Bu yazı Sumqayıt şəhərindəki 5 nömrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Məmmədovanın iş
təcrübəsindən bəhs edir.
Mövzunun mahiyyətinə varmağı, hər hansı
bir əsərdəki obrazın hiss və duyğularını, hadisələrin tarixi inkişaf
dinamikasını, tarxilik və müasirlik vəhdətini açmağı bacaran müəllim
şagirdlərinin uğura gedən yolunun təməlini qoya bilər. Əvvəllər mənə elə
gəlirdi ki, yalnız, insan ruhuna, insanın mənəvi dünyasına yaxınlığı baxımından
ədəbiyyat şagirdin mənəvi keyfiyyətlərinin formalaşmasında müstəsna fəndir.
Amma istedadlı müəllimlərin dərslərini dinlədikcə, görürdüm ki, tədris etdiyi
fəndən asılı olmayaraq, əgər müəllimin ürəyində öyrətmək istəyi, şagirdinin
mənəvi aləmini duymaq, ona onun arzu və istəkləri prizmasndan yanaşmaq istedadı
varsa, o müəllim şagirdinin şəxsində yüksək əxlaqi mənəvi keyfiyyətləri
formalaşdıra biləcək. Mən Şəlalə Məmmədovanı da məhz belə bir müəllim kimi
tanıyırdım.