Natalya NİŞTA
Lvov şəhər 69 nömrəli məktəbin direktoru
Hər şey nədən
başladı...
Bir
qış günü məktəbimizi təmkinli, nəzakətli bir şəxs ziyarət etdi. Məlum oldu ki,
həmin şəxs Azərbaycan Təhsil Şurasının katibi, "Təhsil və zaman" qəzetinin
redaktoru Böyükağa Mikayıllıdır.
Elə ilk dəqiqələrdən Ukrayna və Azərbaycanda təhsilin
səviyyəsi - müasir təlim metodları, didaktik və tərbiyə işlərinin həllinə
yanaşmalar, şagirdlər üçün təlimi maraqlı edə biləcək vasitələr haqqında səmimi,
dostyana söhbətimiz baş tutdu.
Sonra məktəbdə
ekskursiyaya çıxdıq, kollektivimiz xüsusi bir həvəslə öz təcrübələri ilə
bölüşdü. İbtidai siniflərin dərsində olduq. Qonağımızı kiçik yaşlı məktəblilərin
tədris prosesi daha çox maraqlandırırdı. Bu heç də təsadüfi deyil, çünki şəxsiyyətin
formalaşması məhz bu yaşlarda baş verir, bu yaşda uşaqlar daha həssas, biliklərə
yiyələnməyə maraqlı və açıq olurlar. Ona görə də bu mərhələdə məktəbdə işin
forma və məzmununun düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir. Bizim məktəbdə
“Mehriban qonşuluq münasibətləri mədəniyyəti” layihəsi həyata keçirilir və məktəb
proqramına inteqrasiya edilir. Birinci sinifdə kursun proqramı çoxillik təcrübəyə
malik, yüksək ixtisaslı pedaqoq Lukyanenko Lyubov Afanasiyevna tərəfindən tədris
olunur. Böyükağa Mikayıllı həmin müəllimin dərsində iştirak edərək onun iş
sistemi ilə tanış oldu və beləliklə “Təhsil və Zaman” qəzetinin növbəti sayında
əhatəli bir məqalə dərc olundu.