Azərbaycan
respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu
keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara nail olmuşuq:
dövlətçiliyimiz möhkəmlənmiş, bölgənin ən güclü iqtisadiyyatını qurmuşuq, dünya
arenasında nufuz qazanmışıq. Dünya daim dəyişir, inkişaf edir. Dünya dəyişdikcə
qarşıda duran məqsədlər, hədəflər də dəyişir. Ölkəmiz dünyanın bir parçası
olaraq hər keçən gün muasirləşir, dünyaya daha sıx inteqrasiya edir. Bütün bu dəyişiklər fonunda dünyanın aparıcı
ölkələrində təhsil sahəsinə diqqət getdikcə genişlənir və dövlət siyasətinin
əsas prioretetinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti cənab İ.
Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: “Ən inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan
neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.” Bu
baxımdan dünyanın aparıcı ölkələrinin təhsil sistemləri ilə tanış olmaq çox
maraqlıdır.
2.28.2015
XX ƏSRİN ƏN DƏHŞƏTLİ FACİƏSİ
Şümrüd
kənd tam orta məktəbində Xocalı faciəsi anıldı
Bütövlükdə
Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı
bir cinayətdir .
Heydər
Əliyev
Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində erməni
şovinistlərinin soyqırım siyasətinə məruz qalmışdır. Xocalı soyqırımı Azərbaycan,
eləcə də dünya tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil
olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər
yaddaşımıza əbədi həkk oldu. Tariximizə qara hərflərlə yazılmış bu günün dünya
ictamiyyətinə çatdırılması, faciənin soyqırım kimi tanınması üçün Azərbaycan
dövləti təsirli, məqsədyönlü tədbirlər görüb və görməkdədir. Hər il fevral
ayının 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunaraq ölkəmizdə bu faciəyə həsr
olunmuş müxtəlif tədbirlər keçirilir.
Hamı qalib olmaq arzusundaydı
Bakının Nəsimi rayonundakı 164 nömrəli tam orta məktəbdə
maraqlı tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu təhsil ocağında müəllim
və şagirdlərin təşkilatçılığı ilə keçirilən müxtəlif mövzulu tədbirlər
orijinallığı, tərtibat rəngarəngliyi ilə daim diqqəti cəlb edir. Bu tədbirlərə
mütəmadi olaraq mən də dəvət alıram. Bu günlərdə məktəbin ibtidai sinif müəllimi
Səxavət Yusifzadənin təşkilatçılığı ilə keçirilən daha bir maraqlı tədbirin
iştirakçısı oldum. Səxavət Yusifzadə bu tədbiri elə bir səviyydə reallışdırmağa
nail olmuşdu ki, sanki onun həyata keçirilməsinə kollektiv əmək sərf edilmişdi.
Qabaqcıl təcrübənin ünvanı: Mingəçevir şəhər Texniki Humanitar Təmüyüllü Lisey
Müasir
məktəbin başlıca vəzifəsi
Bir
neçə il əvvəl Mingəçevir məktəblərindən yazı hazırlamaq üçün bu şəhərə ezam
olunanda tanış olduğum məktəblərdən biri də Texniki Humanitar Təmüyüllü Lisey
olmuşdu. Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sahib
Məmmədov ilk görüşümüzdə qeyd etmişdi ki, bu təhsil ocağı şəhərin zəngin
ənənələri olan məktəblərindən əldə etdiyi nailiyyətlər baxımından, gənc olsa
da, geri qalmır. Doğrudan da, məktəblə
tanışlıqdan sonra bu qənaət özünü doğrultmuşdu.
1990-cı
illərin əvvəllərindən etibarən Mingəçevirdə təhsil sahəsində müşaiyət olunan
inkişaf meylləri, eləcə də məktəblərdə şagird sıxlığının meydana gəlməsi
yeni-yeni təhsil ocaqlarının yaranmasına da yol açırdı. Şəhər 15 nömrəli tam
orta məktəb də 1992-ci ildə bu inkişafın bariz nümunəsi olaraq yarandı. Amma
şübhəsiz ki, 1953-cü ildə inşa olunmuş binada fəaliyyətə başlayan məktəb
maddi-texniki bazanın zəifliyi ucbatından çox çətinliklərlə üzləşdi. Və bu
çətinliklər əhatəsində fəliyyətinin ilk illərindən direktor Sahib Məmmədovun
rəhbərliyi ilə müasir pedaqoji texnologiyaları təlim-tərbiyə prosesinin aparıcı
istiqamətinə çevirən kollektiv böyük
uğurlara imza atmağı bacardı. İki il əvvəl bu təhsil ocağının fəaliyyətinə həsr
etdiyim “Yeni
Peşəkarlıq, əzmkarlıq olarsa...
Şagird o zaman müstəqil
düşüncəyə, azad qərarlar qəbul etmək, nəticəyə gəlmək qabiliyyətlərinə mailk
olur ki, bütün bunları həm də müəlliminin şəxsiyyətində görsün, ondan əxz
etsin. Müəllim bu qabiliyyətləri şagirdinin hisslərində, düşüncələrində
cücərtməklə, əslində gələcəyin şəxsiyyətini, vətəndaşını formalaşdırmaq kimi mühüm bir vəzifəni yerinə
yetirir. Bu vəzifənin öhdəsindən isə yalnız özü də vətəndaşlıq xüsusiyyətlərinə
malik olan müəllim gələ bilir. Xəyalə Veyisovanın dərsində müşahidə etdiyim
ilkin təəssüratlar bunlar idi. Məhz bu xüsusiyyətlər idi ki, Xəyalə Veyisovanın
şagirdlərində elmə, təhsilə, bəşəriyyətə, vətənə məhəbbət yaratmışdı. Xəyalə
Veyisovanın dərsi şagirdləri üçün dünyanı anlamağın, təbiəti dərk etməyin
başlanğınc nöqtəsi idi desəm, məncə yanılmaram. O, sanki bu nöqtədə dayanıb ən
mürəkkəb mətləblərin qapısını döyürdü. Şagirdlərinə izah etməyə çalışırdı ki,
dünyanın mətləblərini anlamaq üçün elmin çərçivələrindən aşmaq lazımdır.
Çərçivədəkiləri hamı bilə bilər. Amma dünyanı dərk etməyin yolu elmi
incəliklərə qədər mənimsəməkdən keçir.
Şagird o zaman şəxsiyyət kimi formalaşır ki…
Şagirdlərin elmin əsaslarına yiyələnməsinin ən
optimal yolu, heç şübhəsiz ki, dərs prosesinin elmi-metodki yanaşma, müəllim-şagird
münasibətlərinin qarşılıqlı anlaşma şəraitində təşkil olunmasından keçir. Elmi
təfəkkürə, geniş dünyagörüşünə malik olan müəllim elmi-metodiki,
psixoloji-pedaqoji yanaşma nümayiş etdirərək, dərs prosesini şagirdlərinin
anlaq səviyyəsində qurmağa, öyrənmə mühitini təmin etməyə nail ola bilər.
Əslində dərs prosesinin özəyini də bu mühit təşkil edir. Müəllim öz ətrafında
elə bir mühit yaratmağı bacarmalıdır ki, bu, həm öyrənməyə, həm də tərbiyələndirməyə
stimul versin.
Subscribe to:
Posts (Atom)