7.05.2015
Yeniliklərə cavab vermək əzmi ilə
Məktəbimizin
Uşaq Birliyi Təşkilatı 2014-2015-ci dərs ilində öz işini müvafiq fəaliyyət
planı, eləcə də Uşaq Birliyi Təşkilatlarının əsasnaməsi əsasında həyata keçirmişdir. Fəaliyyət
planına əsasən il ərzində şagirdlərin estetik dünyagörüşünün, həyati
bacarıqlarının formalaşması məqsədilə müxtəlif tədbirlər təşkil olunmuşdur.
Bununla yanaşı, şagirdlərin dərsə davamiyyətinə, məktəbli formasının geyilməsinə,
nizam-intizama nəzarət olunmuş, şagirdlərlə fərdi söhbətlər təşkil edilmiş,
qarşıya çıxan problemlərin həllinə səy göstərilmişdir. Dərs ilinin əvvəlində məcburi
köçkün, aztəminatlı, valideyn himayəsindən məhrum olan uşaqlar müəyyənləşdirilir.
Bunu etməkdə məqsədimiz ondan ibarətdir ki, bu kateqoriyadan olan ailələrin
uşaqlarına məktəb tərəfindən müəyyən köməkliklər olunsun. Yola saldığımız dərs
ili ərzində məktəbdə fəaliyyət göstərən Şagird parlamentinin işinin sistemli təşkil
olunması sahəsində də müəyyən işlər görülüb.
Məktəbdə
Uşaq Birliyi Təşkilatının fəaliyyətinin forma və məzmunu uşaqların yaş xüsusiyyətləri,
həyatın tələbləri nəzərə alaraq yenilənir və ya dəyişdirilir. Biz 230 nömrəli
tam orta məktəbin kollektivi bu yeniliklərə cavab vermək əzmi ilə işləyirik.
“Riyaziyyat əqlin gimnastikasıdır”.
Həcər ZEYNALLI, Məktəbin VII “a” sinif şagirdi
Biz kurikulumla dərs keçən sinif olduğumuzdan
qruplarla, iş vərəqləri ilə işləməliyik. Tünzalə müəllim də bunun üçün bizə şərait
yaradır.
Oxuduğum 230 nömrəli tam orta məktəbdə fənlərə dair
aylıqlar təşkil olunur və həmin aylıqlarda o fənnə aid müxtəlif tədbirlər,
müsabiqələr keçirilir.
Bu il də məktəbimizdə fevral ayı “Riyaziyyat ayı”
elan olunmuşdu. Fevral ayında riyaziyyata aid tədbir, müsabiqələr və testlər
keçirildi.
Tünzalə müəllimə riyaziyyata aid maraqlı tədbir
hazırlamaq tapşırılmışdı. O, tədbirin ssenarisini hazırlayıb dərslərimizin
birində sinfə gətirdi və oxudu. Sinfimizdən rollara aid uşaqlar seçildi. Sonra
isə məşqlərə başladıq.
Nailiyyətlər zəhmətin bəhrəsidir
İncixanım ABBASOVA,
“Texnologiya – İdman” kafedrasının rəhbəri
Yola saldığımız dərs ilində texnologiya
və rəsm dərslərində şagirdlərin əl işlərindən ibarət sərgilərin təşkil olunması
onların böyük marağına səbəb olub. Bu sərgilər məktəbdə keçirilən tədbirlər,
tanınmış şəxslərlə görüşlər zamanı və əlamətdar günlər münasibətilə təşkil
olunmuşdur. Rəsm sərgiləri əsasən “20 yanvar”, “Hamımız Mübarizik” , “Xocalı –
23” , “Heydər Əliyev – 92”, “Qələbə - 70 “ mövzularında təşkil olumuşdur. “20
yanvar” və “Hamımız Mübarizik” rəsm müsabiqəsində qalib gələn şagirdlərə məktəb
rəhbərliyi tərəfindən “Fəxri Frəman” verilmişdir. Şagirdlərin yaradıcılıq
bacarıqlarını inkişaf etdirmək üçün məktəbdə “Şəms” qızlar qrupu təşkil olunub.
Həftədə bir dəfə dərsdən sonra yaradıcı işlərə maraq göstərən qızlar həmin
qrupun işinə cəlb olunurlar.
İnkişaf rəqabət mühitində yaranır
Dilarə Məmmədova, 230 nömrəli tam orta məktəbin kimya müəllimi
Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi,
güclənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə
çəkilir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edər.
Təhsil Nazirliyi,Gənclər
və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər
qurumlar gənclər arasında
müxtəlif intellekt yarışları keçirir. Ümumilikdə bu
yarışların hamısı gənclərin inkişafına hesablanıb. Gənclər nə
qədər bu yarışlara çox qatılsa, bir o qədər
gələcəyini təmin etmiş olur.
Gələcəyin Mübarizləri
Əzəmət Quliyeva, 230 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi
Şəhid Fuad
Fərhadoğlunun adını daşıyan məktəbimiz vətənpərvərlik mövzusunda keçirdiyi tədbirlərdə
daim fərqlənmişdir. 20 Yanvar şəhidi Fuad Fərhadoğluna həsr olunmuş silsilə tədbirlərə
artıq neçə ildir ki, vətənimizin qəhrəman oğlu Mübariz İbrahimov haqqında
keçirilən tədbirlər də daxil edilmişdir. Tərtərdə göstərdiyi misilsiz qəhrəmanlıq
bütün azərbaycanlılar kimi məktəbimizdə təhsil alan şagirdlərin və müəllim
kollektivinin də qəlbini riqqətə gətirdi.
Subscribe to:
Posts (Atom)