Bu yazı Bakının Səbael rayonundakı 162 nömrəli tam
orta məktəbin ingilis dili müəllimi Svetlana Nəcəfovanın iş təcrübəsindən bəhs
edir.
Müşahidə etdiyim dərslərdə diqqət yetirdiyim ən
mühüm məqamlardan biri müəllimin şagirdlərin dərketmə qabiliyyətlərini,
ümumilikdə, fəaliyyətlərini dərsdə irəli sürülən ideyanın əsaslarına yiyələnməyə
kökləməkdən ibarətdir. Əgər müəllim ilk dəqiqədən bunu bacaracaqsa, şagird
mövzunun irəli sürdüyü fikirlər aləmində çaşıb qalmayacaq, düzgün istiqamət
götürüb, bu yöndə irəliyə doğru
addımlayacaq. Sözsüz ki, dərsin əvvəlində müəllimin yaratdığı motivasiya bu
baxımdan mühüm səciyyə daşıyır. Amma motivasiyanın özünün təşkili də müəllimdən
bir sıra mühüm cəhətlərə əməl etməyi tələb edir. Bunlardan ən başlıcası şagirdlərin
təfəkkür imkanlarını düzgün dəyərləndirmək, yaş fiziologiyası, zehni inkişaf
dinamikasının nəzərə alınmasıdır. Bakı şəhəri Səbael rayonu 162 nömrəli tam
orta məktəbin ingilis dili müəllimi Svetlana Nəcəfovanın 4-cü sinifdə “Mənim
sevimli yeməklərim” mövzusunda apardığı dərs də bu baxımdan diqqətimi cəlb
etdi.