Həyat dolu bir insan
(Bu məqaləni bir neçə ay bundan əvvəl tanınmış məktəbşünas Xavər Sayılovanın 70 illiyi münasibətilə yazmışdım. Bu gün bu gözəl insanın ölüm xəbərindən sarsıldım. Allah Sizə rəhmət eləsin Xavər xanım. Sizin nurlu xatirəniz hər zaman qəlbimizdə yaşayacaqdır.)

19.01.2014
Təxminən on ilin söhbətidir. Redaksiyanın tapşırığı ilə Əli Bayramlıya şəhərin məktəblərindən yazı hazırlamaq üçün ezam olunmuşdum. Şəhər Təhsil Şöbəsi müdirinin otağında hansı məktəblərin iş təcrübəsindən yazmaq barədə məsləhətləşirdik. Təhsil Şöbəsinin müdiri bir neçə məktəbin adını çəkdi. Həmin məktəblərin fəaliyyətini, oradakı təlim-tərbiyə işinin mövcud vəziyyətini dövrün tələbləri səviyyəsində təşkil olunması baxımından xarakterizə etdi. Şəhərdəki 9 saylı tam orta məktəbin işini isə xüsusi olaraq vurğuladı. Söylədi ki, əgər Əli Bayramlı təhsili haqqında tam təsəvvür əldə etmək istəyirsizsə, bu məktəbdə də olmağınız vacibdir.
Təcrübəli məktəbşünas Xavər Sayılovanın 34 ildir ki, rəhbərlik etdiyi 9 saylı tam orta məktəb dövrün inkişaf etmiş məktəb modelini tam olaraq özündə əks etdirir. Bu məktəb bütün parametrlər üzrə şəhərin lider məktəblərindən sayıla bilər. Doğrusu, Xavər Sayılova haqqında eşitmişdim. Onun uzun illərdir ki, bu təhsil ocağına rəhbərlik etdiyini bilirdim. Mətbuatdan oxumuşdum. Onu da oxumuşdum ki, Xavər Sayılova pedaqoji sahəyə qəlbi ilə bağlı olan bir insandır. Övladlarının təhsili, tərbiyəsi qayğısına qalan mehriban ana, ailə başçısıdır. O, müəllimlik peşəsini öz istəyi ilə seçmiş, öncə Lənkəran Pedaqoji Texnikumunun ibtidai təhsilin metodikası və pedaqogikası fakültəsini, daha sonra isə Bakı Dövlət Universitetinin filiologiya fakültəsini bitirib.
Adətən insanların peşə seçimi müxtəlif təsirlər altında formalaşır. Kimisi ailəsinin, kimisi müəlliminin, kimisi yaxın qohumunun, kimisi də özünə ideal seçdiyi insanın ömür yolundan örnək götrüb sənət, peşə seçir. Müşahidələrim məndə belə bir qənaət hasil etmişdi ki, Xavər Sayılovanın müəllimlik peşəsinə məhəbbəti ailədəki mühitin təsiri ilə formalaşmışdır. Kökdən elmə, maarifçiliyə bağlı olan Sayılovlar ailəsi Xavərin də bu yollla addımlamasına istiqamət verib. Müəllimlik peşəsini hansı məhəbbət, hansı həvəs, hansı arzu ilə seçibsə, bu arzu ilə də onu davam etdirib. Əldə etdiyi çoxsaylı nailiyyətlərinin təməlidə də elə həmin arzu, istək və məhəbbət dayanıb.
9 saylı tam orta məktəbə bu düşüncələrlə gəldim. Gəldim və gəlişimə də şübhəsiz ki, peşiman olmadım. Bu həmin vaxtlar idi ki, Azərbaycanın orta ümumtəhsil məktəbləri hələ informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmamışdı. Çox az sayda məktəb beynəlxalq təşkilatlarla əməkdaşlıq edirdi. Amma 9 saylı tam orta məktəbdə isə bu sahədə artıq təcrübənin formalaşdığının şahidi oldum. Onunda şahidi oldum ki, məktəb beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində İKT vasitələri əldə etmiş, müəllim və şagirdlərin ondan istifadəsinə nail ola bilmişdir. Şübhə yoxdur ki, əldə olunan nailyyətlərin ilbəil artmasına bu amil də təsir göstərib.
Xavər Sayılova Salyan rayonundakı Çuxanlı kəndində anadan olub. Çuxanlı kənd tam orta məktəbində təhsil alıb, pedaqoji fəaliyyətə də elə həmin məktəbdə başlayıb. Bu kənd və o məktəb də mənə yaxşı tanışdı. Cuxanlı məktəbi bir çox ziyalılar yetişdirmiş, gələcəyin bir sıra elm, təhsil xadimləri müəllim kimi ilk addımlarını məhz bu təhsil ocağında atmışlar. Bir sözlə, bu kəndi maarifçi, ziyalı kəndi kimi xarakterizə etmək olar. Bunu qeyd etməkdə məqsədim odur ki, Xavər Sayılovanın bir müəllim kimi yetişməsində doğulub boya-başa çatdığı mühitin də mühüm rol oynadığını əsaslandıra bilim. Nəhayət, tale elə gətirib ki, o, müəllimlik fəaliyyətini Çuxanlıdan sonra Azərbaycanın digər bir maarifçi bölgəsində Əli Bayramlıda davam etdirib. Məhz Əli Bayramlının pedaqoji mühiti Xavər Sayılovanın əsl müəllim və məktəb rəhbəri, eləcə də fəal içtimaiyyətçi kimi formalaşmasına, öz sözünü deməsinə yardımçı olub. Bəs bu söz nədən ibarətdir? İlk tanışlığımızdan ötən on ildən sonra Xavər Sayılovanın ömür yoluna, pedaqoji və ictimai fəaliyyəinə nəzər saldıqda bunu daha aydın görmək mümkündür. Onunla on ildən sonrakı ünsiyyətimiz təsadüfü olmadı. Xavər Sayılovanın 70 illik yubileyi ərəfəsində yazı hazırlamaq tapşırığı alanda sevindim. Düşündüm ki, ömrünün 50 ilini gənc nəslin təhsilinə, qadın hüquqlarının müdafiəsinə, məktəb quruculuğuna həsr etmiş bir insanla ünsiyyətdə olmaq, onun haqqında yazmaq çox maraqlı olar. Elə də oldu. O, mənə xeyli material təqdim elədi. Səliqə ilə saxlanmış həmin materiallarda-40 ilin, 50 ilin qəzetlərindən, fəxri fərmanlarından, təşəkkürnamələrindən, kitablarından, eləcə də fotoşəkillərdən bir təhsil fədaisinin, məktəb təəssübkeşinin, qəlbi cəmiyyətin problemləri ilə döyünən bir ziyalı-vətəndaşın ömrünü görmək mümkündür. Əli Bayramlıda nəşr olunan “İşıq” qəzetinin 16 yanvar 1976-cı il tarixli nömrəsində Vaqif Abbasovun yazdığı “Məktəb direktoru” adlı məqalədə oxuyuruq: “...Bəzi qadınlar mənə müraciət edir. Kömək istəyirlər. Çəməngül Meybullayeva da məhz belələrindəndir. Bu yaxınlarda o, qadınlar şurasına ərizə ilə müraciət edərək ailə vəziyyətinin ağır olduğunu bildirmiş, işə düzəlməsini xahiş etmişdi. Qadınlar Şurasının köməyi ilə o, işə düzəlmişdir... Müəllim və ictimaiyyətci Xavər Sayılova dördüncü ildir ki, şəhər partiya komitəsi yanında qadınlar şurasının sədridir. O, tez-tez fabrik və zavodlarda, neft mədənlərində, qazma kantorlarında olur, qadınların işi, həyatı ilə maraqlanır, mübahisəli məsələləri həll edir.” Xavər Sayılovanın qəzetlərdə əks olunmuş həyat səhifəsini vərəqlədikcə müasir səciyyə daşıyan idarəetmə səriştəsinin, problemlərə özünəməxsus yanaşma tərzinin, təhsil problemlərinin aradan qaldırılması sahəsində maraqlı təkliflərinin şahidi olmaq mümkündür. Təcrübəli məktəb rəhbəri “Elm, Təhsil və həyat” qəzetinin 20 aprel 2001-ci il tarixli nömrəsində yazır: “...Valideyn yığıncaqları məgər rübdən rübə təsadüf etməlidirmi? Əlbəttə, yox. Belə tədbirlərin vaxtaşırı olaraq təşkili də vacibdir. Şagird gündəliyi vasitəsilə əlaqələrin müstəsna rolu vardır. Bu yolla uşağın bilik səviyyəsini qarşılıqlı surətdə izləmək, aldatmanın qarşısını almaq imkanı yaranır. Lakin bəzi valideynlər şagird gündəliyini nəzərdən qaçırırlar ki, bu da mənfi nəticə verir.” Göründüyü ki, Xavər Sayılovanın pedaqoji fəaliyyətinin əsasında məktəbin cəmiyyətlə əlaqələri, şagirdlərdə vətənpərvərlik tərbiyəsinin ön planda dayanması, müəllim və şagirdlərin mənəvi-əxlaqi səviyyəsinin yüksəldilməsi, milli adət-ənənələrin aşılanması daim aparıcı istiqamət təşkil edib. Fikrimcə bu həm də onun ictimai fəaliyyəti ilə əlaqədar olmuşdur. Sovetlər dönəmindən formalaşan və xüsusən qadınlar təşkilatı ilə əlaqədar olan ictimai fəaliyyəti Azərbaycanın müstəqiliyyi illərində də davam etmiş, “Sevil” Qadınlar Cəmiyyətinin xətti ilə diqqətəlayiq səviyyədə olmuşdur.
Fəaliyyətinin diqqət çəkən ən mühüm cəhətlərdən biri də Xavər Sayılovanın bütün sferalarda yaradıcı işə üstünlük verməsi olub. Bu, mətbuatın da diqqətini cəlb edib. “Mayak” qəzeti 1977-ci ilin 25 yanvar tarixli nömrəsində yazır: “...Qlavnoe vnimanie oni udelyayut sozdaniyu v kollektive atmosfere tvorçeskoqo opıta, rasprostraneniyu çennıx poçinov rabotnikov prosveşeniya Moskvı, Baku, Belqorodskoy, İvanovskoy, Çelyabinskoy oblastey.” Maraqlıdır ki, Xavər Sayılova rəhbərlik etdiyi məktəbi hələ sovetlər dönəmi dövründən beynəlxalq təcrübənin öyrənilməsinə önəm verib və məktəbin pedaqoji kollektivini də həmin ruhda kökləyib. Elə bunun da nəticəsidir ki, Xavər Sayılovanın rəhbərliyi ilə 9 saylı tam orta məktəbin özünəməxsus ənənəsi yaranıb, uğurları respublika ictimaiyyətinin diqqətini cəlb edib. Direktorun, pedaqoji kollektivin adına şöhrət gətirib. Xavər Sayılova “Qabaqcıl Təhsil İşçisi” döş nişanına, müxtəlif fəxri fərmanlarla mükafatlandırılıb. Dəfələrlə Azərbaycan Müəllimlərinin, Azərbaycan Qadınlarının Qurultaylarına nümayəndə seçilib. Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin Xavər Sayılovanın 60 illik yubileyi münasibətilə yazdığı təbrikdə oxuyururq: “...1967-ci ildə ailə vəziyyyəti ilə əlaqədar Əli Bayramlı şəhərində işləməyə başladıqdan sonra burada geniş ictimai işlərə qoşuldunuz. Çox keçmədi ki Sizi nüfuzlu ilk partiya təşilatı katibi, şəhər qadınlar şurasının sədri kimi tanıdılar. 30 ildən artıqdır ki, Əli Bayramlı şəhərindəki 9 saylı tam orta məktəbin pedaqoji kollektivinə rəhbərlik edirsiniz. Bu müddətdə əsl rəhbər, mahir metodist-müəllim, yaradıcı pedaqoq, fəal ictimaiyyətçi kimi tanınmısınız. Geniş ictimaiyyət arasında böyük nüfuz sahibisiniz. Sizi ziyalılar, valideynlər, şagirdləriniz prinsipial, işgüzar, ədalətli, xeyirxah, halal insan, müəllim kimi tanıyır, ehtiramınızı saxlayırlar.” Əslinə Əjdər müəllimin verdiyi bu dəyər əsil müəllim ömrü yaşamış bir müəllim-vətəndaş-ziyalı ömrünə verilən dəyərdir. Belə ömürlər əsil müəllim ömrünü, müəllimliyin mahiyyətini anlamağa imkan verir...
Böyükağa MİKAYILLI

Allah rəhmət eləsin ! Şirvan şəhər ziyalıları arasında ən dəyərli bir müəlliməmizi itirdik . Qəbrin nurla dolsun Xavər müəllimə !
ReplyDeleteMən həmişə Kəmalə müəlliməyə deyirdim ki, sizin evdə canlı məktəb yaşayır. Qoru onu. Çünki zəngin həyat təcrübəsi olan insandan öyrənməli çox şey var.Öyrən ki, sonra gecdir deyə peşman olmayasan.
ReplyDelete