5.19.2015

Fəaliyyətimiz yeniliklərin tətbiqi üzərində qurulub

 Həqiqət SALMANOVA, 129 №-li məktəbdə
ibtidai siniflər üzrə direktor müavini 
2008/2009-cu dərs ili Azərbaycan təhsilinin tarixində ölkəmizdəki müsbət təcrübəni və eləcə də dünyanın inkişaf etmiş ölkələrindəki mütərəqqi təhsil təcrübələrini, yanaşmaları özündə əks etdirən yeni kurikulumlarla tədrisin başlanması ili kimi qalmışdır. Məlumdur ki, təhsildə islahatyönümlü işlərin aparıldığı mərhələdə müəllimdən daha çox öyrənmək, mütaliə etmək tələb olunur.

Məktəbimiz yola salmaqda olduğumuz 2014/2015-ci tədris ilini 21 ibtidai siniflə başlamışdır. Tədris ilinin əvvəli I-IV siniflərin komplektləşməsinə nəzarət edilmiş, il ərzində müəllimlərin (I-IV) gündəlik və proqramları, əyani vasitələri izlənmişdir. Bununla bərabər, şagirdlərin məktəbli formasında gəlmələrinə, məktəb qaydalarına əməl etməsinə də nəzarət edilmişdir.
Məktəbin I sinfində dərs deyən müəllimlərə il ərzində lazımı metodiki  köməklik göstərilmişdir. Məlumdur ki, hazırlıq mərhələsi keçməyən, ilkin oxu, yazı və riyaziyyat üzrə sadə vərdişlər almayan şagird məktəbdə çətinliklərlə qarşılaşır. Bu baxımdan müəllimləri daha məsuliyyətli olmağa dəvət edirəm.
Məktəbdə dərs ili boyunca vaxtaşırı qarşılıqlı dərslərin aparılması təmin edilib. Demək olar ki, ibtidai sinif müəllimlərinin əksəriyyətinin açıq dərsi dinlənilərək təhlil edilib. Müəllimlərin dərslərinin təhlili zamanı əsasən onların təşkilatı, təlim, tərbiyəedici fəaliyyəti və şagirdlərin fəaliyyətinə diqqət yetirmişəm. I və II yarımilin sonu məktəb rəhbərliyi tərəfindən ana dili, riyaziyyat, həyat bilgisi fənlərindən yazılı, qalan fənlərdən isə sinif rəhbəri tərəfindən böyük summativ qiymətləndirmə aparılmışdır. İl ərzində diaqnostik dəftərlərin yazılması, formativ jurnalın aparılması qaydası, kiçik summativ qiymətləndirmənin yazılmasına nəzarət etmişəm.
         Müntəzəm olaraq müəllimlərin dərslərini dinləyib mənfi və müsbət cəhətlərini onların nəzərinə çatdırmışam. İzlədiyim dərslərdə fəal təlim texnologiyalarının tətbiqinə dair müvafiq mülahizələrimi də bildirmişəm. Fəal təlim texnologiyaları dövrün tələbidir. Müasir müəllim öz işini məhz bu tələblər üzərində qurduğu halda uğura daha yaxın olur.
Tədris ili ərzində valideynlərin məktəblə əlaqələrinin müntəzəmliyinə də ciddi nəzarət etmişəm. Çətin tərbiyə olunan şagirdi diqqət mərkəzində saxlayıb məktəb psixoloqunun onunla iş aparmasını təmin etmişəm.
Dərslərdə əyani vasitələrdən istifadə etmək təlimin keyfiyyətinin yüksəldilməsi baxımından vacibdir. Hər hansı bir işi görmək üçün lazımi hazırlıq görülməsi mühüm şərtdir. Bu mənada müəllimin dərsə hazırlaşmağının əhəmiyyəti daha böyükdür. Yəni kurikulumla işləyən müəllimlər indi dərsə daha ciddi hazırlaşmalı, vaxtının çoxunu buna sərf etməlidir. Sinifdə isə müəllimlər az, şagirdlər çox işləməlidirlər. Bu səbəbdən də, müəllimin öz  üzərində biliyinin artırılması yolunda daim və inadla işləməsini izləyirəm.
Müasir uşaqlar informasiya əldə etmək üçün kitablara az müraciət edir, kompüterdən istifadəyə daha çox meyil göstərirlər. İbtidai siniflərdə informasiya texnologiyalarından istifadə şagirdlərin dərsə marağının artmasına kömək edir. Kompüterlə işləmək şagirdlərdə daha çox maraq oyadır və dərsin keyfiyyətinin artmasına səbəb olur. Bu zaman şagirddə görmə yaddaşı daha çox inkişaf edir. Bu məqsədlə məktəbdə İKT-dən istifadəyə diqqəti artırmışam.
Tədris ili ərzində metodbirləşmə iclaslarında müəllimlərdən Ə.İradənin “Formativ qiymətləndirmənin təşkili haqqında”, “Fənn kurikulumunu tətbiq edərkən”, A.Novruzovanın “Təhsil sistemində müasir baxış və müasir yanaşmaları formalaşması ümumi təhsilin inkişafında mühüm amil kimi”, Ü.Qədirlinin “Şagird şəxsiyyətinin formalaşmasında müəllim - şagird münasibətlərinin rolu”, R.Hüseynovanın “Bayrağımız” və s. mövzularda məruzələri dinlənmişdir.
İl ərzində sinifdənxaric işlərə də diqqət yetirilmiş, bir çox tədbirlər həyata keçirilmişdir. Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin “Pişik balasın səhvi” pyesi 3 “B” sinif şagirdləri tərəfindən səhlənəşdirilmiş, 3 “C” sinif şagirdləri isə Ə.Ağayevin həyat və yaradıcılığı haqqında şeirlər söyləyib, mahnılar oxumuşlar.
         Siniflər “Şəhidlər Xiyabanı”nı, “Xocalı abidəsi”ni ziyarət ediblər, “Bayraq meydanı”na, “Qız qalası”na, “Yanardağ”a ekskursiyaya gediblər. Qarşıdakı dərs ili bizim üçün fəaliyyətimizin yeni istiqamətləri baxımından daha da zəngin olacaqdır.

                                                                  

No comments:

Post a Comment