2.10.2015

Azərbaycanda Ahıskalı türklərin məskunlaşmasının onların sosial həyatında əhəmiyyəti (Əvvəli ötən sayımızda)

Xalq içərisində verilmiş fərmanların çatışmazlıqları barədə ilkin mülahizələr, müzakirələr, bu
vəziyyətdən çıxış yolları araşdırılmasına başlandı. Xalqın qeyrətli, müdrik və cəsarətli övladları heç nədən qorxmadan Moskvaya-Mərkəzi Komitəyə, SSRİ Ali Sovetinin Rəyasət heyətinə yazılı mürciətlər edirdilər. Xalqın adından dövlət rəhbərlərinin qəbuluna düşməklə onların həyatında yol verilmiş haqsızlığın bərpası uğrunda mübarizəyə başladılar. Lakin bu müraciətdən o dövrdə heç bir konkret cavab əldə olunmadı. Qəbula gedən nümayəndələrə məsləhət görüldü ki, indiki vaxtda sizin müraciətinizə baxılmayacaq və baxılarsa da, sizin xahişinizi yerinə yetirmək mümkün olmayacaq. Müraciət edənlər Mərkəzi Komitənin binasında olarkən Azərbaycan respublikasının o zaman Mərkəzi Komitədə işləyən nümayəndəsi  İslam İsrafilzadə müraciətlərinə lazım olan cavabı ala bilməyən nümayəndələrə təklif edildi ki, siz Bakıya gedin və bu məsələni Respublikanın rəhbəri, Azərbaycan KP.MK-nın birinci katibi İman Mustafayevlə müzakirə edin. Əslində bu görüşün təsadüfi olmasına baxmayaraq, qrupun təşkilatçısı, Özbəkistan Respublikasında sofxoz partiya komitəsinin katibi vəzifəsində işləyən Mövlud Bayraqdarovla İslam İsrafilzadə 30-cu illərdə Qori şəhərində birgə oxuduqlarına görə çox mehriban və səmimi ünsiyyətdə olan dostlar olmuşlar. İki aydan sonra SSRİ Ali Soveti Rəyasət Heyəti 31 oktyabr 1957-ci il tarixli yeni fərmanı verdi. Fərmanın bu şəkildə qəbul olunmasına səbəb kimi 1923-cü ildən başlayaraq millətin adının tez-tez türk-azəri adları ilə təkrar əvəzlənməsi ilə əlaqədar xüsusi təyinat yerində yaşayanlar barədə 1949-cı ilin 31 dekabr tarixli hesabatında ərazidə yaşayan 24.304 nəfərin özlərini Azərbaycanlı adlandırmaları əsas götürülmüşdür. Qərar verildikdən sonra hadisələrin gedişinin aydınlaşması əvəzinə hadisələr bir qədər də mürəkkəbləşdi. Belə ki, fərman məcburi təyinat yerində yaşayan əhalinin hamısına yox, ancaq milliyyətini 31 dekabr 1949-cı il hesabatında Azərbaycanlı kimi göstərən əhaliyə, orta hesabla məcburi təyinat yerlərinə göndərilən ümumi əhalinin 25-26 faizinə şamil edilirdi.Digər səbəb isə əhalinin çoxu dədə-baba yurdlarına-doğmalarının uyuduqları torpaqlara qayıtmaq istəyirdilər. Bu müddət ərzində Azərbaycana köçüb gəlmək istəyən qrupların nümayəndələri dəfələrlə Azərbaycanın müxtəlif rayonlarında hətta məskunlaşması təklif olunan Şəki rayonunda oldular. Şəki rayonunun iqliminin dağ və dağətəyi rayona aid edilməsinə baxmayaraq, nümayəndələr Muğan və Mil zonasını bəyəndilər. Bunan səbəb isə son 13 ildə pambığın becərilməsi sahəsində ixtisaslaşmaları və həmin dövrlərdə pambıqçılığın nisbətən daha gəlirli təsərrufat sahəsi olması idi. Nümayəndələr belə əsalandırırdılar ki, yurd-yuvalarından didərgin salınmış əhalinin az vaxtda varlanmasında təsərüfatın pambıqçılıq sahəsi ən əlverişli variantdır.Məsələnin konkret həllini təmin etmək üçün Azərbaycan KP MK-nın birinci katibi İman Mustafayev şəxsən Sovet İKP MK-nın birinci katibi N. S. Xuruşşovun qəbulunda oldu. Bundan sonra bu məsələ müsbət həllini tapdı. Bu görüşdən bir həftə keçməmiş artıq bir ilə qədər müddətində həlli yubadılan məsələ tam həll olundu.Həmin illərdə müharibədən qayıtdıqdan sonra Qırğıstan Respublikasında sürgün həyatı yaşayan əhalini öz ətrafında çox bacarıqla birləşdirə bilən keçmiş hərbçi, mayor rütbəli Ənvər Odabaşov və onun mübarizə yoldaşları olan Əllər İzzətov da vətən uğrunda, xalqın tapdanmış hüquqlarının bərpa edilməsi uğrunda mübarizə aparan fəalların tərkibində idi. 24 iyun 1958-ci ildə ahiskalı türklər ilk kiçik qruplarda Azərbaycana gəldilər. Milliyətcə Ahiskalı türkü olan, lakin doğulduğu, əzizləri uyuduğu və ən nəhayətdə 14 il əvvəl məcburən sürgün olunduqları torpaqlara yaşamaq üçün buraxılmayan bu xalq Azərbaycanı özlərinə ikinci vətən olaraq qəbul edərək seçdilər.  24 iyun 1958-ci ildə  Respublikamıza ilk köçüb gələnlər Saatlı rayonunun Soltanabad ərazisində və Xaçmaz rayonunun Xudat qəsbəsində məskunlaşmaq üçün özlərinin əvvəlcədən bəyənərək seçdikləri yerlərə göndərildilər.  Müharibədən sonra Muğan düzündə drenaj və qrunt sularını toplamaqla torpaqların şorlaşmasının qarşısını almaq üçün 1951-ci ildə Sol sahil, 1952-ci ildə Sağ sahil, 1953-cü ildə o dövrdə V.İ.Leninin adı ilə adlanan magistıral kollektorlar şəbəkəsi istifadəyə verildi. Rayonumuza köçüb gələn əhali ilk dəfə bu qəsəbədə məskunlaşdırdılar. Hazırda həmin qəsəbə Nəsimi kəndinin bir hissəsini təşkil edir. Respublikaya əhalinin gəlişi zamanı meydana çıxan müxtəlif məsələlərin həllini vaxtında və heç bir problem yaratmadan operativ həllini təmin etmək üçün 4 avqust 1958-ci ildə Azərbaycan Respublikası Nazirlər Soveti yanında köçüb gələnlərin işi ilə əlqədar xüsusi şöbə yaradıldı. Az müddətdən sonra şöbə sərbəst Dövlət Komitəsinə çevrilərək 90-ci illərə qədər yalnız bu işlə məşğul olmaqla fəaliyyət göstərdi. 90-cı illərdən başlayaraq ölkədə baş verən hadisələrlə əlaqədar bu komitə üzərinə düşən vəzifələr daha da artdı və komitənin işi ilə bütün Dövlət orqanları məşqul olmağa başladı. Sonrakı illərdə respublikamızın düçar olduğu daha böyük problemlərlə əlaqədar olaraq komitənin fəaliyyəti formalaşdırılaraq yenidən qurulmuş və Komitə sədrinə hökumət başçısının birinci müavini səlahiyyəti verilmişdir. Azərbaycan hökümətinin yaxından köməkliyi nəticəsində 17 sentyabr 1958-ci ildə yeni köçüb gələnlərin ilk kollektiv təsərrüfatı olan Saatlı rayonunda «Adıgün »  kolxozu yaradıldı. Əsasən Adıgün rayonundan olan əhali öz rayon mərkəzlərinin şərəfinə respublikamızda ilk yaratdıqları təsərrüfata rayonlarının adını verdilər. İlk yaradılmış təsərrüfata sonraki illərdə bu vəzifədə işləməklə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüş, Ahisklaı türklər içərisində ilk dəfə Respublika Ali Sovetinə deputat seçilmiş prinspial insan, olduqca tələbkar, ədalətli və savadlı rəhbər işçi olan Mövlud Bayraqdarov sədr, Mühiddin Tahirzadə isə kolxozun baş aqranomu vəzifəsinə seçildilər. 1959-cu ildən başalayaraq Saatlı rayonun İmişli rayonu ilə həmsərhəd olan ərazidə əsasını ahiskalı türklər təşkil edən «Varxan » (Adıgün rayonunda olan Varxan kəndinin və qədim türk tayfasının şərəfinə), «Adıgün »  kolxozundan bir qədər aralı, yenə də Adıgün rayonundaki Smadakəndi şərəfinə adlanan kənd salındı və ayrıca kolxoz təsərrüfatı, Beyləqan rayonu ərazisində Türklər kəndi və.s yaradıldı. 1958-1961-cı illərdə respublikanın əsasən Saatlı, Sabirabad, Xaçmaz, Beyləqan rayonlarına 17.3 min nəfərə qədər Ahiskalı türkləri köçüb gələrək daimi yaşamaq üçün respublika ərazisində məskunlaşdılar. Respublikamıza gələn əhalinin normal qaydada məskunlaşmaları və yaşamaları üçün lazım olan bütün şərait, istər mərkəzi hökümət, istərsə də rayonların rəhbərləri və əhalisi tərəfindən yaradılırdı. Dövlət tərəfindən məskunlaşma aparılan ərazilərin meliorasiyası, yol, işıq, suvarma kanallarınin çəkilişi, təsərrüfatlar qurulması və inkişafına faizsiz dövlət sudalarının verilməsi təmin edildi. Yaşayış məntəqələri salınan ərazidə məktəblər, uşaq bağçaları, xəstəxana və ambulator həkim məntəqələri, klub, kitabxanalar istifadəyə verilir, əhali və onların yaratdıqları təsərrüfatlar, fərdi vətəndaşlar ilk bir neçə illərdə bütün növ vergilərdən azad edilirdi. 1959-cu il II Dünya müharibəsindən sonra ilk dəfə olaraq əhalinin sosial mənzərəsini əvvəlki siyahiyaalmalar zamanı indikindən daha da çox obyektivliyi əks etdirən siyahıyaalınması keçirildi. Bu siyahıyaalınma  zamanı SSRİ tarixində ilk dəfə ittifaqa daxil olan xalqlar arasında türklər də özlərinə yer tapa bildilər. Siyahıyaalınma zamanı ölkə üzrə 35 min nəfər türk, onlardan 21 min nəfəri Özbəkistanda, 10 min nəfəri Qazaxıstanda, 4 min nəfərə qədəri isə Qırğıstanda, Rusiyada və Azərbaycanda qeydə alındılar. Türk əhalisinin sayının 35 min nəfər olmasına səbəb isə əhalinin 1949-cu ilin 31 dekabr hesabatında 24.304 nəfərin özlərini azərbaycanlı kimi göstərməsi, 13997 nəfər Xeşemenlər, 8843 nəfəri isə kürdlər olmuşdur (1953-cü ilin yanvar ayının məlumatlarına görə ). Eyni zamanda həmin dövrdə özlərini özbək, qazax və qırğız adlandıran xüsusi təyinat yerində yaşayan  ahıskalılara da təsadüf olunurdu. Bu dövrdə ancaq Azərbaycana 1949-cu il siyahıyaalınması zamanı özlərini azərbaycanlı adlandıran əhalinin köçüb gəlməsinə icazə verilmişdi. 1945-48-ci illərdə 894 nəfər türk, kürd və xeşemenlər əlavə olaraq Orta Asiya Respublikalarına sürgün olunmuşlar. Bu insanlardan 308 nəfəri sürgün zamanı daimi yaşayış yeri olmayanlar, 310 nəfəri Sovet Ordusu sıralarından təxris olunaraq heç bir qadağalara baxmayaraq doğma yurdlarına geri qayıdıb gələnlər, 200 nəfəri müharibə ərəfəsində və ondan qabaq deportasiyadan geri qayıdanlar, 76 nəfəri isə müxtəlif səbəblərə görə həbs düşərgələrinə düşüb və oradan geri qayıdanlar olmuşdu. Bundan əlavə 315 nəfər isə məcburi yaşayış yerindən icazəsiz olaraq qaçaraq geri qayıtdıqlarına görə həbs edilərək Çuvaş və Yakutiya Muxtar Respublikaları ərazilərinə sürgün olunmuşlar idi.  31 oktyabr 1957 ci ildə qəbul olunmuş fərmandan sonra hər iki Muxtar Respublika ərazisində həbs olunanlara və hər üç Respublika ərazisində qarışıq nigahda yaşayanlara Rusiya Federasiyası ərazisində özlərinə yaşayış yeri seçmələrinə lazımı şərait yaratdılar. Həmin illərdən başlayaraq ahıska türklərinin Stavropol vilayəti başda olmaqla, Rusiya ərazisinə köçləri də başlandı. Əhalinin bir qismi Azərbaycana köçüb gəldikdən sonra istər Orta Asiya Respublikalarında olan, istərsə də Azərbaycanda yeni məskunlaşan əhali 1956-cı ildən başlanmış «Ahıska türklərinin hərəkatı» fəaliyyətini dayandırmışdı. Kommunistlər, müharibə veteranları və iştirakçıları, Sovet İttifaqı Qəhrəmanları, onlarla birlikdə olmuş insanlar yenə də öz vətənlərinə geri qayıtmaq üçün xahişlə müxtəlif mərkəzi orqanlara müraciət etməkdə idilər.  1964-cü ilin fevral ayında Özbəkistan SSRİ-nin Daşkənd vilayətinin Buku rayonun Buku qəsəbəsində Ahıskalı türklərin nümayəndələrinin təşkilatı yığıncağı keçirildi.(Bu yığıncağı sonralar Ahıskalı türklərinin 1-ci qurultqyı adlandırdılar). Bu yığıncaqda yeni yaradılmış (Azadlığın Müvəqqəti Təşkilat Komitəsi) təsis edildi və təşkilata rəhbər, ixtisasca müəllim olan, müharibə veteranı, ehtiyyatda olan mayor rütbəli zabit Ənvər Odabaşov seçildi. Həmin il Krım Tatarları ilə Ahıska türklərnin ilk birləşmiş qurultayı da keçirildi. Qurultayda 600 nəfər nümayəndə iştirak edirdi. Qurultayda Ənvər Odabaşovu özlərinə lider seçdi. Onun təşkilata rəhbərlik etdiyi dövrdə  Moskva-Daşkənd-Tbilisi şəhərlərində və Azərbaycanda isə Saatlıda ahıskalı türklər fəal hərəkata başlayırdılar. Bu müddətdə onlar bir sıra yaddaqalan təsirli və cəsarətli kütləvi tədbirlər hazırlayıb həyata keçirə bildilər. Bu dövrdə hərəkat liderləri arasında hərəkatın gələcəyi, aparılacaq mübarizənin həyata keçirilməsi istiqamətində əsaslı fikir ayrılığı yarandı və bu da nəticədə hərəkatın parçalanmasına səbəb oldu. Hərəkat üzvləri arasında “Biz Kimik?”sualı ətrafında baş verən fikir ayrılığı hərəkatın mübarizə əzmini, onun çəkisini və nüfuzunu xeyli zəiflətdi.  Bir qrup əvvəllər olduğu kimi bu əqidədə idilər ki, Ahıskalı türklər qədim türk tayfalarının nəsilərindəndir. Ahıska torpaqları onların xalqlarına məxsus olmaqla, xalq kimi İslam dininə VIII-IX əsrlərdən inam və etiqad edirlər.
Digər bir qrup isə bu günkü ahıskalı türklərin əslən gürcü olduqalrını qəbul edib onların sonradan həm islamlaşdırıldığını və həm də türkləşdirildiklərini əsas götürməklə özlərini Mesxetililər adlandırırdılar.  Sonuncu baxışın tərəfdarları tarixi keçmişdə yol verilmiş səhvi düzəltmək üçün bu xalqı öz yerlərinə gürcü kimi qaytarmağı və müsəlmanlaşdırılmış gürcü kimi adlandırılmalarını irəli sürürdülər. Bu ideyanın tərəfdarı və lideri Saatlı rayonunun sakini, müəllim Lətifşah Barataşvili idi. (L.Barataşvilinin ikinci həyat yoldaşı gürcü olmuşdur). Movlud Bayraqdarov və onun tərəfdarları isə  L.Barataşvilidən fərqli olaraq sübut edildilər ki, onların əcdadları qədim türk tayfalarından olmaqla, türkdür. Anadan olduğu doğma vətəni olan Ahıska elləri də türklərin ata-baba doğma torpaqlarıdır.

O, öz ideyasını müdafiə edərkən əsas götürürdü ki, bu məsələ ilə əlaqədar hələ 26 yanvar 1957-ci ildə Gürcüstan Nazirlər Sovetinin işlər idarəsinin rəisi V.Patiaşvili rəsmi məktubla onların Gürcüstana gəlmələrinə öz etirazını bildirmiş və «Türklərin Gürcüstanda yaşamaq hüquqlarının olmadığını əsas gətirmişdir. Eyni zamanda tövsiyyə etmişdir ki, onların Azərbaycanlılarla heç bir ayrı seçkilikləri olmadıqları üçün Azərbaycanda yaşaya bilərlər » Hərəkat liderləri arasında 1959-cu ildə başlayan fikir ayrılığı tezliklə gizli təşkilatın iki yerə parçalanmasına səbəb oldu. 

No comments:

Post a Comment