Aç əlini səmaya...Mütləq bir şey düşəcəkdir
ovucuna. Buludlardan süzülən bir damla su, yağış ya ağaclarda gah xəzəl olmuş
saralmış-solmuş, ömrünü başa vurmuş, gah da yamyaşıl təzə doğmuş bahar ətirli külək vurmuş heç eyləmiş bir yarpaq.Torpaqdan qopan tozdu hava, o da gəlib
hopacaqdır ovucuna. Aç əlini səmaya...Aç əlini göylərə...Axı göylərdədi həyatımızın
hikməti. Taleyimizin, qismətimizin yazarı-Təkbirimiz! Ya Kərim Allahımız! Nə
vaxtsa gedəcəyik torpağa.
Ruhumuz uçacaqdır göylərə. Gör indi bəlkə də neçələri
ulduz kimi sıralanıb növbəyə. Baxır göydən yerə, ordan bizə. Bizdə burada biz
bizə,diz dizə. Aç əlini səmaya...Aç əlini göylərə...Vallah bir şey düşəcəkdir
ovucuna. Yum gözünü aç əlini. Hiss et bu
kainatı! Havanı atmosferi! Artıq deşilmiş hidrosferi! Hiss et tozu qatı dumanı!
Hiss et insanların gəlişini, gedişini, bir balaca dodağlardan çıxan milyonların
səsini, pıçıldayan nalələri, duaları, ahları, baxışları, nazları, qəmzələri! Hiss
et! Allahın yaratdığı ağılın möcüzəsini! Hiss et! Sənə toxunan, dəyən əllərin nəvazişini,
qurduğu tələsini, sərt şillələri! Təbiətin gedişi... Bir birinin əvəzin, gözəlliyin, təravətin, sənə verilən qənimətin az da olsa
qədrini bil! Aç əlini səmaya...Aç əlini göylərə...Aç əlini...Nəfəsini al ver,
sinə dərmədən taki dərdlərin xoşbəxtliyini dəlmədən, ürəkdə yerin genəltmədən. Hiss
et var olduğunu, vardan yoxa olan doğruluğu, sonu, ölümü. Hər şey vardır bu həyatda.
Hər şeyi bir anda hiss et, duy. Aç əlini səmaya...Aç əlini göylərə...Sanki
qucağlayırmış kimi bir böyük, sirrli, gözə görünməz toplumu. Sevgini hiss et, sevgiden
doğan həsrəti, vüsalı, xəyanəti, ayrılığı hiss et. Üzün gülür, sevinirsən! Xoşbəxtlikdən
uçursan! Bəs indi necə sən, ağlayırsan?! Yanında olanları, olmuyanları, gözündə
ucalıb alçalanları, itirib tapdıqlarını sonradan vaxtikən atdıqlarını. Bu həyatda
öz cığırını hiss et! Aç əlini səmaya...Ovucundadır nələrsə...
Günel HƏSƏNLİ, Qafqaz Universitetinin magistri
No comments:
Post a Comment