Novruz bayramının
mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu
ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı.
Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və
tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd
göstərmşlər.
3.20.2014
Ədəbiyyat dərslərində dram əsərlərinin tədrisi üsulu
Hazırda təhsil sahəsində uğurla həyata keçirilən islahatlar, qəbul edilmiş qanunlar təhsilimizin dünya standartlarının tələblərinə cavab verməsi üçün yönəlmişdir. Bu baxımdan bir müəllim kimi qarşımızda duran məsuliyyətli işi başa düşürəm. Cünki gənc nəslin düzgün yetişdirilməsi məhz müəllimlərdən asılıdır. Düşünürəm ki, bunun üçün qarşımızda duran ilk amil pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyət zamanı müəllim-şagird münasibətləri şagird şəxsiyyətinin formalaşmasına şərait yaradır.
Bir möcüzənin sehrində
Hər bir müəllim
sinifdə elə bir mühit yaratmağa çalışır ki, şagirdlər həmin mühitdə nə isə
öyrənməyə cəhd etsin, aparılan müzakirələrdə fəal iştirak edə bilsin. Müəllim şagird üçün
bir dərs – 45 dəqiqə ərzində sirli-sözlü, söhbətli bir aləm yaradır. Əgər bütün
şagirdlər bu aləmə qoşulubsa, bu, 45 dəqiqə ərzində müəllimin yaratdığı bir
möcüzədir, əslində. Belə bir möcüzəli – maraqlı dərslərdən biri də Şirvan şəhər
9 saylı tam orta məktəbin müəllimi Qəmbərova Zemfiranın XIa sinfində apardığı
dərs oldu.
Qeyd edim ki, Qəmbərova Zemfira məktəbin qabaqcıl rus dili
müəllimidir. Dərs apardığı siniflərdə şagirdlərə rus dilini öyrətməklə yanaşı,
onlara yeri gəldikcə tanınmışların, məşhurların həyat və yaradıcılıqlarını
təhlil etməklə onların Azərbaycanla bir başa əlaqələrini də müzakirəyə cəlb
etdirir. Zemfira müəllimin məktəbdə təşkil etdiyi bir nümunəvi dərsi dinləməli
oldum. Əvvəldən mövzunun adını öyrənmişdim. Marağıma səbəb olmuşdu ki,
Müəllimin öz dərsi haqqında düşüncələri
Hər bir dərs bir
aləmdir
Bu günlərdə Göyçay
rayonu H.R.Əfəndi adına Qaraman kənd tam orta məktəbin V sinfində “Domestic
animals” mövzusunda interaktiv təlim üsulu və IKT-dən geniş isdifadə edərək
açıq dərs keçirdim. Dərsdə məktəbin direktoru M.İsmayılova, direktor müavini
V.Məmmədov, rayon Təhsil Şöbəsinin metodistləri Kəbirə Həbibova, Afaq xanım,
Sülh Korpusunun nümayəndəsi Sally Regan, rayonun digər məktəblərinin
direktorları, dil-ədəbiyyat, riyaziyyat, sinif müəllimləri iştirak etdilər.
Maqnit sahəsinin hərəkət edən yükə təsiri. Lorens qüvvəsi.
Müasir dövrdə fizika elmi-texniki tərəqqinin aparıcı
qüvvəsinə çevrilmişdir. Bu elm sahəsində əldə olunan nailiyyətlər canlı və cansız təbiətin
sirlərinin açılmasında, həyat və məişətimizdə, tibb sahəsində, xalq
təsərrüfatının ən müxtəlif sahələrində irəli çıxan çətinliklərin aradan
qaldırılmasında özünü göstərir. Fizika, kimya və biologiyadan məktəb kursunun
başlıca vəzifəsi şagirdlərin təfəkküründə təbiətin əsas qanunlarını
cəmləşdirmək və buna əsasən də obyektiv aləmin tam mənzərəsini yaratmaqdır.
OTURAQ HƏYAT TƏRZİ - SİVİLİZASİYANIN XƏSTƏLİYİ
Müasir dövrdə məktəb təkcə təhsil verməklə kifayətlənməyib, yetişməkdə olan nəslin şəxsiyyət kimi formalaşmasına da xidmət edir. Müəyyən mərhələlərdə məktəbəqədər təhsil müəssisələri, orta ümumtəhsil məktəbləri və ali məktəblər biri digərini əvəz etsə də onların məqsədi eynidir: Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olub, onları fiziki və zehni cəhətdən inkişaf etmiş, bilikli, dünyagörüşlü, ahəngdar şəxsiyyət kimi formalaşdırmaq. Əfsuslar olsun ki, bir çox hallarda məktəbin funksiyası şagirdlərin biliklərə yiyələnməsi ilə məhdudlaşdırılır. Vaxtilə H.B.Zərdabi məktəblərimizdə şagirdlərin fiziki inkişafına, sağlamlığına lazımi diqqət yetirilmədiyini ciddi tənqid etmişdir.
O, "Məktəb gigiyenası" adlı məqaləsində yazırdı: “Məktəbli uşaqlarda qan azlığı, əsəbilik, yorğunluq, mədə pozğunluğu, vitamin çatışmazlığı, müxtəlif növ daxili xəstəliklər, göz xəstəlikləri, onurğa sütununun əyilməsi kimi ağır hallar özünü göstərir. Məktəbdə əsas diqqət zehni inkişafa yönəlir, uşaq orqanizminin normal fiziki inkişafına isə lazımi diqqət yetirilmir”. H.B.Zərdabi vəziyyətdən çıxış yolu kimi məktəblərdə bədən tərbiyəsi və idmana qayğını artırmağı, tibbi xidməti gücləndirməyi, tədris yükünü ixtisar etməyi, gigiyenik tələblərə ciddi əməl olunmasını vacib sayırdı.
Subscribe to:
Posts (Atom)