Valideyn-məktəb əlaqələrinin
tənzimlənməsi – mühüm pedaqoji tələb
Bir neçə il əvvəlin
söhbətidir. Qəzetin yeni sayının materiallarını hazırlayırdım. Əjdər müəllim
tapşırdı ki, bir səhifəlik material üçün yer saxlayım. Vacib bir yazı olacaq. -
Nə ilə bağlıdır deyə, soruşdum. Nizami rayonundakı 129 saylı tam orta məktəbə yeni
direktor təyin olunub, Samir Mehdizadə. Bizi məktəbə dəvət elədi. Yeni dərs ili
qarşısında məktəbdə valideynlərlə görüş keçiriləcək. Görüşdən məqalə
hazırlayarsan.
Məktəbdə valideynlərlə çox
maraqlı bir konfrans keçirildi. O vaxt Samir Mehdizadə məktəbə yenicə direktor
təyin olunmuşdu. Həmin tədbirdə Təhsil Şurasının sədri professor Əjdər Ağayev,
Təhsil Texnologiyaları Mərkəzinin direktoru, professor Mahir Tahirov, Nizami
raron İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və
digər qonaqlar iştirak edirdilər.