı
ki, sağlığında abidəsi ucaldılan Mihaşım Talışlı həm şəxsiyyət, həm də alim
kimi qəlblərdə özünə əbədi sevgi qazanıb. O, böyük bir nəslin adını şərəflə
yaşatmaqla bərabər, zəngin ədəbi, elmi irs yaratmışdır.8 nömrəli tam orta məktəbdə görüş
Professor Əjdər Ağayevin çıxışı maraqla qarşılandı.
Görüşdə məktəbin əldə etdiyi uğurlardan da bəhs
olundu.
Bu günlərdə Lənkəranda səfərdə olan Azərbaycan Təhsil
Şurasının sədri professor Əjdər Ağayev şəhər 8 nömrəli tam orta məktəbin qonağı
oldu, pedaqoji kollektivlə görüşdü, qabaqcıl dil-ədəbiyyat müəllimi Münasib
Nuriyevin dərsində iştirak etdi. Professor Əjdər Ağayevin müəllimlər qarşısında
“Ənənə və müasirlik” mövzusunda çıxışı maraqla qarşılandı. Əjdər Ağayev söylədi
ki, bu gün təhsilimiz Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə qayğı ilə əhatə
olunub. Ölkə başçısı cənab İlham Əliyevin təhsilimizin inkişafına ünvanlanmış fərman
və sərəncanları, yeni məktəb binalarının inşa olunması, müasir avadanlıqlarla təchizat,
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da Fondun xətti ilə
təhsilimizin inkişafına yönəlmiş geniş miqyaslı tədbirləri təhsilimizə yeni
ab-hava gətirmişdir.
Lənkəran təhsilinin ənənələrinə sadiqik
Region məktəbləri ilə tanışlıq
“Region məktəbləri ilə tanışlıq” layihəsi çərçivəsində
qonağı olduğum növbəti məktəb – Lənkəran rayon Şürük kənd tam ota məktəbində
qarşılaşdığım ilk diqqətçəkən məqam məktəb rəhbərliyinin söhbətə təhsil
ocağının tarixi, görkəmli məzunları ilə bağlı maraqlı faktlarla başlaması oldu.
Məktəbin direktoru Namiq Bağırov söyləyir ki, Şürük məktəbi Lənkəran təhsilində
öz dəsti-xətti, bu dəsti-xətti yaradan nailiyyətləri, bu nailiyyətləri məktəbə
qazandıran müəllimləri, keçmiş məzunları, nəhayət bugünkü məzunları ilə
seçilirlər. Təhsil ocağının məzunlarından Məhəbbət Həşimov texnika elmləri
doktoru, professor, Talverdi Əzizov fizika-riyaziyyat elmləri doktoru,
professor, Xaqani Abdullayev tibb elmləri namizədi, Vüqar Əliyev və Mirqasım
Vahabov iqtisadiyyat üzrə fəlsəfə doktoru, Sabir Zeynalov kimya üzrə fəlsəfə
doktoru, Cəlal Əliyev və Yusif Əliyev kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almışlar. Şahin Zeynalov isə Respublikanın əməkdar jurnalisti fəxri
adına layiq görülmüşdür. Azərbaycan Milli ordusunda xidmət keçmiş general-mayor
Zaur Rzayev, Gömrük xidməti generalı Mirqasım Vahabov da bu təhsil ocağının
yetirməsidir. Göründüyü kimi, Şükür məktəbi generallar yurdu olan Lənkəranın bu
istisna ənənəsinə də öz töhfəsini verməyi bacarmışdır. Məktəbin məzunları
torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə də Vətən sevgisinə sadiq
qalmışlar. Ağakərim Yunusov 1992 – ci ildə, Əkbər Nəsirov isə 1993-cü ildə
Qarabağın erməni qəsbkarlarından azad olunması uğrunda gedən döyüçlərdə şəhidlik
zirvəsinə yüksəlmişlər.
Azərbaycan Kooperasiya Universitetində görkəmli alimlə görüş keçirildi
13 oktyabr 2016-cı il tarixində Azərbaycan Kooperasiya
Universitetində universitet rəhbərliyinin və Tələbə Gənclər Təşkilatının birgə
təşkilatçılığı ilə "Təhsilimizin dünəni, bu günü və sabahı"
mövzusunda Təhsil Şurasının sədri, professor
Əjdər Ağayevlə gənclərin görüşü keçirilmişdir.
Görüşdə, giriş sözü ilə çıxış
edən Azərbaycan Kooperasiya Universitetinin Tərbiyə işləri və beynəlxalq
əlaqələr üzrə prorektoru, professor Abdulla İsayev bildirdi ki, Azərbaycan
xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri
irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu
öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında
təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək
dəyərləndirmişdir. Azərbaycanın təhsil səhəsində keçdiyi yolu təhlil edərkən, öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Tarixi
yaddaş isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə
inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu
ildə ilk hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək
səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı.
Arzuların reallaşması üçün...
Bu günlərdə Bakının Nərimanov rayonundakı 177 nömrəli
tam orta məktəbdə Şagird Fəaliyyət Komitəsinin (ŞFK) prezident seçkisi ilə əlaqədar
toplantı keçirildi. Toplantıda pedaqoji elmər doktoru, Rusiya Pedaqoji və
Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Vidadi Xəlilov, Azərbaycan
Təhsil Şurasının mətbuat və ictimaiyyətlə əlaqə mərkəzinin rəhbəri, “Təhsil və
zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, məktəbin direktoru Günel
Xanlarova, direktor müavini Afilə Cəfərova, təşkilatçı-müavin Arzu Süleymanova,
məktəbin müəllimləri, eləcə də şagirdlər iştirak edirdilər.
Toplantını açıq elan edən Afilə Cəfərova söylədi
ki, məktəbin Şagird Fəaliyyət Komitəsinin yaradılması təşəbbüsü 2013-cü ildə onun
tərəfindən irəli sürülmüş və təhsil ocağının o vaxtkı direktoru, tanınmış məktəbşünas,
Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədova tərəfindən dəstəklənərək fəaliyyətə
başlamışdır. ŞFK aylıq fəaliyyət planı əsasında fəaliyyət göstərir. Burada məktəbin
ən fəal şagirdləri təmsil olunmaqla maraqlı işlərə imza atılır. ŞFK-nın nəzdində
fəaliyyət göstərən klubların hər birinin özlərinəməxsus fəaliyyət istiqamətləri
olur. Onlar zəif oxuyan şagirdləri himayəyə götürür, ayrı-ayrı tədbirlərin təşkilində
iştirak edir, məktəbin ictimai həyatına fəal şəkildə qoşulurlar. Afilə Cəfərova
qeyd etdi ki, şagirdlərin ŞFK ətrafında fəal şəkildə birləşmələri, ümumilikdə
onların elmə marağının artmasında, ictimai fəallıqlarının yüksəlməsində müstəsna
rol oynayır.
11.13.2016
Yeniliklər axtarışında
HƏDƏFİMİZ ƏN YAXŞI MÜƏLLİMLƏRİ CƏMİYYƏTƏ TƏQDİM
ETMƏKDİR...
"Təhsil və zaman" qəzeti,
10.11.2016.
Bu yazı Şirvan şəhər 4 nömrəli tam orta
məktəbin fiziki tərbiyə müəllimi Əli Bəşirlinin iş təcrübəsindən bəhs edir.
O, bütün dərs boyu hərəkətdə idi.
Əslində idman dərsində müəllimin hərəkətdə olması gözləniləndir. Amma Əli
Bəşirlinin hərəkətlərini sanki bir daxili nizamlayıcı qüvvə idarə edirdi. Hər
bir hərəkət ürəklə idarə olunur, ürəkdən doğan bir istək kimi meydana çıxrdı.
Ona görə də dərsin dinamik, canlı alınmasına imkan yaranırdı. Müəllimin
hərəkətliliyi təbii olaraq şagirdlərinə də sirayət etmiş, hər kəs dərsin ümumi
ahənginə qoşulmuşdu. Məlum olduğu kimi dərs prosesində müəllimin nail ola
biləcəyi ən böyük uğurlardan biri sinfin bütünlüklə problem ətrafında
müzakirəyə cəlb olunması, hər bir şagirdin fəallığının təmin edilməsidir. Bu,
əlbəttə ki, idman dərsləri üçün də istisna deyildir. O, şagirdlərinin hər
birini “Estafet texnikasının təkmillləşdirilməsi, sürətin inkişaf etdirilməsi”
mövzusu ətrafında cəm etməklə, hərəkətin, dinamikanın, sürətin vəhdətindən
yaranan bir mühit meydana qoya bilmişdi. Başlıca məqsəd sürət qabiliyyətinin
inkişaf etdirilməsi idi. Mən Əli Bəşirlinin yetirmələrində müşahidə etdiyim ən
önəmli cəhətin onların tapşırıqları böyük ruh yüksəkliyi və fiziki cəldliklə
yerinə yetirmələri idi. O, mənim fikrimcə, dərs apardığı səkkizincilərə
zaman-zaman bu hissi aşılaya bilmişdi: hər bir iş ürəklə, ruhla, zövqlə icra
olunmalı, yüksək nəticələrin əldə olunmasına qəlbən inanılmalıdır. Hər bir
insan gördüyü işi, qarşısına qoyulan tapşırığı icra edərkən, əslində özünün
daxili aləmini, dünyagörüşünü, həyata baxışlarını meydana qoyur. Ruh nə qədər
sağlamdırsa, icra olunan iş və onun nəticələri də sağlam, səmərəli və
əhəmiyyətli olacaqdır. Buna şübhə ola
bilməz. Əli müəllimin şagirdlərinin də
qarşıya qoyulan tapşırığın icrasına ruhən bağlılqları hiss olunurdu. Məndə belə
bir qənaət hasil olurdu ki, belə ruhi və fiziki hazırlıq bu yeniyetmələrin
həyatının aparıcı istiqamətinə çevrilmişdir. Onlar digər dərslərinə də
yanaşmalarında bu ruhi, mənəvi və fiziki hazırlıq əsas rol oynaya bilər. Elə
insanın şəxsiyyət kimi formalaşmasının da əsasında dayanan ən mühüm amil bu
deyilmi? Əgər biz cəmiyyət üçün layiqli şəxsiyyət yetişdirmək istəyiriksə, onun
şəxsi mənəvi keyfiyyətlərinin məhz bu üç komponentlə - sağlam ruhla,
mənəviyyatla və fiziki hazırlıqla bütövləşməsinə nail olmalıyıq. “Əli və Nino” filmi haqqında düşüncələr
Mənim valideynlərim qapalı məkanda
böyüyüblər. Yəni qapalı ölkədə. Öz yaxın tarixlərini belə doğru-düzgün öyrənmək
imkanları olmayıb. Oxuduqları tarix kitablarında II Qızıl ordu xilaskar,
yaşadıqları küçə Şaumyan adlanıb. Taxdıqları pioner qalstuku olub. Hətta ulu
nənəm danışanda ki, ermənilər bolşeviklərlə birlikdə Bakının mərkəzində
Azərbaycanlıları məscidə toplayıb yandırmışdılar və o, təsadüf nəticəsində sağ qalmışdı, buna da inanmaqları gəlməmişdi.
“Yəni bu qədər kitab, qazet, bədii əsərlər yalan danışır? Nənə yaşlıdır, yəgin
nəyisə qarışdırır.” – deyə düşünmüşdülər. Əli və Nino romanı dünya dillərinə
tərcümə edilib (33 dildə), dönə-dönə nəşr ediləndə əslində tarixini əks
etdirdiyi ölkənin insanlarının ondan xəbəri olmayıb.
Mən Qarabağ uğrunda müharibənin ən qızğın dövründə dünyaya göz açmışam. 1994-cü ildə. Elə həmin il babam, nənəm doğma el-obalarından didərgin salınmışdılar. Valideynlərimin uşaqlıqda ağıllarına belə gətirmədikləri, mənim körpə ikən başıma gəlmişdi. Uşaqlığım babam, nənəm kimi minlərlə didərgin düşmüş azərbaycanlıların qırılmış arzularına, küskün gözlərinə, ümidsiz baxışlarına şahid olmağa məhkum idi.
Mən Qarabağ uğrunda müharibənin ən qızğın dövründə dünyaya göz açmışam. 1994-cü ildə. Elə həmin il babam, nənəm doğma el-obalarından didərgin salınmışdılar. Valideynlərimin uşaqlıqda ağıllarına belə gətirmədikləri, mənim körpə ikən başıma gəlmişdi. Uşaqlığım babam, nənəm kimi minlərlə didərgin düşmüş azərbaycanlıların qırılmış arzularına, küskün gözlərinə, ümidsiz baxışlarına şahid olmağa məhkum idi.
“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi təqdim olundu
Oktyabrın
29-da Bakıdakı 32 nömrəli tam orta məktəbdə Gənclərin Elmi Araşdırmalarına Dəstək
İctimai (GEAD) Birliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi
ilə 2016-2017-ci tədris ilində Bakı şəhərinin beş məktəbində həyata keçirməyə başladığı
“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi ictimaiyyətə təqdim
olundu. Təqdimat mərasimində GEAD-ın, digər Qeyri – Hökümət Təşkilatlarının, təhsil
sahəsi üzrə mütəxəssislər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəb
direktorları, layihənin iştirakçıları, müəllimlər, şagirdlər, valideynlər
iştirak edirdilər.
Təqdimat mərasimində layihənin ideya müəllifi və rəhbəri Abdulla Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Təhsil nazirliyinə, GEAD təşkilatına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə layihənin pilot şəklində tətbiqinə dəstək verdikləri üçün minnətdarlığını bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində yaşı 5-dən yuxarı uşaqlara sadə formada proqramlaşdırmanın əsasları tədris edilməyə başlanacaq. Aşağı yaşlı uşaqlar əvvəlcə SCRATCHjr, daha sonra isə SCRATCH 2.0 proqramlaşdırma dillərini öyrənəcəklər. İbtidai sinfi bitirdikdən sonra isə onlara RYTHON proqramlaşdırma dili öyrədiləcək.
Təqdimat mərasimində layihənin ideya müəllifi və rəhbəri Abdulla Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Təhsil nazirliyinə, GEAD təşkilatına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə layihənin pilot şəklində tətbiqinə dəstək verdikləri üçün minnətdarlığını bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində yaşı 5-dən yuxarı uşaqlara sadə formada proqramlaşdırmanın əsasları tədris edilməyə başlanacaq. Aşağı yaşlı uşaqlar əvvəlcə SCRATCHjr, daha sonra isə SCRATCH 2.0 proqramlaşdırma dillərini öyrənəcəklər. İbtidai sinfi bitirdikdən sonra isə onlara RYTHON proqramlaşdırma dili öyrədiləcək.
Zəngin ideyaların meydanı
"Təhsil Və Zaman" qəzeti, 10.11.2016.
Bu yazı Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbin fəaliyyətinə həsr olunur.
Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbdə bir neçə dəfə olmuş, məktəbin direktoru, təcrübəli məktəbşünas Səadət Quliyeva ilə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, əldə etdiyi uğurlarla bağlı söhbətlər etmişdik. Maraqlıdır ki, onunla hər bir görüşümüz sonradan məktəbdə həyata keçirəcəyimiz hər hansısa bir tədbirin planlaşdırılması ilə sonuclanmışdır. İlk görüşümüz Təhsil Şurasının Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbdə keçirdiyi “Təlim keyfiyyətinin yüksəldilməsi imkanları” mövzusunda respublika elmi-təcrübi konfransında reallaşmışdı. Hələ o zaman qərara almışdıq ki, Təhsil Şurasının həyata keçirdiyi təlimlərdə 21 nömrəli tam orta məktəbin kollektivi bütünlüklə iştirak etsin. Bir müddət sonra biz bu layihəni həmin məktəbdə reallaşdırdıq. Səadət Quliyeva ilə növbəti görüşümüz Təhsil Şurasının Bakıda Amerika Birləşmiş Ştatlarının Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki məsələləri” mövzusunda beynəlxalq konfransda oldu. Oradakı söhbətimizdə qərara aldıq ki, 21 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin iş təcrübəsi Təhsil Şurası tərəfindən öyrənilərək Respublikaya yayılsın. Qısa müddət ərzində bu layihəni də reallaşdırdıq.
Müşahidələrim məndə belə bir qənaət hasil edib ki, Səadət Quliyevanın pedaqoji fəaliyyətinin əsasında rəhbərlik etdiyi kollektivin elmi-metoki hazırlıq səviyyəsinin yüksəldilməsi, innovasiyaların, mütərəqqi ideyaların məktəbdə özünə təməl qazanması, kollektivin mənəvi ab-havasının daim yüksək səviyyədə saxlanılması, yaxşı işə, qabaqcıllığa daim meydan verilməsi ön planda dayanmışdır. İndi nəzər salacağımız nailiyyətlər də məhz bu mühitin, bu yanaşmanın nəticəsi kimi dəyərləndirilə bilər.
Bu yazı Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbin fəaliyyətinə həsr olunur.
Şirvan şəhərindəki 21 nömrəli tam orta məktəbdə bir neçə dəfə olmuş, məktəbin direktoru, təcrübəli məktəbşünas Səadət Quliyeva ilə rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti, əldə etdiyi uğurlarla bağlı söhbətlər etmişdik. Maraqlıdır ki, onunla hər bir görüşümüz sonradan məktəbdə həyata keçirəcəyimiz hər hansısa bir tədbirin planlaşdırılması ilə sonuclanmışdır. İlk görüşümüz Təhsil Şurasının Şirvan şəhərindəki 9 nömrəli tam orta məktəbdə keçirdiyi “Təlim keyfiyyətinin yüksəldilməsi imkanları” mövzusunda respublika elmi-təcrübi konfransında reallaşmışdı. Hələ o zaman qərara almışdıq ki, Təhsil Şurasının həyata keçirdiyi təlimlərdə 21 nömrəli tam orta məktəbin kollektivi bütünlüklə iştirak etsin. Bir müddət sonra biz bu layihəni həmin məktəbdə reallaşdırdıq. Səadət Quliyeva ilə növbəti görüşümüz Təhsil Şurasının Bakıda Amerika Birləşmiş Ştatlarının Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki məsələləri” mövzusunda beynəlxalq konfransda oldu. Oradakı söhbətimizdə qərara aldıq ki, 21 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Təranə Səmədzadənin iş təcrübəsi Təhsil Şurası tərəfindən öyrənilərək Respublikaya yayılsın. Qısa müddət ərzində bu layihəni də reallaşdırdıq.
Müşahidələrim məndə belə bir qənaət hasil edib ki, Səadət Quliyevanın pedaqoji fəaliyyətinin əsasında rəhbərlik etdiyi kollektivin elmi-metoki hazırlıq səviyyəsinin yüksəldilməsi, innovasiyaların, mütərəqqi ideyaların məktəbdə özünə təməl qazanması, kollektivin mənəvi ab-havasının daim yüksək səviyyədə saxlanılması, yaxşı işə, qabaqcıllığa daim meydan verilməsi ön planda dayanmışdır. İndi nəzər salacağımız nailiyyətlər də məhz bu mühitin, bu yanaşmanın nəticəsi kimi dəyərləndirilə bilər.
Subscribe to:
Posts (Atom)