Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir.
Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən bir, pedaqoji elmlər doktoru, professor Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov ömrünün 75-ci ilində dünyasını dəyişmişdir. Ağahüseyn Həsənov 1942-ci ilin iyun ayının 10-da Lənkəran rayonunun Şaqlase kəndində anadan olmuşdur. Orta məktəbi nümunəvi əxlaq və əla qiymətlərlə bitirən A.Həsənov müəllim olmaq arzusu ilə sənədlərini V.İ.Lenin adına APİ-nin (İndiki ADPU) ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə verir və uğur qazanır. 1962-1965-ci illərdə Şərqi Qazaxıstanda hərbi xidmətdə olur. Hərbi xidmətdən sonra təhsilini uğurla başa vuran Ağahüseyn müəllim Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Tədris işləri ilə yanaşı, müxtəlif ictimai işləri də yerinə yetirib, partiya təşkilat katibi, pedaqoji təcrübə müdiri, şöbə müdiri vəzifələrində çalışıb. Ciddi nizam-intizamı, məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi ilə həmkarlarının sevimlisinə çevrilib.
A.Həsənov 1980-ci illərin əvvəllərindən dövri mətbuatda müxtəlif pedaqoji mövzularda məqalələrlə çıxış etməyə başlayıb. 1984-cü ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutuna dissertant qəbul olunub. Professor Bəşir Əhmədovun rəhbərliyi ilə “Kiçik yaşlı məktəblilərin əxlaq tərbiyəsində Azərbaycan uşaq ədəbiyyatındakı mənəvi dəyərlərdən istifadənin imkan və yolları” mövzusunda dissertasiya üzərində işləməyə başlayıb və 1988-ci ildə uğurla müdafiə edib.
1990-cı ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna direktor vəzifəsinə təyin edilən Ağahüseyn Həsənov 17 il bu vəzifədə uğurla çalışıb. Burada onun yeni keyfiyyətləri, idarəetmə qabiliyyəti üzə çıxıb. Onun təşkilatçılıq qabiliyyəti nəticəsində texnikumda peşəkar müəllim kollektivi formalışıb, kontingent ildən-ilə artıb. Bakı Məktəbəqədər Pedaqoji Texnikumu respublikanın sayılıb-seçilən təlim-tərbiyə müəssisələrindən biri olub. A.Həsənov apardığı elmi tədqiqatlar əsasında 1999-cu ildə BDU-da “Azərbaycan uşaq ədəbiyyatında əks olunmuş mənəvi dəyərlərdən kiçik yaşlı məktəblilərin əxlaq tərbiyəsində istifadə üzrə işin sistemi” üzrə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi alıb. Bundan sonra onun fəaliyyət istiqaməti genişlənib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasına, 2007-ci ildən isə ADPU-nun ümumi pedaqigika kafedrasına professor seçilib. Professor Ağahüseyn Həsənov dəyərli elmi-pedaqoji yaradıcılığa malikdir. “Kiçik yaşlı məktəblilərin mənəvi tərbiyəsi” (1987), “Ailədə uşaqların əxlaq tərbiyəsi” (1990, həmmüəllif), “Azərbaycan uşaq ədəbiyyatında əks olunmuş mənəvi dəyərlərdən kiçik yaşlı məktəblilərin əxlaq tərbiyəsində istifadə” (1997), “Məktəbəqədər pedaqogika” (2000), “Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı” (2001, 1-ci cild, həmmüəllif), “Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı” (2002, 2-ci cild, həmmüəllif), “Pedaqogika” (2007, həmmüəllif), “Milli-mənəvi dəyərlərimiz” (2010) və digər əsərləri pedaqoji ictimaiyyətin diqqətini cəlb etmişdir. Professor Ağahüseyn Həsənovun yaradıcılğında “Məktəbəqədər pedaqogika” və “Pedaqogika” dərs vəsaitləri mühüm yer tutur. Professor A.Həsənov respublikanın ictimai-siyasi həyatında da yaxından iştirak etmişdir. O, Səbail, Nərimanov YAP siyasi şurasının üzvü olmuş. Azərbaycan müəllimlərinin qurultaylarında, Dünya Azərbaycanlılarının 1-ci qurultayında iştirak etmişdir. Professor A.Həsənov 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. O, elmi-pedaqoji kadr hazırlığında yaxından iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda və Pedaqoji Universitetdə təşkil etdiyi ümumi pedaqogika və təhsilin tarixi üzrə dissertasiya şurasının üzvü olmuşdur. A.Həsənov 2005-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Professor A.Həsənov mənalı və şərəfli bir ömür yaşamışdır. O, nəyə nail olmuşdusa öz zəhmətsevərliyi, cəsarəti, biliyi, nümunəvi əxlaqı, mədəni rəftarı sayəsində nail olmuşdur. Ağahüseyn Həsənovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

Azərbaycan Təhsil Şurası
No comments:
Post a Comment