Qalibiyyət
Məhinlə söhbət zamanı bildirdi ki, rus dilinin mənim həyatımda xüsusi yeri var. Bu dil çox zəngin, dərin, mənalı və geniş şaxəlidir. Hələ uşaqlıq çağından mən həm doğma azərbaycan dili ilə yanaşı rus dilini də öyrənirdim. Anam Qaffarzadə Təranə 7 №-li tam orta məktəbdə rus dili və ədəbiyyat müəllimidir. Mən rus dilində olan kitabları mütaliə etməyi çox sevirəm. Bu dili mənə sevdirən də anam olmuş və mütəmadi olaraq mənimlə məşğul olmuşdur. Bu il ANO Moskva nəşriyyatı və Rus Filologiyası “Multimediya Mərkəzi” Moskva şəhərinin xarici və daxili iqtisadi əlaqələr departamenti ilə bağlağı müqavilə əsasında MDB ölkələrində yaşayan rus dilli məktəblər arasında beynəlxalq olimpiada keçirmişdir. Beynəlxalq olimpiadalar proqramına uyğun olaraq xarici ölkələrdən, o cümlədən Azərbaycandan olan məktəblilər il ərzində 4 distant-turda biliklərini sınamışlar. Bu olimpiadada bütün turlarda müvəffəqiyyətlə çıxış edən Məhin Mustafazadə də Azərbaycan Respublikasını təmsil edən 35 nəfər şagird arasında ən yüksək bal toplayaraq son əyani turda iştirak etmək hüququ qazanmışdır. Məhin anası Təranə xanımla birgə Moskva şəhərinə dəvət olunmuşdur. Yanvarın 3-də “Dostlar Moskvaya yığışır” devizi altında aeroport və vağzalda qonaqları qarşılayıb “Metallurq” mehmanxanasında yerləşdirdilər. Həmin gün iştirakçıların ümumi görüşü keçirildi və Malıy teatrda birgə tamaşaya baxıldı. Sonrakı günlərdə “Talantları aşkar edirik”, “Kim Moskvada olmamışdır, o gözəlliyi görməmişdir”, “Müasir məktəb – müasir mütaliə”, “Moskva merinin yolkası” və s. rəngarəng tədbirlər insanda silinməz təəssüratlar yaradır. Bu beynəlxalq olimpiadada bizim Məhin Moldova və Ukraina nümayəndələrindən sonra üçüncü mükafata layiq yeri tutmuşdur. Məhin möhkəm dostluğu yüksək qiymətləndirir. O, Şəfiqə İsmayılova ilə dostluq edir. Onları birləşdirən məktəb həyatıdır. Bu qızların maraqları üst-üstə düşür. Boş vaxtlarını birlikdə keçirir, onların həyata baxışları, dünya görüşləri demək olar ki, eynilik təşkil edir. Məhin şahmat oynamağı, klassik gitarada İspan və Azərbaycan mahnılarını ifa etməyi xoşlayır. Bu gəncin öz idealları var. Nə? Harada? Nə zaman? Komandasının kapitanı Rövşən Əsgərov, “Barselona” komandasının futbolçusu Lionel Messi, qısa məsafələrə qaçış üzrə Dünya rekortçusu Uayn Bolt Məhinin ideallarıdır. Demək olar ki, Məhin peşəkar mütaliəçidir. Dilləri, ədəbiyyat, fizika, riyaziyyat, coğrafiya, kimya fənlərini dərindən öyrənir. O yazıçı və şairlərdən Aleksandr Puşkinin, Mixail Lermontovun, Maksim Qorkinin, Mixail Şoloxovun, İvan Buninin və Çingiz Aytmatovun əsərlərini dərindən öyrənir. O özünə qarşı tələbkardır. Məqsədi yüksək təhsil almaq, rus dili tətqiqatçısı olmaqdır. Bunun üçün isə gərgin əmək sərf etməli və iradəli olmaq lazımdır. Mən Məhindən soruşduqda ki, vətənə xidməti necə başa düşürsən? O bu suala çox maraqlı cavab verdi. Mən yaradıcı, tədqiqatçı insan olmaq istəyirəm. Yaradıcı, tədqiqatçı insan isə həm vətənə, həm də bəşəriyyətə xidmət edir. Məhini necə tanıyırsınız sualına məktəbin direktoru Səttar müəllim, müavinləri Yaqub, Elçin və Telman müəllimlər Məhin barədə ümumiləşdirilmiş eyni mənalı fikri söylədilər. Sadədir, təvazökardır, əzmkardır, dərslərinə münasbəti ciddidir, ictimai işlərdə fəal iştirak edir, şagirdlərin qarşısına qoyulan bütün tələblərə əməl edən bir istedadlı gəncdir.
No comments:
Post a Comment