3.09.2015

6-7 mart 2015-ci il tarixlərində Azərbaycan Təhsil Şurasının beynəlxalq konfransı

6-7 mart 2015-ci il tarixlərində Azərbaycan Təhsil Şurası Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirdi. Elmi-praktik konfransda
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Təhsil Şurası idarə heyətinin üzvləri
BPKİYİ-nun rektoru, professor Asəf Zamanov, ADPU-nun kafedra müdiri professor Mirzəli Murğuzov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov, Qafqaz Universitetinin professoru Erdal Karaman, Böyükağa Mikayıllı, Həqiqə Məmmədova, Aliyə Təhmasib, Samir Mehdizadə, Kəmalə Qədirova, Sevinc Niftiyeva, konfransın təşkilat komitəsinin üzvləri Nizami Məmmədli, Arif İbrahimov, eləcə də respublikanın qabaqcıl müəllimləri, Qarabağ həqiqətləri mövzusunda araşdırma aparan tədqiqatçılar, təhsil işçiləri iştirak edirdilər. Konfransda ilk olaraq ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqrımdan bəhs edən dərs nümayiş olundu.

No comments:

Post a Comment