Bu yazı Bakının Yasamal rayonundakı 286 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi Şəfəq Mustafayevanın iş təcrübəsindən bəhs
edir.
İzlədiyim dərslərdə motivasiyanın
elektron resurslardan istifadə edilərək qurulmasının həmişə növbəti
mərhələlərdə səmərə verdiyinin şahidi olmuşam. Şəfəq Mustafayevanın dərsi də bu
baxımdan istisna olmadı.
“Halalar, ay halalar,
Dağda ceyran balalar.
Quşlardan hansı quşdur,
Yumurtasız balalar?”
Monitorda təbiətin əsrarəngiz canlılarının - quşların nümayişi fonunda səslənən bu tapmaca şagirdləri sanki sehrli bir aləmə qərq etmişdi. Axı, uşaqlar üçün təbiət həmişə sehrli bir məna daşıyır. Müəllimin də ustalığı ondadır ki, bu dünyanın sehrini şagirdinin gözləri qarşısında yavaş-yavaş açsın, ona dünyanın rənglərini duymağa yol göstərsin.