24 dekabr 2014-cü il tarixində Lənkəran şəhərindəki 4
nömrəli məktəb-liseydə Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər
Ağayevin rayonun təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi.
Görüşdə professor Əjdər Ağayev “Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata
keçirilən “Elektron yeniliklər”
mövzusunda çıxış etdi.
Əjdər Ağayev qeyd etdi ki, son dövlər Təhsil
Nazirliyi bir sıra çevik tədbirlər həyata keçirir. Bu tədbirlərin əsasında müəllimlərin
texnologiyalardan istifadəsi dayanır. Bu gün artıq Azərbaycanda “Elektron hökümət”
yaradılıb. Təhsil Nazirliyi də bir struktur olaraq özünün elektronlaşmış fəaliyyətini
davam etdirir. Bu günlərdə Bakıda Təhsil Nazirliyinin iştirakı ilə geniş təqdimat
keçirildi. Təqdimatda əsas məqsəd ondan ibarət idi ki, bu gün elektron vasitələrdən
istigafdəni genişləndiririksə, deməli bütün müəllimlər İKT-dən istifadəni
bacarmalıdır. Əjdər Ağayev bildirdi ki, Təhsil Nazirliyi Təhsil Şurasına bu sahədə
təbliğat işi aparmağı tövsiyə edib.