Mənim möcüzəli dünyam
Riyaziyyat haqqında düşüncələrim
“Bədənin səadəti sağlamlıqdır, əqlin səadəti bilikdir”. Falesin bu fikirlərinə istinad olaraq əlavə etmək olardı ki, əqli daha da zənginləşdirən riyazi biliklərdir.
Riyaziyyat məlumatlar və müəyyən üsullar, həllər yığınağı ilə ağ kağız, lövhə üzərində misal, məsələ həlli ilə bitmir. Möcüzəli dünyam adlandırdığım riyaziyyatın özünəməxsus təfəkkür potensialı var: Bələ ki, araşdırılmaqla hələ də tam kəşf olunub tamamlanmayan riyaziyyat insan təfəkküründə məntiqin təməl daşını qoyaraq onu formalaşdırır, tərbiyələndirir, insanın düşüncəsinə istiqamət verir və onu doğru-düzgün nizama salır.
Amma riyaziyyat ağılı və məntiqi sadəcə olaraq inkişaf etdirmir, həm də onlara özünəməxsus ahəngdarlıq gətirir.
Riyaziyyat sanki bir musiqidir. Riyaziyyat dünyasına baş vurduqca, riyazi əməlləri yerinə yetirdikcə isə o incəsənətlə bərabərləşir. İncəsənət hisslərimizin, duyğularımızın, qəlbimizin ən titrək simlərini, riyaziyyat isə fikirlərimizin ahəngdarlığını təmin edir.
Bədii təfəkkür, riyazi təfəkkür... Bu iki söz birləşməsinə daha çox rast gəlirik. Bədii təfəkkür ilhamımızın ən şirin uydurmasıdırsa, riyazi təfəkkür isə bizim isbatı, hökmü olan fikirlərimizin təsdiqidir.
A.S.Puşkin düz deyir :”Şeirdəki kimi həndəsədə də ilham lazımdır.”
Riyaziyyatı tədris edərkən hər bir şagirdə başa salmalıyıq ki, həyatımızın, bu günümüzün inkişafındakı nailiyyətlərin artması üçün zaman-zaman tarixlənən riyaziyyat çox çətin yollar keçmişdir. Dünya yaşandıqca da riyaziyyatın gələcək inkişafı da böyük və gərgin tədqiqatlar nəticəsində mümkündür.
Şagirdləri bu gərginlikdən qorumaq üçün sevə-sevə başa salmaq lazımdır ki, elmi-riyazi biliklər almaq üçün müşahidə və təcrübələrin nəticələri üzərində düşünməyi və onları izah etməyi, hadisələrin səbəbini axtarıb tapmağı bacarmağı lazımdır. Yəni öyrəndikləri biliyi həyatla əlaqələndirməyi müstəqil olaraq bacarmaq da bir fərasətdir.
“Hərdən bir mənim qələmim mənim ağlımdan fərasətli olur” demişdir Eyler. Yəni, qələmin yaratdığı möcüzə ağıldan keçən, lakin təsdiqini tapa bilməyən fikirdən fərasətli olur.
“Şərt və sübut”, “ teorem və isbat “. Tez-tez eşitdiyimiz bu sözlər bizi birbaşa düşünməyə vadar edir. İsbatı, sübutu olmayan fikiri necə təsdiqləmək olar ki?! Riyaziyyat isə təsdiqlər, sübutlar meydanıdır.
Tərifdən başlayan təqribi üsulların əsaslandırılmasına qədər bütün riyazi biliklər bir möcüzədir. Dünyanın möcüzələrindən bəlkə də ən başlıcasıdır.
Kiplinqin belə bir deyimi var: “ Mənim 6 zirək, cəsur nökərim var. Ətrafda gördüyüm hər şeyi onlardan öyrənirəm. Çətinlikdə onlar mənim işarəmlə peyda olurlar.Adları belədir: Necə və Niyə,Kim,Nə,Nə vaxt və Harda.”
Kiplinqin bu fikrini tam doğruluğu ilə riyaziyyata da şamil etmək olar. İlk gördüyümüz misalın, məsələnin həllini düşünərkən həmin suallar ani olaraq beynimizdən keçir.
Məşhur alim Hötenin məşhur və müdrik kəlamını yada salım: “Mən lazımı yerdə tətbiq olunan riyaziyyata uca və anlaşılan bir elm kimi ehtiram edirəm.”
Qısa da olsa, bəlkə də fikrimi natamam olaraq yazsam da riyaziyyatın necə bir elm olduğunu bir daha bildirmək istədim. Ən azından öz təfəkkürümdəki, fikirlərimdəki o ........(nöqtələri) öz adı ilə açıqlamağa çalışdım.“Bədənin səadəti sağlamlıqdır, əqlin səadəti bilikdir”. Falesin bu fikirlərinə istinad olaraq əlavə etmək olardı ki, əqli daha da zənginləşdirən riyazi biliklərdir.Riyaziyyat məlumatlar və müəyyən üsullar, həllər yığınağı ilə ağ kağız, lövhə üzərində misal, məsələ həlli ilə bitmir. Möcüzəli dünyam adlandırdığım riyaziyyatın özünəməxsus təfəkkür potensialı var: Bələ ki, araşdırılmaqla hələ də tam kəşf olunub tamamlanmayan riyaziyyat insan təfəkküründə məntiqin təməl daşını qoyaraq onu formalaşdırır, tərbiyələndirir, insanın düşüncəsinə istiqamət verir və onu doğru-düzgün nizama salır.Amma riyaziyyat ağılı və məntiqi sadəcə olaraq inkişaf etdirmir, həm də onlara özünəməxsus ahəngdarlıq gətirir.Riyaziyyat sanki bir musiqidir. Riyaziyyat dünyasına baş vurduqca, riyazi əməlləri yerinə yetirdikcə isə o incəsənətlə bərabərləşir. İncəsənət hisslərimizin, duyğularımızın, qəlbimizin ən titrək simlərini, riyaziyyat isə fikirlərimizin ahəngdarlığını təmin edir.Bədii təfəkkür, riyazi təfəkkür... Bu iki söz birləşməsinə daha çox rast gəlirik. Bədii təfəkkür ilhamımızın ən şirin uydurmasıdırsa, riyazi təfəkkür isə bizim isbatı, hökmü olan fikirlərimizin təsdiqidir.A.S.Puşkin düz deyir :”Şeirdəki kimi həndəsədə də ilham lazımdır.”Riyaziyyatı tədris edərkən hər bir şagirdə başa salmalıyıq ki, həyatımızın, bu günümüzün inkişafındakı nailiyyətlərin artması üçün zaman-zaman tarixlənən riyaziyyat çox çətin yollar keçmişdir. Dünya yaşandıqca da riyaziyyatın gələcək inkişafı da böyük və gərgin tədqiqatlar nəticəsində mümkündür.Şagirdləri bu gərginlikdən qorumaq üçün sevə-sevə başa salmaq lazımdır ki, elmi-riyazi biliklər almaq üçün müşahidə və təcrübələrin nəticələri üzərində düşünməyi və onları izah etməyi, hadisələrin səbəbini axtarıb tapmağı bacarmağı lazımdır. Yəni öyrəndikləri biliyi həyatla əlaqələndirməyi müstəqil olaraq bacarmaq da bir fərasətdir.“Hərdən bir mənim qələmim mənim ağlımdan fərasətli olur” demişdir Eyler. Yəni, qələmin yaratdığı möcüzə ağıldan keçən, lakin təsdiqini tapa bilməyən fikirdən fərasətli olur.“Şərt və sübut”, “ teorem və isbat “. Tez-tez eşitdiyimiz bu sözlər bizi birbaşa düşünməyə vadar edir. İsbatı, sübutu olmayan fikiri necə təsdiqləmək olar ki?! Riyaziyyat isə təsdiqlər, sübutlar meydanıdır.Tərifdən başlayan təqribi üsulların əsaslandırılmasına qədər bütün riyazi biliklər bir möcüzədir. Dünyanın möcüzələrindən bəlkə də ən başlıcasıdır.Kiplinqin belə bir deyimi var: “ Mənim 6 zirək, cəsur nökərim var. Ətrafda gördüyüm hər şeyi onlardan öyrənirəm. Çətinlikdə onlar mənim işarəmlə peyda olurlar.Adları belədir: Necə və Niyə,Kim,Nə,Nə vaxt və Harda.”Kiplinqin bu fikrini tam doğruluğu ilə riyaziyyata da şamil etmək olar. İlk gördüyümüz misalın, məsələnin həllini düşünərkən həmin suallar ani olaraq beynimizdən keçir.Məşhur alim Hötenin məşhur və müdrik kəlamını yada salım: “Mən lazımı yerdə tətbiq olunan riyaziyyata uca və anlaşılan bir elm kimi ehtiram edirəm.”Qısa da olsa, bəlkə də fikrimi natamam olaraq yazsam da riyaziyyatın necə bir elm olduğunu bir daha bildirmək istədim. Ən azından öz təfəkkürümdəki, fikirlərimdəki o ........(nöqtələri) öz adı ilə açıqlamağa çalışdım.
Sevinc NİFTİYEVA, Şirvan şəhərindəki 9 saylı tam orta məktəbin riyaziyyat-informatika müəllimi
No comments:
Post a Comment