Böyükağa Mikayıllı. “İşıq”
sənədli romanı. I kitab. Bakı, “MM – S” müəssisəsi, 2013.
Müasir dövrdə ictimai-siyasi, sosial-iqtisadi və
mədəni-mənəvi proseslərdə baş verən böyük dəyişikliklər, heç şübhəsiz,
insanların fərdi həyatına da nüfuz edir. Bu yolda indiki məqamlarda sözün böyük
mənasında ziyalı olmaq, mədəni-mənəvi xislət sahibinə çevrilmək, milli ruh və
ideyalara söykənmək hər birimizdən mətin iradə, yüksək əzmkarlıq, coşqun ruh
tələb edir.
İnsan və cəmiyyət problematikasının əbədiyaşar ünvanı olan
ideal obrazlar nümunıəsinə tapınmaq cəhdi bütün zaman kəsiklərində olduğu kimi,
bu gün də aktual bir seçim olaraq real düşüncəyə uyğun hümanist qayələrlə
inkişaf edir.
Bu zəmindən əsl insan, ləyaqətli şəxsiyyət, böyük vətəndaş
imici qazanmış hər bir ideal tipin həyat və yaradıcı nümunəsindən istifadə
etmək, şəxsi əmək və fəaliyyət yolunda onu özünə örnək bilmək nəcib və
təşəbbüskar iş sayılmalıdır. Xüsusən, yaradıcı fəailiyyətlə məşğul olan
adamların ahəngdar inkişafında estetik-mənəvi aspektlərin prioritet təşkil edən
zənginliklərinin üzə çıxarılması gənc, böyüyən müasir nəsil üçün çox ibrətamiz
bir həyat yoludur.