Təhsil Şurası 4 iyun 2016-cı il tarixində Azərbaycan təhsilində ilk
dəfə olaraq Qabaqcıl Müəllimlərin Birinci Respublika Forumunu keçirdi.
Respublikamızın bütün
bölgələrindən qabaqcıl müəllimlərin iştirak etdiyi Forum
Bakının Səbail rayonundakı 6 nömrəli məktəb-liseydə təşkil olunmuşdu. Forumda
Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin
Aparat rəhbərinin müavini Fərzəli Qədirov, ADPU-nun fizika fakültəsinin dekanı,
fizika-riyaziyyat elmləri doktoru, professor Mirzəli Murğuzov, BDU-nun
psixologiya və sosiologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru,
professor Hikmət Əlizadə, TPİ-nin direktor müavini, dosent Ənvər Abbasov,
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, sosioloq-alim
Əhməd Qəşəmoğlu, Təhsil Şurasının İdarə Heyətinin üzvləri, Bakı şəhərindən və
bölgələrdən məktəb rəhbərləri, QHT nümayəndələri iştirak edirdilər.Qabaqcıl müəllimlərin Forumunu keçirmək ideyası zərurətdən yaranıb
Ə.Ağayev vurğuladı ki, Qabaqcıl müəllimlərin Forumunu keçirmək ideyası təsadüfdən deyil, zərurətdən yaranıb. Təhsil Şurası bir neçə ildir ki, “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi həyata keçirir. Bu layihə çərçivəsində həyata keçirilən işlər zamanı ölkəmizdə nə qədər qabaqcıl müəllimin olduğunu müəyyən etdik. Artıq bizim müəllimlər elə bir qabaqcıl iş təcrübəsinə malikdirlər ki, bunu hətta xarici ölkələrdə də qürurla nümayiş etdirmək mümkündür. O, Təhsil Şurasının bu yöndə həyata keçirdiyi tədbirlərdən – Gürcüstanda və Ukraynada keçirilmiş “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konranslardan bəhs etdi. Qeyd etdi ki, qabaqcıl müəllimlər Təhsil Şurasının keçirdiyi bu mühüm əhəmiyyətli beynəlxalq tədbirlərə böyük həvəslə qoşulur, öz təcrübələrini dünyaya yayırlar. Bu, yalnız bir müəllimin deyil, ümumilikdə Azərbaycan təhsilinin nailiyyətidir. Ə.Ağayev söylədi ki, Təhsil Şurası Azərbaycan təhsilinin uğurlarının dünya arenasına çıxarılmasında, eyni zamanda, müəllimlərin dünya təhsilində gedən yenilikləri öyrənməsində mühüm rol oynamağa, bu sahədə əhəmiyyətli layihələr həyata keçirməyə çalışır.
Professor Əjdər Ağayev Forumda “Qabaqcıl təcrübə nədir? Qabaqcıl
təcrübəyə necə nail olmaq mümkündür?” mövzusunda məruzə ilə çıxış etdi.
Ə.Ağayev qabaqcıl müəllimi qabaqcıl təcrübəni öyrənən, yayan və fəaliyyətini
şəxsi yaradıcılığı, yenilikləri ilə zənginləşdirən müəllim kimi xarakterizə
etdi. Söylədi ki, qabaqcıl təcrübə qazanılmış praktik bacarıq və vərdişlərin