Müəllimlər layihəyə həvəslə qoşulurlar
Yanvar ayının 24-25-ində Təhsil Şurasının Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” na dəstək” Proqramı əsasında Bakı şəhəri, 287 nömrəli “Zəkalar” liseydə, pedaqoji kadrların metodiki, elmi, nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resurslarının (ETR) hazırlanması və tətbiqi qaydaları” üzrə kurs təşkil edildi. Təhsil Şurasının sədri professor Əjdər Ağayev və proqram rəhbəri Böyükağa Mikayıllı kursda şəxsən iştirak etdilər.
Kurs rəhbəri Nizami Məmmədli və Sevinc Niftiyeva orada iştirak edən iyirmi nəfərə yaxın müxtəlif ixtisaslı fənn müəlliminə elektron tədris resursları yaratmağın və bu resurslardan faydalanmağın yollarını öyrətməyə çalışdılar və buna nail oldular. Onlar müəllimlərə konstruktiv təlim barədə geniş məlumat verdilər.
Elektron Tədris Resurslarının mahiyyəti, növləri, ETR yaradarkən əsas tutulan prinsiplər və meyarlar haqqında ətraflı danışdılar. Bu kurs, eyni zamanda iştirakçıları elektron tədris resursları hazırlamaq üçün zəruri olan digər mənbələr barədə də məlumatlandırdı. Resurslardan müəllimlərin dərs prosesində hansı formada yararlana biləcəkləri izah edildi. Ümumiyyətlə İKT-dən faydalanmağın yolları çərçivəsində müxtəlif alternativlər irəli sürüldü. Təlimlər davam etməkdədir.

No comments:
Post a Comment