Məhluqə Akimova
Riyaziyyat müəllim, məktəb Həmkarlar Təşkilatının üzvü
Azərbaycan
Həmkarlar İttifaqının sosial ədalət prinsiplərinin bərqərar olmasında, əmək və
sosial hüquqlarının qorunmasında, əməyin və sağlamlığın muhafizəsində və bir
çox başqa problemlərin həllində yeri və rolu
çox böyükdür.
Bu
gün əhalinin sağlamlığının qorunması, işçilərin müalicə-profilaktika, sanitar-məişət
xidmətinin və sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunmasını Həmkarlar
İttifaqları özünün ümdə vəzifələrindən hesab edir.
Ümummilli
lider Heydər Əliyevin uzun illər Azərbaycanda sanatoriya və kurort sahəsinin
Inkişafında göstərdiyi əvəzsiz xidmətləri işçilərin sosial problemlərinin həllində,
əmək və istirahət hüquqlarının təmin olunmasında həmkarlar ittifaqının səmərəli
fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır.
Bakı
şəhəri 129 saylı tam orta məktəb 1979-cu ildən fəaliyyətə başlayıb. Fəaliyyətə
başladığı ildən məktəbdə həmkarlar təşkilatı
yaradılıb. Həmkarlar təşkilatının rolu və fəaliyyəti əvvəlki illərdə o qədər
də nəzərə çarpmırdı.
2013-cü
ildən hörmətli Mikayıl Cabbarov Təhsil Naziri kimi fəaliyyətə başladı. O zaman
Təhsil Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqı arasinda sənəd imzalandı və
məktəblərdə Həmkarlar Təşkilatının fəaliyyəti gücləndirildi.
2012-ci
ildən 129 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin olunan S.Mehdi-zadə
pedaqoji şuranın iclasında həmkarlar təşkilatının iş prinsiplərindən danışdı.
Samir müəllim Azərbaycan Həmkarlar İttifaqı ilə imzalanmış sənədin bəzi müddəaları
ilə müəllimləri tanış etdi və məktəb həmkarlar təşkilatının fəaliyyətinin
artırılmasını təklif etdı. 2013-cü ilin aprel
ayında məktəb həmkarlar təşkilatı yeni tərkiblə işə başladı. Məktəb həmkarlar
təşkilatının yeni tərkibi işə başladığı gündən məktəbin bütün işlərində yaxından iştirak etməyə başladı.
2012-2013-cü
dərs ilindən məktəbdə müəllimlərin dərs bölgüsü həmkarlar təşkilatinin üzvlərinin
iştirakı ilə həyata keçirilir. Bu zaman dərslərin müəllimlər arasında bərabər bölünməsi
təmin edilir. Nazirin “Etik qaydalar” haqqında verdiyi
qərara riayət etmeyən müəllimlərin məsələsi məktəb rəhbərliyi ilə
birlikdə həmkarlar təşkilatının
iclasında müzakirə olunur, qəbul edilmiş qərarlar məktəbin elanlar guşəsindən
asılır.
Məktəbdə
növbətçilik, təmizlik, yanğından təhlükəsizlik işlərinin həyata keçirilməsində
də məktəb həmkarlar təşkilatının rəhbərliyi və üzvləri yaxından iştirak edirlər.
Demək olar ki, bu işlərə həmkarlar təşkilatının üzvləri nəzarət edir və məktəb rəhbərliyinə mütəmadi olaraq məlumat
verir.
Məktəb
həmkarlar təşkilatının müəllimlərin hüquqlarının qorunmasında və onların bir çox başqa problemlərinin həll
olunmasında çox böyük rolu var. Müəllimlərin sanatoriya-kurort müalicəsinin təşkilinin
təmin olunması da məktəb həmkarlar təşkilatının üzərinə düşür. Müəllimlərin
sağlamlığının qorunmasının qayğısına qalan həmkarlar təşkilati ölkə daxilindəki
və ölkə xaricindəki sanatoriya və müalicə ocaqlarında müəllimlərin yerləşdirilməsinin
təmin olunmasına çalışır.
Yay
aylarında ölkəmizin səfalı rayonlarına turların təşkil olunmasında da məktəb həmkarlar
təşkilatının rolu danılmazdır. Maddi cəhətdən sıxıntısı olan işçilərə
yardımların olunması həmkarlar təşkilatı tərəfindən həyata keçirilir.
Beləliklə,
məktəbimizin həmkarlar təşkilati öz fəaliyyətini gücləndirməyə çalışır. Bakı şəhəri,
Nizami Rayonu 129 saylı tam orta məktəbin həmkarlar təşkilati məktəbə və məktəbin
kollektivinə yaxından kömək etməyə özünü borclu bilir və bu istiqamətdə işini
qurur.
No comments:
Post a Comment