2.10.2015

ELEKTRON LÖVHƏDƏ RİYAZİYYATIN TƏDRİSİ

İsmayıllı rayon Cülyan kənd tam orta məktəbində 15 ildir ki, riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Bu gün müasir təlim metodlarından istifadə etməklə dərslərimdə böyük ugurlar qazandıgımı acıq-aşkar hiss edirəm. Cəbr və həndəsə dərslərində müasir təlim metodlarından və İKT-dən  istifadə edərək ugurlu nəticələr əldə edirəm.
Bu yaxinda V sinifdə riyaziyyat dərsində “KVADRAT, DÜZBUCAQLI VƏ ÜÇBUCAGIN PERIMETRI“ mövzusunda acıq dərs kecirtdim. Dərsimdə interaktiv üsulların bir coxundan istifadə etdim və 45 dəqiqə ərzində  məqsədimə nail oldum.

Qruplarla iş, rollu oyunlar, əqli hücum, işgüzar fəallıq, müsahibə üsullarından istifadə edərək elektron lövhədə “KVADRAT, UÇBUCAQ VƏ DÜZBUCAQLININ PERİMETRİ” mövzusunda dərsə başladım. Sinfi qruplara böldüm. Qruplara “ÜÇBUCAQ”, “DÜZBUCAQLI”, “KVADRAT” adlarını verdim. Liderlər qrup üzvləri tərəfindən seçildi və özlərini təqdim etdilər. Keçmiş dərsin mövzusunu soruşdum. Şagirdlər keçmiş dərsin “KVADRAT  DÜZBUCAQLI və ÜÇBUCAQ” olduğunu bildirdilər.  Onlar  keçmiş mövzunu rollu oyun vasitəsilə nümayiş etdilər. Keçmiş dərsin sorğusundan sonra qruplara işçi vərəqləri paylayaraq, yeni dərsin motivasiyasını qurdum. Şagirdlər motivasiyadan yeni dərsin adını müəyyənləşdirdilər. Onlar elektron lövhədə yeni dərsin adını və mövzusunu qeyd etdilər. Yeni mövzunun izahından sonra dərsi möhkəmləndirmək məqsədilə qruplara test tapşırıqları verdim. Hər bir qrup test tapşırıqlarını cavablandırdı və cavabları elektron lövhədə göstərdilər. Bu mərhələdən sonra qrupların diqqətini divardan asılmış VENN diaqramına cəlb etdim. Şagirdlər diaqramın orta hissəsində kvadratın və düzbucaqlının oxşar cəhəhtlərini qeyd etdilər. Şagirdlərə üçbucagın növləri haqqında məlumat verdim. Onlara üçbucagın hər bir növünə aid perimetrinin tapılmasına uygun tapşırıq verdim. Bu dəfə ən məntiqli və düzgün yazan şagirdləri həvəsləndirərək yüksək qiymətləndirdim. Müsahibə üsulunu tətbiq etməklə şagirdlərin diqqətini divardan asılmış boş xanalı krossvordlara yönəltdim. Krossvordun birincisində perimetr sözü şaquli, ikincisində üfüqi şəkildə yazılmışdır. Birinci krossvord fəndaxili, ikinci krossvord isə fənlərarası inteqrasiya yaratmaga xidmət edirdi. Şagirdlər bütün xanalardakı sözləri tapandan sonra krossvordun doldurulmuş formasını elektron lövhədə göstərdim. Dərsin  sonuna yaxin qiymətləndirmə mərhələsi hər bir şagirdin nəyə qadir olmasının üzə cixmasında böyük rol oynayır. Evə tapşırıq və tətbiqetməni dərsin bitməsinə 2 dəqiqə qalmış elan etdim. Beləliklə, şagirdlərin müstəqil düşünmə qabiliyətlərini inkişaf etdirmək yolu ilə “DÖRDBUCAQLILAR” haqqında bilikləri daha da genişləndirmək və möhkəmləndirmək məqsədinə nail oldum.
Şagirdlərimdən Mirdamət Nəzərli, Taleh Ağayev, Xəzər Hüseyinov  Xəzər, Xanım Əşrəfova, Fatimə Əşrəfli, Aydan Musayeva, Nuridə Qafarlı, Günel Novruzova, Elmira Dəmirova, Məhəmməd Həsənov daha fəal idilər.
Aybəniz MÜRSƏLOVA,

İsmayıllı rayon Cülyan kənd tam orta məktəbin müəllimi

No comments:

Post a Comment