2.01.2014

Təhsil Şurasının yeni layihəsi uğurla tətbiq olunmaqdadır

Təhsil Şurasının yeni layihəsi uğurla tətbiq olunmaqdadır
   

Yanvar ayının 24-25-ində Təhsil Şurasının Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” na dəstək” Proqramı əsasında Bakı şəhəri, 287 nömrəli “Zəkalar” liseydə, pedaqoji kadrların metodiki, elmi, nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resurslarının (ETR) hazırlanması və tətbiqi qaydaları” üzrə kurs təşkil edildi. Təhsil Şurasının sədri Əjdər Ağayev və proqram rəhbəri Böyükağa Mikayıllı kursda şəxsən iştirak etdilər.
Bu kursda iştirak edən digər müəllimlər kimi mən də oradan xoş təəssüratlarla ayrıldım. Çünki təlim yüksək səviyyədə təşkil edilmişdi. Kurs rəhbəri Nizami Məmmədli və Sevinc Niftiyeva orada iştirak edən iyirmi nəfərə yaxın müxtəlif ixtisaslı fənn müəllimlərinə elektron tədris resursları yaratmağın və bu resurslardan faydalanmağın yollarını öyrətməyə çalışdılar və məncə buna nail oldular. Onlar müəllimlərə konstruktiv təlim barədə geniş məlumat verdilər. Elektron Tədris Resurslarının mahiyyəti, növləri, ETR yaradarkən əsas tutulan prinsiplər və meyarlar haqqında ətraflı danışdılar. Bu kurs, eyni zamanda iştirakçıları elektron tədris resursları hazırlamaq üçün zəruri olan digər mənbələr barədə də məlumatlandırdı.Resurslardan müəllimlərin dərs prosesində hansı formada yararlana biləcəkləri izah edildi. Ümumiyyətlə İKT-dən faydalanmağın yolları çərçivəsində müxtəlif alternativlər irəli sürüldü.Bu gün cəmiyyətimiz və dövlətimiz müəllim qarşısında çox böyük öhdəliklər qoyur. İnkişaf yolunda irəliləyən Azərbaycan öz müəllimindən çox şey gözləyir. Müəllim öncə özü cəmiyyətdəki inkişafa və inovativliyə açıq olmalıdır ki, onu qəbul edib, ona uygunlaşa bilsin. Bu gün biz müəllimlər inkişaf edərək irəliləməliyik ki, hərtərəfli gənclər yetişdirib cəmiyyətə bəxş edə bilək. Bu zəmindən yanaşsaq, belə prizmalı kursların təşkil edilməsi cəmiyyətin inkişaf dinamikası ilə uzlaşmağa çalışan müəllimlər üçün sözün əsl mənasında bir zərurətdir. Mən və kursda iştirak etmiş digər müəllimlər belə silsilə təlimləri təşkil edən Təhsil Şurasına və şəxsən Əjdər Ağayevə çox minnətdarıq. Bizim hələ haqqında öyrənməli və təlimatlanmalı oldugumuz bir çox aspektlər var. Bunun ücün də mən müəllimlərimizi müxtəlif səpgili təlimlərdə və kurslarında iştirak etməyə və onlardan bəhrələnməyə səsləyirəm. Əjdər müəllimin öz sözləri ilə desək,əsl pedaqoq ömrünün sonuna qədər öyrənməlidir.

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi


Mehriban MƏMMƏDOVA,

No comments:

Post a Comment