O, dərs apardığı sinfi «Azərbaycan», «Qarabağ», «Bakı», «Təbriz» olmaqla dörd qrupa
bölmüş, Azərbaycanın böyük mütəfəkkir şairi Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı mövzusu ətrafında birləşdirmişdi. Əslində Şəhriyar mövzusu ideya baxımdan özündə milli birliyi ehtiva edir. Bacarıqlı müəllim bu amildən istifadə etməklə şagirdlərinin təfəkküründə milli hisslərin oyadılmasına təkan verə bilər. Qruplar ayrı-ayrılıqda fəaliyyət göstərib mübarizə aparsalar da, bütövlükdə bir ideya ətrıfında birləşmişdilər: Mənəvi dəyərlərimizin, tariximizin müəyyən mərhələsinin öyrədilməsi. Mənəvi dəyərimizin baş rolunda isə Məhəmmədhüseyn Şəhriyar çıxış edirdi.
Şuşa Rayon Təhsil Şöbəsinin məsləhətçisi Əyyub Əbdüləzimovun (Şırlanlı) Ramana qəsəbəsində yerləşən Malıbəyli kənd 1№li tam orta məktəbdə 11-ci sinifdə təşkil etdiyi ustad dərsi Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuşdu. Həmin gün Malıbəyli məktəbində sözün həqiqi mənasında bir Şəhriyar işığı parlayırdı. Həmin işığın ətrafına Təhsil nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, həmin institutun elmi katibi, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Akif Abbasov,