5.26.2015

Ustad müəllimin ustad dərsi

  O, dərs apardığı sinfi «Azərbaycan», «Qarabağ», «Bakı», «Təbriz» olmaqla dörd qrupa
bölmüş, Azərbaycanın böyük mütəfəkkir şairi Məhəmmədhüseyn Şəhriyarın həyat yaradıcılığı mövzusu ətrafında birləşdirmişdi. Əslində Şəhriyar mövzusu ideya baxımdan özündə milli birliyi ehtiva edir. Bacarıqlı  müəllim bu amildən istifadə etməklə şagirdlərinin təfəkküründə milli hisslərin oyadılmasına təkan verə bilər. Qruplar ayrı-ayrılıqda fəaliyyət göstərib mübarizə aparsalar da, bütövlükdə bir ideya ətrıfında birləşmişdilər: Mənəvi dəyərlərimizin, tariximizin müəyyən mərhələsinin öyrədilməsi. Mənəvi dəyərimizin baş rolunda isə Məhəmmədhüseyn Şəhriyar çıxış edirdi.
Şuşa Rayon Təhsil Şöbəsinin məsləhətçisi Əyyub Əbdüləzimovun (ŞırlanlıRamana qəsəbəsində yerləşən  Malıbəyli kənd 1№li tam orta məktəbdə 11-ci sinifdə təşkil etdiyi ustad dərsi Şəhriyarın həyat yaradıcılığına həsr olunmuşdu. Həmin gün Malıbəyli məktəbində sözün həqiqi mənasında bir Şəhriyar işığı parlayırdı. Həmin işığın ətrafına Təhsil nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, həmin institutun elmi katibi, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor  Akif Abbasov,
filologiya elmləri namizədi Ənvər Əhmədov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, «Təhsil zaman» qəzetinin redaktoru Böyükağa Mikayıllı, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər toplaşmışdılar. Öncə qeyd etmək istərdim ki, Əyyub Əbdüləzimovun təqdim etdiyi ustad dərsi təhsildə fəal texnologiyaların tətbiq edildiyi indiki dövrdə müasir  dərsin təşkili keçirilməsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi. Təcrübəli müəllim özü ustad dərsi vermək təklifi ilə Şuşa Rayon Təhsil şöbəsində çıxış etmiş bu təklif bəyənilərək təcrübi olaraq yayılması qərara alınmışdır. Ustad dərsi indiki zamanda yeni səslənsə , əslində sovet dönəmində belə dərslər keçirilmişdir. Əyyub müəllimin bu təkliflə konkret olaraq dərs nümunəsi ilə çıxış etməsi mütərəqqi ənənənin yenidən gündəmə gətirilməsi müasir dərsə verilən tələblər baxımından da əhəmiyyətli idi. Yeri gəlmişkən qeyd edim ki, Əyyub Əbdüləzimov hələ Şuşada ikən ustad dərsi nümayiş etdirmiş, təhsil tariximizdə belə dərs nümayiş etdirənlərdən birincisi olmuşdur. Təcrübəli müəllimin bu dərsi bir sıra cəhətləri ilə diqqəti cəlb elədi. Birincisi o idi ki, Əyyub müəllim bu məktəbdə dərs aparmır. Ümumiyyətlə, praktik olaraq müəllimliklə məşğul deyil. Hər hansı bir dərsin keyfiyyəti onun hansı təlim texnologiyaları ilə mənimsədilməsindən deyil, həmin texnologiyalardan necə istifadə olunmasından, eləcə müəllimin ondan istifadə etmək istedadından asılıdır. Elə Əyyub müəllimin ustad dərsində texnoloji bacarıqları ilə mövzuya mükəmməl bələdliliyi, eyni zamanda həyat təcrübəsinin vəhdətindən yaranan bir ab-hava ilə üz-üzə qaldıq. Lakin bu da hələ son deyildi. Şair-pedaqoq tədris etdiyi mövzunun imkanlarından istifadə etməklə, sinifdə əsl mənəvi tərbiyə mühiti yaratmışdı. Mövzunun ana xəttini, doğrudur, Məhəmmədhüseyn Şəhriyar təşkil edirdi. Amma müəllimin inteqrativ interaktiv şəraitdə qurduğu dərs mühiti Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, musiqisi ilə əhatə olunmuşdu. Əslində müəllim inteqrativliyi elə qrupları adlandırarkən təmin etmişdir. qrupları belə adlandırmaqla sinifdə bütöv Azərbaycan mühiti təmin eləmiş, onun xəritəsini çəkmişdi. Diqqət yetirək: «Azərbaycan», onun həsrətində qaldığımız Qarabağı, Təbrizi nəhayət döyünən ürəyi-BakıSinif qruplara bölündükdən sonra müəllim mövzunu elan elədiElə dərsin başlanğıcında da müəllim ekranda Azərbaycanın xəritəsini nümayiş etdirdi. Bu xəritə uşaqların təsəvvüründə Azərbaycanı bütöv olaraq canlandırmaqda müstəsna rola malik idi. Fikrimcə, Əyyub Əbdüləzimovun nümayiş etdirdiyi xəritə məhz indiki dildə desək, motivasiya anlamına gəlirdi. Bəs niyə motivasiyanı məhz Azərbaycan xəritəsi ilə əlaqələndirirəm? Dərsin sonrakı gedişi fikrimin təsdiqi üçün mənə əsas verirdi. Azərbaycanın xəritəsi nümayiş olunduqdan sonra müəllim 1828-ci ildə Çar Rusiyası ilə İran arasında bağlanmış «Türkmənçay» müqaviləsi haqqında danışdı. Məlumat verdi ki, həmin müqavilə şərtlərinə əsasən vətənmiz iki yerə bölünmüş, həsrətimizin, acımızın təməli qoyulmuşdur. Müəllimin dərsə məhz Türkmənçay müqaviləsi ilə başlaması da təsadüfü xarakter daşımırdı. Ümimiyyətlə, mən müşahidə etdiyim bu dərsdə məntiqdən kənar qalan bir şey görmədim. Hər şey elə ölçülü biçili diqqətə çatdırılır, elə söylənilirdi ki, onu qəbul etməmək, yadda saxlamamaq, yaxud təsirinə düşməmək mümkün deyildi. Bəli məhz Türkmənçay müqaviləsi millətimizi iki yerə parçalamaqla acılarımıza təməl olmuş bu acıların övladları doğulmuşdu. Onlardan biri ən böyüyü dünya ədəbiyyatında özünə layiqli yer tutmuş görkəmli mütəfəkkir şair Məhəmmədhüseyn Şəhriyardır.
Müəllimin görkəmli şair haqqında verdiyi məlumat uşaqlar üçün yenilik olmaqla bərabər həm maraqlı təəssürat yaradırdı. O, məlumatı sadəcə verib keçmirdi, eyni zamanda onu həm ekranda nümayiş etdirir, həm şairdən lirik şeirlər söyləməklə bunu özünəməxsus templə ifadə etməklə şagirdlərin nəzərini mövzuya yönəldirdi.
Müəllimin geniş informasiyasından sonra qruplara kartoçkalar payladı. Tam təsəvvür yaratmaq üçün qrupların sualları haqqında da bəhs etməyi lazım bilirəm. Diqqət yetirək: Təbriz kimin dövründə Azərbaycanın paytaxtı olmuşdur? Həmin dövrdə rəsmi dövlət dili hansı dil sayılırdı? Şəhriyarın anasının oğluna dediklərini təkrar edə bilərsinizmi? 1988-1993- illərdə Azərbaycanın hansı əraziləri kimlər tərəfindən işğal olunmuşdur? qədər ərazimiz işğal altındadır? Təbrizi təxəllüslü Azərbaycan şairi tanıyırsınızmı? Məhəmmədhüseyn Şəhriyar harada, neçənci ildə, kimlə ailə qurmuşdur? Heydərbabaya salam şeirinin süjet xətti varmı? Poema neçə hissədən ibarətdir? İlk dəfə harada, neçənci ildə nəşr olunmuşdur? Şəhriyarın hansı əsərlərini tanıyırsız? Şəhriyarın poemalarından bir neçəsinin adını çəkinŞəhriyar Tehrandan uzaqlaşıb Təbrizə gələndə deyir? Şəhriyarın «Azərbaycan» şeirnin ideyası nədir? Cavad Heyət kimdir o, Şəhriyarı neçənci ildə, hara dəvət eləmişdir? Bədnam Türkmənçay müqaviləsinə qədər Azərbaycanın ərazisi qədər olmuşdur? Bu ərazilər hansı dövlətlər tərəfindən işğal edilmişdir? Sən Vətənini işğaldan azad etməyə hazırsanmı? Şəhriyarı hansı Azərbayjan şairləri ilə müqayisə edə bilərsiniz, niyə? Şəhriyarın çap olunmuş ilk əsərləri hansılardır? Şəhriyarın «Heydərbabaya salam» əsərindən 1-2 bənd söyləyə bilərsinizmi? Təbriz Azərbayjanın hansı ərazisində yerləşir? Şəhriyarın Universitetdən qovulmasına səbəb kim oldu? Şəhriyar Şimali Azərbayjanda kimlərlə məktublaşırdı?
Fikrimcə, bu sullara nəzər yetirmək kifayətdir ki, müəllimin mövzu ətrafında elmi hazırlıq səviyyəsi, ümumiyyətlə dünyagörüşü, onun qarşısına qoyduğu məqsəd haqqında tam təsəvvür oyansın. Eləcə görünsün ki, müəllim görkəmli şəxsiyyətlərimizi, mənəvi paytaxtlarımızı  tanıtmaq, millətimizin başına gətirilən müsibətləri dərsin gündəminə gətirməklə bir mövzu ətrafında necə ustalıqla birləşdirə bilmişdir. Elə isə şagirdlərin hazırlıq səviyəsinə onların bu mövzu ətrafında cavablarına, eləcə onların əməkdaşlıq şəraitində işləmək imkanlarına nəzər yetirək. Yuxarıda qeyd etdim ki, müəllim bu siniflə birinci dəfə idi ki, təmas qururdu. Buna rəğmən dərsə öncədən heç bir hazırlıq aparılmamışdı. Amma buna baxmayaraq uşaqların fəallığı elə ilk andaca diqqəti cəlb edirdi. Mənə elə gəlir ki, bunu bir sıra səbəblərlə izah etmək olar. Birincisi odur ki, mövzu, qoyulmuş suallar vətənpərvərlik aspektində idi. Şuşa məktəblərində, eləcə Malıbəyli  1№li tam orta məktəbində apardığım müşahidələr məndə hələ əvvəllərdən belə bir qənaət hasil eləmişdir ki, Şuşa təhsilində gənclərin vətənpərlik tərbiyəsi istiqamətində ciddi işlər görülür. Elə vətənpərvərlik aspektində qoyulmuş sualların məntiqli cavablandırılması da ilk növbədə bununla əlaqədar ola bilər. İkincisi isə Malıbəyli məktəbindən bir neçə ay əvvəl hazırladığım məqalədə məktəbdə təlimin keyfiyyətindən bəhs etmişdik. Müəllim şagirdlərin hazırlıq səviyyəsini müşahidə etmiş bundan razı qalmışdım. İndi bir daha bunun şahidi oldum. Nəhayət ən mühüm faktorlardan biri müəllimin sinifdə yaratdığı yaradıcı işləmək imkanı şagirdlərin bundan məharətlə yararlanmaları idi.
Qrupların suallarından tam aydın olur ki, müəllim Şəhriyar mövzusunu əsas götürərək sinifdə humanitar fənlərin sintezindən ibarət kompozisiya yaratmaq istəmişdi. Qruplar sualları  cavablandırdıqca Azərbaycan tarixinin mühüm məqamları, görkəmli şəxsiyyətlərimiz, onların tariximizdə oynadığı rol, ədəbiyyatımızın inkişaf tendensiyaları, görkəmli şairlərimiz, Vətənimizin təbiəti, onun coğrafi mövqeyimusiqimizin misilsiz gözəlliyi gözlərimiz önündə canlanırdı. Müəllim isə bu gözəlliyi özünün hazırladığı video-çarxla tamamlayır, dərsin təbii notlar üzərində qurulmasını təmin edirdi. Görkəmli xanəndələr Rübabə Muradovanın ifasında «Heydərbabaya salam», Xan Şuşinskinin ifasında «Şuşanın dağları» ifa olunduqca sanki parçalanmış, işğal olunmuş vətənimiz gözlərmizdə bütövləşirdi. Bütün bunların fonunda isə Məhəmmədhüseyn Şəhriyar obrazının şagirdlər tərəfindən daha mükəmməl qavranıldığı hiss edilirdi. Müəllimin nümayiş etdirdiyi fotolar da sinifdə yaradılmış mühitin məntiqi davamı kimi görünüdü. Əyyub müəllimin Təbrizdə Şairlər xiyabanının, Təbrizin tarixi yerlərinin, Şəhriyarın ziyarətinə gedərkən çəkdiyi, «Varlıq» jurnalının baş redaktoru Cavad Heyətlə görüşü əks etdirən fotoşəkillər nümayiş olunduqca şagirdlərin simasında parlayan sevinci görməmək mümkün deyildi. Onlar sanki quş olub həmin yerlərə qanadlanmaq arzusu ilə yaşayırdılar. Müəllim nümayiş etdirdiyi materiallarla həm İnformasiya bolluğu yaratmağa çalışırdı. onların təqdimatı pedaqoji cəhətdən elə ustalıqla, məntiqi ardıcıllıqla aparılırdı kisanki onlardan biri olmasaydı fikir tamamlanar, məqsədə nail olunardı. Məhz bunun nəticəsi idi ki, sinifdə dinamiklik hiss edilir, dərs sona yaxınlaşdıqca o daha da artırdı. Ötürülən informasiya sanki şagirdin ruhi-mənəvi durumunu tənzimləyir, dərsin sonuna yaxınlaşdıqja yorğunluq deyil, intensivlik yaradırdı. Müəllimin özünün xoş aurası, ara-sıra öz şeirlərindən ifa eləməsi, musiqi fotoların məqamında təqdim edilməsi sinfdə yaratdığı öyrənmə mühitini nizamlayırdı. O, nümayiş etdirdiyi fotolar, musiqi, eləcə öz ağır-səngəl səsi ilə şagirdlərini Təbrizdən Qarabağa, Şuşadan Bakıya çəkib aparırdı. bunu elə ustalıqla edirdi ki, səsin arxasında sanki bir aşkar olunmuş həqiqət vardır. Xəyallar gerçəkləşir, sanki müəllimin səsi ilə biz Qarabağa, Təbrizə, Şuşaya qovuşuruq
Müəllim dərsi hansı vətənpərvər notlar üzərində başlamışdısa, elə bitirdi. O, ev tapşırığı olaraq  «Heydərbabaya salam» poeması haqqında esse yazmağı tapşırdı. Qrupların qiymətləndiriliməsi maraqlı alındı. Onlar bir-birilərin qiymətləndirdilər
Dərs haqqında daha çox yazmaq olardı. Əyyub Əbdüləzimov ustad müəllim kimi dərsdə mühüm məqamlarla diqqəti cəlb elədi. Mən düşünürəm ki, dərsdə iştirak edən mütəxəssislərin fikirləri oxucular üçün maraqlı olardı. Ona görə apardığım təhlilin davamını onların öhdəsinə buraxıram.
Rayon Təhsil Şöbəsinin müdiri, Respublikanın əməkdar müəllmi Təvəkkül Əliyev Əyyub Əbdüləzimovun ustad dərsindən məmnun qaldığını ifadə edərək bildirdi ki, Rayon Təhsil Şöbəsi Əyyub müəllmin dərsi ilə əslində bir ənənənin təməlini qoyur. Belə ki, bundan sonra Təhsil Şöbəsi əməkdaşlarının hər biri məktəblərdə açıq dərs nümayiş etdirəcəklər. O, qeyd etdi ki, Şuşa rayonunun bütün məktəbldə nümunəvi dərslər təşkil olunacaq. T. Əliyevin sözlərinə görə, nümunəvi dərslərin təşkil olunmasında məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Azərbaycanda həyata keçirilən təhsil islahatı proqramı Şuşa məktəblərinin simasını dəyişmiş, ona müasir səciyyə gətirmişdir deyən, Təvəkkül Əliyev Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun məktəblərə daim diqqətlə yanaşdığını, təhsildə ən kiçik təşəbbüsü belə dəstəklədiyini bununla da inkişafa stimul verdiyini dilə gətirdi. O, eyni zamanda qeyd etdi ki, ayrı-ayrı mövzularda keçirilən fənn aylıqları da tədrisin keyfiyyətinin yüksəldilməsində başlıca rol oynayır. Şuşa məktəbləri fənn aylıqlarının keçirilməsinə xüsusi həssaslıqla yanaşırlar. Elə yanvar ayının 10-dan fevralın 10-dək keçiriləcək tarix aylığı da bu məqsədə xidmət edir.  
TPİ-nin şöbə müdiri Ənvər Əhmədov söylədi ki, Şəhriyarın, Xan Şuşinskinin, Rübabə Muradovanın səsi, Təbrizin, Şuşanın  fotoşəkilləri dərsin xüsusi özəlliyi idi. Belə dərslər çox olduqca, biz gənclərimizi daha çox vətənpərvər ruhda görəcəyik.
TPİ-nin elmi katibi Akif Abbasov ənənəvilik müasirlik şəraitdə keçən dərsin öyrədici, əsl ustad dərsi nümunəsi olduğunu dilə gətirdi. Qeyd etdi ki, bu cür dərslərin keçirilməsi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov dərsi bu səviyyədə qurmaq, əlbəttə ki, çətindir, amma Əyyub Əbdüləzimov onun öhdəsindən gəlməyi bacardı, dedi. O, dərsdə elə bir mühit yaratdı ki, mən kövrəldim. Əyyub müəllim çalışırdı ki, şagirdin içində olan həvəsi aşkara çıxara onun dərsdə fəallığını təmin edə. Ənvər Abbasov daha sonra qeyd etdi ki, müasir dövr müəllimin , şagirdin dərsə hər zaman hazırlıqlı gəlməsini tələb edir. Əyyub müəllimin keçdiyi dərsdə biz həm bunun şahidi olduq.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov söylədi ki, bu gün Azərbaycan təhsilinə nümunə dərsdən sonra bir ustad dərsi gəlməkdədir. Ustad dərsin nümunə dərsdən fərqli olduğunu burada müəllimdən daha artıq peşəkarlıq tələb olunduğunu dilə gətirən Aydın Əhmədov Əyyub Əbdüləzimovun dərsində məhz yüksək peşəkarlığın bunun fonunda öyrədici, inkişafetdirici, şəxsiyyətyönümlü mühiti müşahidə etdiyini dilə gətirdi. Söylədi ki, bizim alimlərimiz, təhsil sahəsinin görkəmli mütəxəssisləri ustad dərsi nümayiş etdirməli, gənclərə nümunə göstərməlidirlər. Əyyub müəllim ustad dərsi üçün 11-ci sinfi seçmişdi. Yuxarı siniflərdə dərslər əsasən ənənəvi üsullarla keçirilir. Dərsliklər ənənəvi yazılan dərsliklərdir, deyən Aydın Əhmədov təcrübəli müəllimin dərsə yenilikçi ab-hava gətirdiyini qeyd etdi.
Şuşa Rayon İjra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vüsalə Fətəliyeva vurğuladı ki, Şuşada həmişə nümunəvi təhsil mühiti olub. Onlar məcburi köçkünlük illərində Şuşanın təhsil ənənələrini qoruyub saxlamağa, onu müasir səviyyədə inkişaf etdirməyə çalışırlar. O, görkəmli alimlərin, mütəxəssislərin məktəblə təmasına yüksək önəm verdiyini, bütün bunların şagirdlərin yaddaşında özünə yuva qurduğunu dilə gətirdi. Şuşa məktəblərində vətənpərvərlik mühitindən bəhs edən Vüsalə xanım vətənpərvərlik mözusunun gənclərin tərbiyəsində bir nömrəli vəzifə olduğunu söylədi. Əyyub müəllimin dərsini bu mənada xarakterizə edərək, ustad dərslərinin mütəmadi olaraq keçirilməsinin təhsilismiz üçün önəm daşıdığını qeyd etdi.
Daha sonra çıxış edənlər Şuşa Rayon Təhsil Şöbəsinin müdir müavin Ceyhun müəllim, Malıbəyli kənd 1№li tam orta məktəbin direktoru G.Hüseynova, müəllimlərdən İ. Mirzəyeva, Q.Məmmədova, V.Salmanova, E.Kərimova, K.Əliyeva başqaları dərsin gedişindən məmnun qaldıqlarını, burada metodiki, pedaqoJi baxımdan çox mətləblərlə tanış olduqlarını dilə gətirdilər.
Sonda çıxış edən Əyyub Əbdüləzimov dərsi haqqında söylənilən yüksək fikirlərə görə çıxış edənlərə minnətdarlığını bildirdi.


Qısa arayış: Əyyub Şəfahət oğlu Əbdüləzimov (Əyyub Şırlanlı) 8 oktyabr 1947-ji ildə Şuşa rayonunun Şırlan kəndində anadan olub. İxtisasca filoloqdur. Şırlan kənd orta məktəbində, dil-ədəbiyyat müəllimi, tədris işləri üzrə direktor müavini, Şuşa şəhərindəki orta məktəbdə müəllim, Şuşa Rayon Təhsil Şöbəsində məktəblər üzrə inspektor, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Hazırda Şuşa Rayon Təhsil Şöbəsində məktəblər üzrə aparıcı məsləhətçi vəzifəsində işləyir. 400-dən artıq məqalənin, 10-dan artıq şeir, bədii kitabın, tədqiqat işlərinin müəllifidir. Onun imzası ilə Pribaltikada, Ukraynada, Moskvada, İspaniyada, Təbrizdə, Misirdə, Gürcüstanda, Türkiyədə, Orta Asiya Respublikalarında da tanışdırlar. «Qızıl qələm» mükafatı laureatı, müharibə veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı və əməkdar müəllim fəxri adı ilə təltif olunub.
Əyyub Əbdüləzimovun yetirmələrindən 12 nəfəri orta məktəbi qızıl gümüş medalla başa vurmuşdur.
       

Böyükağa MİKAYILLI


No comments:

Post a Comment