Ələkbərov Azər Əlizadə oğlu 27 iyul 1973-cü ildə
Salyan rayonunun Gəncəli kəndində dənizçi ailəsində anadan olmuşdur. Orta məktəbini
Gəncəli kənd orta məktəbində almışdır. Onun arzusu orta məktəbi bitirəndən
sonra dənizçilik məktəbinə daxil olub, atasının yolunu davam etdirmək idi.Azər
orta məktəbi bitirdikdən sonra birinci il dənizçilik məktəbinə qəbul oluna bilmədi.
3 iyun 1992-ci ildə Salyan rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına
çağırıldı. İlk gündən N saylı hərbi hissənin artilleriya divizionunda xidmətə
başladı. Az müddətdə rabitəçi peşəsinə yiyələndi və bu sahədə ustalaşdı.
Komandirin bütün tapşırıqlarını şərəflə yerinə yetirdi. Beş dəfə hərbi hissə
komandanlığının yazılı təşəkkürünü qazandı. Döyüş yoldaşları arasında böyük
nüfuz sahibi oldu. Azər 16 iyun 1993-cü ildə Ağdam rayonunun Qalayçılar kəndinin
müdafiəsi uğrunda gedən ağır döyüşlərdə hərbi tapşırığı yerinə yetirərkən qəhrəmancasına
şəhidlik zirvəsinə yüksəldi. İgid şəhidimiz 1993-cü ilin iyun ayında doğulduğu
kəndin qəbristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində çıxış edən hərbi
hissə komandiri Ələkbər son sözünü belə bitirdi. Mən əsgər yoldaşımı yox,
qardaşımı itirdim. Şəhidlər heç zaman unudulmurlar. Onlar hər birimizin qəlbində
yaşayırlar.
İndi onun dənizçi olmaq arzusunu qardaşları Natiq və
Elşad davam etdirirlər.
Hacı Əlvan HƏŞİMOV.
No comments:
Post a Comment