2.01.2014
Epistemologiya - məlumatın fəlsəfəsi
Epistemologiya - məlumatın fəlsəfəsi
Antik alimlərdən bu günümüzün elm adamlarına qədər metafizika ilə maraqlananların məlumatla bağlı düşüncələri - mümkün ola bilməyəcək məlumat, məlumatı təkzib, inkar edən məlumat və s. problemlər məlumatın fəlsəfəsini meydana gətirdi. Bilik nədir sualından qaynaqlanıb fəlsəfənin bir qolu hesab edilən "Epistemologiya" elmi yarandı. Qədim Yunan dilində "epistemo"- bilik, "loqos-elm" sözlərinin birləşməsi olan elm - epistemologiya, fəlsəfənin bir qolu kimi elmi -məntiqi araşdırma sahəsi olaraq bu gün də aktuallığını qoruyur.
Bu “İşıq” sönən işıqlardan deyil...
Bu “İşıq” sönən işıqlardan deyil...
Yurdumuzun dəyərli aydınlarından biri Böyükağa Mikayıllının bir neçə illik zəhmətinin, gərəkli araşdırmalarının sonucu olan kitabı “İşıq” adlanır. Kitab işıq haqqındadır. Ancaq bu, fizikadan öyrəndiyimiz elektromaqnit şüalanmasının nəticəsi olan işıq deyil. Bu işıq zaman olaraq qərinələri, yüzilləri, məkan olaraq bütöv bir yurdun sınırlarını aşa biləcək İşıq - İnsan haqqındadır; Çağımızın ən böyük aydınlarından biri Əjdər Ağayev haqqında. Kimdir Əjdər Ağayev?! Bax, bu suala cavab verməyəcəm. Nədəni bu ki, Əjdər Ağayev kimliyini açmaq, onu bütün mənəvi varlığının ölçüləri və böyüklüyünün dəyər miqyası ilə olduğu kimi təqdim etməyə nə qüdrətim, nə də iddiam var. Sadəcə, Əjdər Ağayevin uca millətimizin son yüzilliklərdə yetirmiş olduğu Firudin Bəy Köçərli, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyli, Mehdi Mehdizadə, Mərdan Muradxanov... və digər bu kimi fəaliyyət istiqaməti bir sahə ilə məhdudlaşmayan, bir çox digər sahələrdə də silinməz iz qoymuş Böyüklərdən olduğunu bilirəm. Böyükağa Mikayıllı Əjdər müəllimi təqdim etmək, onun böyük ömrünü kitablaşdırmaq kimi çox məsuliyyətli bir işə başlayıb. Böyükağa kitabı neçə səhifə, neçə cild

Yazıçı-jurnalist Böyükağa Mikayıllının “İşıq” sənədli romanı çapdan çıxıb.
İşıq” sənədli romanı çapdan çıxdı
Yazıçı-jurnalist Böyükağa Mikayıllının “İşıq” sənədli romanı çapdan çıxıb. Bu əsər Azərbaycanda bədii-pedaqoji janrda yazılmış ilk əsər kimi dəyərləndirilir.
Müəllifin bu əsəri Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi professor Əjdər Ağayevin həyat yolundan, təhsil illərindən və fəaliyyətinin ilk mərhələsindən bəhs edir. B.Mikayıllı görkəmli alimin həyat yolunu özünəməxsus tərzdə qələmə almaqla bədii-pedaqoji janrda dəyərli sənət əsəri meydana gətirib.
Qeyd etmək yerinə düşərdi ki, “İşıq” əsəri Azərbaycanda bədii-pedaqoji janrda qələmə alınmış ilk əsər kimi dəyərləndirilir. Əsərdə qəhrəmanın keçdiyi həyat yolu, görüşləri, ünsiyyətdə olduğu elm, sənət sahibləri, sadə peşə adamları ilə söhbətləri özünün pedaqoji, əxlaqi, tərbiyəvi mahiyyəti ilə diqqət mərkəzində dayanır.
Sənədli roman Azərbaycan pedaqoji fikir tarixinin inkişaf dinamikasını, bu inkişafın mərhələlərini əks etdirməklə ensiklopedik pedaqoji mənbə təsiri bağışlayır. Əsər böyük bir dövrün pedaqoji panoraması haqqında təsəvvür yaratmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Kitabın redaktoru Azər Turandır.
Təhsil Şurasının yeni layihəsi uğurla tətbiq olunmaqdadır
Təhsil Şurasının yeni layihəsi uğurla tətbiq olunmaqdadır
Qalibiyyət
Qalibiyyət
1.26.2014
Böyükağa Mikayıllının "Olaylar"a müsahibəsi.
"Valideynlərimiz olmadığından bizə repetitor tutan yoxdur"
Böyükağa Mikayıllı: “Valideyn düşünür ki, başqası kimi onun da övladı mütləq ali məktəbə daxil olmalıdır”
Hər il ümumilikdə 100 mindən artıq abituriyent ali məktəbə sənəd verir. Sənəd verən 100 min nəfərdən təxminən 30 faizi ali məktəbə daxil olur. Qəbul ola bilməyənlərin bir qismi ali məktəblərə yenidən sənəd verir, digər qismi isə şansını sınamaq haqda heç düşünmür də. Ümumi nəticələr bunu göstərir. Hələ ali məktəbi bitirdikdən sonra bir qisim tələbələrin öz ixtisası üzrə çalışa bilməməsini nəzərə alsaq işsizlik probleminin get-gedə daha da artdığını müşahidə edə bilərik. “Bəs, gənclərin işlə təmin olunması üçün hansı çıxış yolu var?” deyə düşündükdə ilk növbədə haqqında elə də geniş bilgiyə malik olmadığımız peşə təhsil müəssisələri ağlımıza gəlir.
Subscribe to:
Posts (Atom)