Kəmalə ALLAHVERDİYEVA, 129 №-li məktəb
Bu gün Azərbaycan dövlətinin davamlı inkişafı onun təhsil sisteminin
keyfiyyətindən asılıdır. Dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri
təhsil sistemini daha da aktuallaşdırmış və bu məsələni ölkəmizin inkişafının əsas
amilinə çevirmişdir. Dövlət rəhbərinin təhsilin inkişafına xüsusi diqqətinin nəticəsidir
ki, bu proses uğurla həyata keçirilir. Hazırda ölkənin iqtisadi həyatında baş
verən islahatlar elektron hesablama texnikasının geniş tətbiqinə əsaslanır. Cəmiyyətin
tələbləri riyaziyyatın daha da
formalaşmasına şərait yaradır. Riyaziyyatın özünəməxsus gözəlliyi var.
Riyaziyyatla məşğul olan hər bir kəsdən işləmək həvəsi, fikri cəmləşdirmək və gərginlik
tələb olunur. Bunun üçün müəllimlərimiz öz peşə hazırlıqlarını durmadan
artırırlar. Onlar İKT-nin əsaslarına və pedaqoji
texnologiyaları mükəmməl mənimsəmək üçün ixtisasartırma kurslarından keçir,
riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikasını açmağa çalışır,
riyaziyyat fənninin tədrisində bu metodun üstün cəhətlərini öyrədir,
yeni biliklər öyrədir, bu biliklərin
həyatdakı yerini müəyyənləşdirirlər.
Riyaziyyatın dərk edilməsində müəllim əməyinin rolu böyükdür. Tədris
etdiyimiz riyaziyyat elminin mühüm rolu
ondan ibarətdir ki, o, insanın intelektual və yaradıcılıq qabiliyyətini inkişaf
etdirir. Hazırda məktəbimizdə tətbiq olunan yeni proqram riyaziyyatı
I sinifdən başlayaraq bütün siniflərdə sıx əlaqəli tədris etməyi nəzərdə tutur.
Məktəbimizin riyaziyyat müəllimləri milli təhsilimizin,
eləcə də ölkəmizin dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmasını
təmin etmək üçün öz işlərinə məsuliyyətlə yanaşırlar. Məktəb rəhbərliyi
bu işlərin uğurla həyata keçirilməsində müəllimlərimizə yardım missiyasını
layiqincə yerinə yetirir. Demək olar ki, hər gün dərslər dinlənilir, dərsdən
sonra dərsin gedişi təhlil edilir və dəyərli məsləhətlər verilir.
Riyaziyyat fənni üzrə metodbirləşmənin iclasında qəbul etdiyimiz qərara
əsasən hər gün qarşılıqlı dərsdinləmələr keçirilir, qabaqcıl
müəllimlərimizin iş təcrübəsi öyrənilir. Dərslərin gedişi lentə alınır,
dərsin gedişini təsvir edən fotolar çəkilir. Bu fotolardan fotostendlər
hazırlanıb məktəbin dəhlizlərində divarlardan asılır. Dinlənilmiş dərslərin təhlili
zamanı lentə alınmış təsvirlərdən istifadə olunur.
Riyaziyyat dərslərinin uğurlu alınması şagirdlərin baza biliklərindən,
müəllimin yeni təlim texnologiyalarından istifadə etmək bacarıqlarından
asılıdır. Məktəb rəhbərliyinin tövsiyyələrinə əsasən
biz ibtidai siniflərdə riyaziyyatın tədrisini daim izləyirik. İbtidai siniflərdə
riyaziyyat fənni yüksək səviyyədə tədris olunur. Bu siniflərdə elektron lövhələrdən
istifadə edilir. Lazım
olan vaxtlarda riyaziyyat müəllimləri öz məsləhətlərini əsirgəmirlər. Qarşıdan
məsuliyyətli günlər - orta məktəb buraxılış
imtahanları və ali məktəblərə qəbul imtahanları gəlir. Məktəb
rəhbərliyinin təsdiq etdiyi cədvəl əsasında müəllimlərimiz dərsdənkənar məşğələlər
keçirirlər. Bu proseslərin məsuliyyətini hiss edən müəllimlərimiz çox həvəslə
çalışırlar. Bu məsuliyyətli və şərəfli işdə hamımıza uğurlar arzulayıram.
Keçdiyimiz dərslərə və apardığımız məşğələlərə əsaslanaraq qarşıdan gələn
imtahanlarda göstəricilərimizin yüksək olacağını söyləyə bilərik.
No comments:
Post a Comment