2.20.2014

Təhsil Şurasının təlimlərində yenilik

Fevralın 8-9 və 15-16 tarixlərində Bakı şəhəri Nizami rayonu 129 saylı tam orta məktəbdə Təhsil Şurasının Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək” Proqramı əsasında pedaqoji kadrlarin metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi əsasında “Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə növbəti təlimi keçirildi.
Əvvəlki təlimlərdə olduğu kimi, burada da iştirak edən müəllimlər İKT təcrübi hazırlıqlarını təkmilləşdirməklə yanaşı, Elektron Tədris Resurslarının (ETR) hazırlanma qaydalarını da öyrəndilər. Amma bu dəfəki təlimin digərlərindən fərqli cəhəti burasında idi ki, təlim ETR ilə hazırlanmış nümunə dərslə başlandı. Şirvan şəhər 9 saylı tam orta məktəbin riyaziyyat müəllimi, Təhsil Şurasının təlimçi-müəllimi Sevinc Niftiyevanın 8-ci sizinfdə “Kvadrat tənliyin kökləri düsturu” mövzusunda apardığı dərs məktəbin müəllimləri tərəfindən maraqla qarşılandı. Dərsdə əsasən Elektron Tədris Resurslarından istifadə olundu. Müəllimin dərsin elə ilk anında “Bir qalanın sirri” filminə istinad etməsi sinifdə canlanma yaratdı. Şagirdlərin dərsə marağını artırdı. Dərsin bütün mərhələlərində- motivasiya, tədqiqat sualının qoyuluşu, nəticə və ümumiləşdirə də şagirdlərin marağına səbəb olan resurslarla təqdim olundu. Dərsin sonunda müəllimin təqdim etdiyi oyun-resurs şagirdlərin qruplararası yarışmasında əsil rəqabət mühiti yaratdı. Oyunlarda cavablardan asılı olaraq səslənən atalar sözləri şagirdlərin marağı ilə qarşılandı. Nümunə dərsin məqsədi müəllimlərdə resurs anlayışının daha dərindən qavranılması, bu barədə təsəvvürlərinin təkmilləşdirilməsi idi. Təlimdən əvvəl belə bir dərsin nümayiş olunması təlimdə iştirak edən müəllimlər üçün ETR-nı öyrənməyə əsil stimul yaratdı.

 
“Təhsil və zaman”









No comments:

Post a Comment