129 nömrəli tam orta məktəblə 230 nömrəli tam orta məktəb
arasında əməkdaşlıq müqaviləsi imzalandı. Xəbər verdiyimiz kimi, Təhsil Şurası “Təhsil müəssisələrinin
əməkdaşlıq və təcrübə mübadiləsi” layihəsi həyata keçirir. Bu layihə çərçivəsində
Bakının Nizami rayonundakı 129 nömrəli tam orta məktəb daha yüksək aktivlik
nümayiş etdirir. Belə ki, bu ilin iyun ayında 129 nömrəli tam orta məktəblə
Şirvan şəhərindəki 1 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında
memorandum imzalanmış, tədbirlər planı hazırlanmışdır. Bu günlərdə qeyd olunan
layihə çərçivəsində daha bir müqavilə imzalandı. Bu dəfə bu layihəyə Bakının Xəzər
rayonundakı 230 nömrəli tam orta məktəb də qoşuldu. Əməkdaşlıq müqaviləsi 230
nömrəli tam orta məktəbdə bu təhsil ocağı ilə 129 nömrəli məktəb arasında
imzalandı.
Memorandumun imzalanması mərasimində Təhsil Şurasının sədri,
professor Əjdər Ağayev, Şuranın mətbuat xidmətinin rəhbəri, “Təhsil və zaman” qəzetinin
redaktoru Böyükağa Mikayıllı, eləcə də 129 nömrəli tam orta məktəbin direktoru
Samir Mehdizadə, 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov, məktəbin
pedaqoji kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə açan professor Əjdər
Ağayev Təhsil Şurasının son vaxtlar həyata keçirdiyi tədbirlərdən bəhs etdi.
Bildirdi ki, “Təhsil müəssisələrinin əməkdaşlıq və təcrübə mübadiləsi layihəsi”
təhsilimizin bu günü üçün mühüm olan bir layihədir.
Təhsil müəssisələri
arasında əməkdaşlıq layihələri illər öncə mövcud olmuşdur. Amma son illər bu
tendensiya unudulmuşdur. Halbuki, məktəblər