Böyük potensiala, dərin məzmuna malik olan hikmətli
sözlər, ilahi kəlamlar insanda yüksək mənəvi- əxlaqi keyfiyyətlər yaradır.
Müxtəlif tarixi dövrlərdə yaşamış filosoflarımızın, şair və yazıçılarımızın,
ictimai-siyasi, dövlət, elm və mədəniyyət xadimlərimizin qiymətli kəlamları bu gün bəşəriyyətin mənəvi
zənginlik mənbəyinə çevrilmişdir.
Təhsil fasiləsiz prosesdir. Bu gün Azərbaycanda əsas problemlərdən biri təhsilin dünya
standartları səviyyəsinə çatdırılmasıdır. Bu
prosesdə uğurlu iştirak etmək üçün
müasir tələblərə cavab verən təhsilə malik olmalıyıq. Təhsilımız daim
təkmilləşdirilməlidir. Bütün bunlar təhsil işçilərinin, biz müəllimlərin üzərinə düşən böyük vəzifədir. Təhsil
sistemində aparılan islahatlara, müasir kurikuluma əsaslanaraq qurulan
dərslərdə interaktivlik-yeni texnologiyalardan istifadə üstünlük təşkil edir. İKT-dən
istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun, vahid elektron təhsil
məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil səviyyəsinə inteqrasiya etdirilməsi əsas məqsəd kimi
qarşıya qoyulur. İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da
keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir.
Elektron dərslərin tətbiqi müasir məktəblərdə, litseylərdə geniş vüsət
almış və uşaqların maraq obyektinə çevrilmişdir. Eyni zamanda, elektron
dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olmuşdur. Buna
misal olaraq qeyd edə bilərik ki, hal-hazırda elektron kitabxanalar, elektron
test sistemi, elektron təhsil bugünki təhsil sistemimizin əsasını təşkil edir.
Bu dərslər vasitəsilə uşaqlarda informasiya əhatəsi daha da genişlənir və
əlçatılmaz obyektlər şagirdlərin canlı müşahidəsinə çevrilir, şagirdlərin
xəyal etdikləri hadisələr reallaşır. Elə isə gəlin birlikdə elektron dərslərin
müsbət və mənfi cəhətləri ilə tanış olaq:
Son illərdə məktəblərin “Promethean
Activboard” tipli interaktiv lövhələr ilə təchizatı göstərir ki, bu, şagirdlərin
tədris prosesində dərsə marağını artır. Adi dərslərdən fərqli olaraq,
kompüterlə aparılan dərslər uşaqlar üçün
cəlbedici və yaddaqalan olur. Tədris prosesində interaktiv lövhədən
istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir.
Şagirdlərdə kompüterdən istifadə bacarıqlarını formalaşdırır. Əyani vəsaitlərin
elektron lövhədə tətbiqi mövzunu sonradan xatırlamağı və yadda
saxlamağı asanlaşdırır.
Rəngarəng, görüntülü dərslər şagirdlərin fənnə marağını artırır,
diqqəti yalnız lövhəyə cəmləyir. Sinfə gətirilə bilməyən, yaxud tapılmayan
əyani vəsaitləri asanlıqla nümayiş etdirmək imkanını yaranır.
Ağıllı lövhəni elektron
interaktiv qurğudan fərqləndirən özəl funksiyası da var. İkinəfərlik iş
rejimində işləmə funksiyası bizə müxtəlif fənlərin tədrisində cütlər və ya
qruplar arasında maraqlı yarışlar, estafetlər, oyunlar keçirmək imkanı yaradır.
Dərslərimdə tez tez istifadə etdiyim və şagirdlərimin çox sevdikləri
bir neçə interaktiv tapşırıqlardan nümunələr göstərmək istərdim: “Sehrli
qələm”-“Gizlilik”-“anaqram”, “pazzl”, “krossvord”-test tapşırıqlarını və ya
ikinəfərlik iş rejimində maraqlı oyunlar yaratmaq üçün istifadə etdiyim doğru
və ya səhv cavabların sayını avtomatik göstərən düymələr; şagirdlərin tədris
prosesində maraqlı cavablarının yazılı şəkildə yaddaşda saxlanılması, tədrisin
əyaniyiliyini, şagirdlərin dərsə marağını artırmaq məqsədi ilə mövzuya aid
maraqlı, qısametrajlı videoroliklərin tətbiqi təbiət fənnlərinin tədrisini daha
maraqlı və canlı edir. Tədris zamanı şagirdlər
“Sehirli qələm”dən istifadə etməyə daha maraqlı olurlar. “ Pazzl”
yaratmaq, onlarla işləmək, hissələrin quraşdırılması şagirdlərdə konstruktiv
qabiliyyətləri inkişaf etdirir .
Cografiyadan Vulkanlar mövzusunun tədrisi zamanı vulkan püskürməsinin
canlı görüntüsü və yaxud Biologiyanın tədrisində müxtəlif heyvan növlərinin görüntülərinin nümayişi
şagirdlərdə təfəkkürün inkişafına səbəb
olur.Alınmış biliklər uzun müddət şagirdlərin yaddaşında qalır. Köhnə yazı
lövhələrini əvəzləyən ağıllı lövhələrin üstünlüklərini saymaqla bitmir.
Əvvəlki lövhələrdən təbaşirdən istifadə
etməklə ancaq yazı üçün istifadə olunurdusa, ağıllı lövhə
çoxsahəli funksiyaları və
görüntülü istifadəsi ilə fərqlənir.
Lövhənin yaddaşına elektron dərsliklər,
videoroliklər, elektron təqdimatlar və tədris olunan mövzularla bağlı müxtəlif
elektron təhsil resursları yerləşdirirmək mümkündür. Eyni zamanda, birbaşa
internetə bağlanmaq funksiyası üstünlük kəsb edir. İstənilən dərs vəsaitinin, proqramların elektron versiyası
yuklənir və tədris prosesində istifadə
olunur.
Tədris olunan dərslərin elektron versiyası yaddaşa yazılır, dərsdən sonra şagird arzusuna uyğun olaraq, həmin dərsin
video yazısını özünə götürə bilir.
Promethan lövhədən istifadə
hər bir dərsi dinamik edir, bunun nəticəsində dərsin ilk mərhələsindən
şagirdlərin diqqətini cəlb olunur. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki,
bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini müxtəlif cihazların, qurğuların, texniki
vasitələrin işləmə prinsiplərini "möcüzəli" ekranda izləyə bilirlər.
Bu da şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və
təcrübələrini inteqrasiya etməklə, tədrisi prosesini canlandırır,
uşaqlarda yaradıcı təfəkkürü, tədris materialını dərketmə qabiliyyətini daha da
artırır. Elektron tədrisdə uşaqların hər biri lövhəyə çıxıb müəllimin
tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən
dərslər bütün uşaqların, o cümlədən passiv,
müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin də dərs prosesinə
aktiv qoşulmasına şərait yaradır.
Ağıllı lövhənin üstünlükləri ilə bərabər bir sıra mənfi
xüsusiyyətlərini də qeyd etmək istərdim. Qavraması və öyrənməsi yüksək olan
şagirdləri bu metod tez yorur. Tənbəlliyin təməli qoyulur. Buna
baxmayaraq, pedaqoji prinsiplər əsasında müxtəlif formatlı informasiyanın
kompleks əlaqələrindən hazırlanmış tədris materiallarının auditoriyalarda
müasir İKT vasitəsi ilə təqdim edilməsi təhsilalanların təfəkküründə həyat üçün
zəruri obrazların (vətənə məhəbbət, valideynə, müəllimə, yaşlılara hörmət və
s.) yaranmasına təkan verir.
Nübar QAYIBLI,
Bakı şəhəri Səbael rayonu T.Məmmədov adına 239 nömrəli tam orta
məktəbin müəllimi
No comments:
Post a Comment