Məktəbli
oxusu
Təhsil naziri Mikayıl
Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr
imzalamışdır. Mütaliə insanı formalaşdırır,
inkişaf etdirir, nitqini
zənginləşdirir. Elə buna görə də şagirdlərdə
birinci sinifdən başlayaraq mütaliəyə maraq yaratmaq lazımdır.
Ancaq hələ “Əlifba”nı tam öyrənməmiş şagirdlərə səhnəciklər
vasitəsilə hər hansı bir əsəri mənimsətmək olar.
Səttar Bəhlulzadə adına
Xarici Dillər Təmayüllü Gimnaziyanın Id sinfinin şagirdləri də Abdulla Şaiqin
“Tıq-Tıq xanım”əsərini səhnələşdirərək gimnaziyanın Akt zalında nümayiş
etdirdilər. Səhnəcik şagirdlər, valideynlər
və müəllimlər tərəfindən maraqla qaşılandı. Həmin
ssenarini və şəkilləri oxucularla paylaşırıq.
Tıq-Tıq xanım-----C.Fatimə
Çoban---------------Rəşid
Tülkü----------------Nəzrin
Kirpi----------------Ə.Fatimə
Siçan-------------- - Murad
Aparıcı-------------Aynur
Atlılar:-------------Teymur,
Fuad, Nihal
Musiqiçilər:-------tar-İsmayıl,
kamança-Bəylər, nağara-Rüfət
(Səhnə:
gül-çiçək, yerdə
xalça sərilib, ətrafda ağaclar var.)
APARICI:
Gəlin sizə uşaqlar,
söyləyim bir hekayət
Dozanqurdu edirdi,
yalnızlıqdan şikayət,
Soğan qabıqlarından çadra
geyindi, şıq-şıq
Fındıq qabıqlarından çarıq
geyindi tıq-tıq,
Sürmə çəkdi gözünə,
Sığal çəkdi özünə.
Yola düşdü,
düzəldi, geniş
bir düzə gəldi,
Dost gəzirdi özünə.
(Tıq-tıq bəzənir,
düzənir, ayağına
nə isə batır...
--uy,
uy, uy...)
MAHNI:
Sürmə çəkdim gözümə,
Düşdüm çölün düzünə,
Dost gəzirəm özümə,
Dost gəl hardasan?
Tez gəl hardasan
Tıq-tıq –tıq. (2)
COBAN TÜTƏK ÇALIR—(qoyunlar
mələşir) Tıq-Tıq dinləyir, əzilib-büzülür.
-
Qara qız, hara
gedirsən belə? Hi, hi, hi (gülür)
-
Ey, bura bax, qara
özünsən, mən saçı suray xanımam,
donu duray xanımam.
-
Yaxşı, ay xanım, hara
gedirsən belə?
-
Cərə gedirəm, cürə
gedirəm, sənə nə var hara gedirəm,
özümə dost axtarıram.
-
Özünə dost axtarırsan? Mən
hazır.
- İşdir,
birdən açıqlandırsam səni,
nəylə vurarsan məni?
HM...(fikirləşir)
-
Çomağını qaldırıb Tıq-Tıqı vurmaq istəyir.
Tıq-Tıq
qaçır
-
Siz buna baxın ha, bunun
dostluğuna baxın.
MAHNI:
Baxdım,
baxdım güzgüyə,
Qorxdun,
qorxdum göz dəyə.
Ah,
gözələm mən
Bax
gözələm mən
Tıq-tıq-tıq-tıq.
TÜLKÜ
kresloda oturub ayağı ayağının üstə
-
Nazlı xanım, duzlu
xanım, xeyir ola, hara
belə?
-
Cərə belə, cürə
belə
Sənə
nə var, hara belə
Özümə
dost axtarıram.
-
Dost axtarırsan? Məndən
yaxşı dost?
-
İşdir, acıqlandırsam səni, nəylə
vurarsan məni?
-
Salaram səni dişlərimə,
əzərəm
(Tıq-tıq
qaçır, yıxılır kədərlə oxuyur)
MAHNI:
Çəməndə
çiçək qoşa
Göydə
kəpənək qoşa
Suda
balıq tək deyil
Yuvada
böcək qoşa
-Siçan
pilləkənlərlə qaçıb qabağını kəsir.
-Tıq-tıq
xanım
Saçı
suray xanım,
Donu
duray xanım
Hara
gedirsən?
-Cərə
gedirəm, cürə gedirəm
Sənə
nə var hara gedirəm?
Özümə
dost axtarıram.
-Özünə
dost axtarırsan?
Gəl
ikimiz dost olaq. Bir yerdə yaşayaq. İşimiz
də yüngül olar.
-İşdir
acıqlandırsam səni, nəylə döyərsən məni?
-Quyruğuma yağ çəkərəm,
bal çəkərəm, yanağına
xal çəkərəm.
-Yaxşı,
mən razı.
(Nəlbəki rəqsi)
Tıq-Tıq xanımla Siçan qabaq-qabağa
oynayırlar
(3 nəfər çalğıçı-tar,
kaman, nağara çalır)
-Xan pişiyi bəzəyib, toyudur,
gedim əlimə keçəndən daşıyım evə,
dar gündən ötrü.
-Bəs mən?
Ora getmək xatalıdır,
otur ev eşiyə bax.
(Xan evi bəzənib,
bəylə gəlin oturublar başda,
musiqi çalınır, hamı
oynayır, bu vaxt siçan o tərəfdən qaçır)
Gəlin pişik:
Siçanı görüb:
-Myau,
myau, myau....
Bəy pişik:
-Yeri deyil,
hövsələn olsun.
Siçan pişiyin səsini eşidən
kimi yıxılıb ürəyi gedir, sonra yenidən ayağa durub özünə azuqə
toplayır.
Başqa səhnə:
Tıq-tıq darıxıb çölə
çıxır.
Bu vaxt kirpi oradan keçir
Kirpi:-Nə olub,
kefin yoxdu?
-Siçan bəy özü kefdə,
məni tək qoyub evdə
Yox ondan dost olmaz,
gəl sənimlə dost olaq.
-hi,
hi, hi...(gülür)
-Mənim öz dostlarım özümə bəsdir.
(gülə-gülə gedir hi, hi,
hi....)
Bu vaxt gölün sahilində gəzən
Tıq-tıq suya yıxılıb boğulmağa başlayır.
Yol ilə üç nəfər atlı toya
gedir.
-Ay gedən atlı,
əli baratlı, xan
evinə gedərsiz, cücə -plov yeyərsiz
Siçanqulu bəyə deyərsiz.
Tıq-tıq xanım
Saçı suray xanım.
Donu duray xanım
Düşüb dəvə çuxuruna
Tez özünü yetir ona.
Atlılar səsə qulaq asırlar,
sonra toy evinə gəlib göl sahilində eşitdiklərini gülə-gülə
adamlara danışırlar.
Siçan gizlicə söhbətə qulaq
asır, qaçıb Tıq-tıqın yanına gəlir.
-Əlini mənə bəsdərəcik,
-Yox,
yox mən səndən küsdərəcik( 3 dəfə təkrar)
-Küstərəcik,
ha küstərəcik,
mən də sənə quyruq göstərəcik.
(dönüb gedir, Tıq-tıq
Siçanın quyruğundan tutub sudan çıxır.)
MAHNI:(başını aşağı salıb kədərli,
kədərli
oxuyur)
-Bir körpə böcəyəm mən
Çiçəkdən göyçəyəm mən,
Dost axtardım tapmadım.
Təkcəyəm,
təkcəyəm, mən.
S O N.
Tərtibçi:Şəcahan RAMAZANOVA,
S.Bəhlulzadə adına XDTG-nın
ibtidai sinif müəllimi
tesekkur edirem elnan yazib kocurmeye ehtiyac qalmadi. hazir yazmiiniz cox saqolun
ReplyDelete