Həyatda
ən gözəl şey
dünyanı anladığın gündən
arzularının reallığa çevrilməsidir. İnsanın hər
bir arzusu həqiqətə
çevrildikcə, sanki həyatının yeni
bir dövrünü yaşayır, təbiətdən doyunca zövq
alır, mavi səmalar isə
onun üçün tayı-bərabəri olmayan
laləzarlıq olur. Heç vaxt yorulmayan
göylər şahı qartal kimi qanad
çalır, süzdükcə süzür, uçduqca uçur... Bu zaman
həyatın bütün gözəllikləri çılpaqcasına gözlərin önündə
canlanır, dünyada özünü xöşbəxtlərin xöşbəxti hesab edirsən.
Bəli, arzuları
solmayan çiçək kimi açılan xöşbəxt insanlardan biri də Bakı şəhəri, 129 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Səfər qızı Vəliyevadır. Səyyarə müəllim vətənimizin
dilbər guşələrindən biri olan Ağdamda
dünyaya göz açmışdır. O, orta məktəb illərindən
fədakar müəllimlərin uşaqlara olan
hüsn-rəğbətini, mehribanlığını, elmin sirlərini
yorulmadan onlara öyrətdiklərini gördükcə onun qəlbində gələcəkdə
yaxşı bir müəllim
olmaq arzusu boy
atıb böyüməyə başlayır. Bu minvalla Səyyarə orta təhsilini bitirdikdən sonra müəllim
olmaq üçün sənədlərini APİ –nin
(indiki ADPU-nun) ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsinə verib oraya daxil olur. Səyyarə Vəliyeva
ali təhsil illərini müvəffəqiyyətlə başa
vurub, təyinatı üzrə Bakının Nizami
rayonundakı 129 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə
başlayır. O, işlədiyi müddətdə öz bilik və bacarığı ilə tez bir zamanda fərqlənərək,
şagird və müəllim kollektivinin dərin hörmətini qazanır. Məktəbdə onu ən yaxşı bir müəllim kimi tanıyırlar. Səyyarə
müəllim bir müddət işlədikdən sonra ailə
səadətinə qovuşur və tezliklə ana olur. O, hal-hazırda da 129 nömrəli tam orta məktəbdə ibtidai
sinif müəllimidir. Səyyarə xanım öz
amalına sadiq olaraq var qüvvəsi ilə çalışır, dərs dediyi
şagirdlərlə doğma bir ana kimi rəftar edir, onlara qayğı göstərir,
elmin ibtidaisini səbr və təmkinlə öyrədir. Səyyarə xanım yeniliyi sevən, təlimdə müasir
metodları bacarıqla tətbiq edən
qabaqcıl müəllimdir. O, bir qayda olaraq, dərslərdə əyanilik və texniki vasitələrdən lazımınca
istifadə edir. Elə bütün bunlara görə onun dərs dediyi
uşaqlar istər təlimdə,
istərsə də tərbiyədə
seçilirlər. Bunun nəticəsidir ki, əlamətdar və tarixi günlərdə, tədbir və yığıncaqlarda Səyyarə
müəllim və onun şagirdləri müntəzəm
olaraq fəal iştirak edirlər. Onun qəlbi yaşayıb-yaratmaq və
uşaqları Vətənimizə layiqli
bir vətəndaş kimi
yetişdirmək eşqilə doludur. Gənc
müəllimlər tez-tez Səyyarə müəllimə
müraciət edir və ondan müəllimlik peşəsinin sirlərini öyrənirlər. Səyyarə xanım həqiqətən,
kollektivdə dərin hörmətə malik olan nümunəvi
müəllimdir. Çəkilən zəhmət barsız olmaz. Səyyarə xanımın da uzun illər çəkdiyi zəhmət barsız olmadı. 30 ildən artıq eyni
kollektivdə, eyni peşədə yorulmadan, həvəslə
çalışan Səyyarə xanım öz bəhrəsini dərdi. O dəfələrlə fəxri fərman və mükafatlarla təltif olunub, 2 dəfə “İlin ən yaxşı müəllimi”
fəxri adına layiq
görülüb. Elə bu dərs
ilinin sonunda - 30 may
2014-cü ildə Səyyarə xanıma məktəb rəhbərliyi tərəfindən fəxri fərman
verilib. Kollektivə qarşı mehriban və eyni zamanda tələbkar olan məktəbin direktoru Samir Mehdizadə və dərs
hissə müdiri Həqiqət Salmanova Səyyarə xanımın pedaqoji fəaliyyətini
izləyir, ona tədris üçün
lazım olan bütün şəraiti
yaradır, qayğı göstərirlər. Elə
bu səmimiyyət və tələbkarlığın nəticəsidir ki, məktəbdə istər şagird, istərsə də
pedaqoji kollektiv arasında sağlam əhvali-ruhiyyə hökm
sürür. Söz düşəndə Səyyarə xanım ona və kollektivə qarşı səmimi olan Samir Mehdizadə və Həqiqət Salmanovaya öz minnətdarlığını bildirir. Müəllim peşəsinin
incəliklərini dərindən bilən, bu adın şərəfini həmişə böyük zəhməti bahasına
qoruyub saxlayan Səyyarə müəllim yüzlərlə məzununun xatirəsində xoş izlər salmışdır. Böyüməkdə
olan gənc nəslin təlim-tərbiyəsində, vətənə məhəbbət ruhunda yetişdməsində
ömrünü sərf edən Səyyarə
müəllimə bundan sonrakı fəaliyyətində
də uğurlar diləyirik.
Sevinc
NİFTİYEVA, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim”
müsabiqəsinin qalibi
No comments:
Post a Comment