Təhsil Şurası 4 iyun 2016-cı il tarixində Azərbaycan təhsilində ilk
dəfə olaraq Qabaqcıl Müəllimlərin Birinci Respublika Forumunu keçirdi.
Respublikamızın bütün
bölgələrindən qabaqcıl müəllimlərin iştirak etdiyi Forum
Bakının Səbail rayonundakı 6 nömrəli məktəb-liseydə təşkil olunmuşdu. Forumda
Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Təhsil Nazirliyinin
Aparat rəhbərinin müavini Fərzəli Qədirov, ADPU-nun fizika fakültəsinin dekanı,
fizika-riyaziyyat elmləri doktoru, professor Mirzəli Murğuzov, BDU-nun
psixologiya və sosiologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru,
professor Hikmət Əlizadə, TPİ-nin direktor müavini, dosent Ənvər Abbasov,
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, sosioloq-alim
Əhməd Qəşəmoğlu, Təhsil Şurasının İdarə Heyətinin üzvləri, Bakı şəhərindən və
bölgələrdən məktəb rəhbərləri, QHT nümayəndələri iştirak edirdilər.Qabaqcıl müəllimlərin Forumunu keçirmək ideyası zərurətdən yaranıb
Ə.Ağayev vurğuladı ki, Qabaqcıl müəllimlərin Forumunu keçirmək ideyası təsadüfdən deyil, zərurətdən yaranıb. Təhsil Şurası bir neçə ildir ki, “Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması” layihəsi həyata keçirir. Bu layihə çərçivəsində həyata keçirilən işlər zamanı ölkəmizdə nə qədər qabaqcıl müəllimin olduğunu müəyyən etdik. Artıq bizim müəllimlər elə bir qabaqcıl iş təcrübəsinə malikdirlər ki, bunu hətta xarici ölkələrdə də qürurla nümayiş etdirmək mümkündür. O, Təhsil Şurasının bu yöndə həyata keçirdiyi tədbirlərdən – Gürcüstanda və Ukraynada keçirilmiş “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konranslardan bəhs etdi. Qeyd etdi ki, qabaqcıl müəllimlər Təhsil Şurasının keçirdiyi bu mühüm əhəmiyyətli beynəlxalq tədbirlərə böyük həvəslə qoşulur, öz təcrübələrini dünyaya yayırlar. Bu, yalnız bir müəllimin deyil, ümumilikdə Azərbaycan təhsilinin nailiyyətidir. Ə.Ağayev söylədi ki, Təhsil Şurası Azərbaycan təhsilinin uğurlarının dünya arenasına çıxarılmasında, eyni zamanda, müəllimlərin dünya təhsilində gedən yenilikləri öyrənməsində mühüm rol oynamağa, bu sahədə əhəmiyyətli layihələr həyata keçirməyə çalışır.
Professor Əjdər Ağayev Forumda “Qabaqcıl təcrübə nədir? Qabaqcıl
təcrübəyə necə nail olmaq mümkündür?” mövzusunda məruzə ilə çıxış etdi.
Ə.Ağayev qabaqcıl müəllimi qabaqcıl təcrübəni öyrənən, yayan və fəaliyyətini
şəxsi yaradıcılığı, yenilikləri ilə zənginləşdirən müəllim kimi xarakterizə
etdi. Söylədi ki, qabaqcıl təcrübə qazanılmış praktik bacarıq və vərdişlərin
yaradıcılıqla inkişaf etdirilməsi, nailiyyətlər, səmərəli nəticələr əldə edilməsi
ilə müəyyənləşir. Müəllimin qabaqcıllığını təmin edən şərtlərdən bəhs edən
Ə.Ağayev qeyd etdi ki, geniş dünyagörüşünə malik olması, peşəsinin fəlsəfəsini
aydın dərk etməsi, məqsəd aydınlığı və yaradıcılıq qabiliyyəti, ixtisası üzrə
mükəmməl elmi-nəzəri hazırlığa malik olması, metodik ustalığı, yaradıcı
təfəkkür və təxəyyül daşıyıcısı olması, peşəsini və təlim-tərbiyəsi ilə məşğul
olduğu uşaqları sevməsi, öz üzərində ardıcıl işləməsi, yenilikləri tətbiqetmə
qabiliyyəti, müasirlik düşüncəsinə malik olması, mütərəqqi tarixi təcrübəyə
bələdliliyi və ənənədən faydalanması, yeni təlim metod və texnologiyalarından
yaradıcılıqla istifadə edə bilməsi və təlim resurları hazırlaya bilmək
qabiliyyəti, səmərəli nəticələri ilə diqqət çəkməsi, yenilikçi metodikasını şərh,
izah və təbliğ etmək bacarığı, praktik fəaliyyətini yalnız təcrübi nəticələrlə
deyil, elmi-nəzəri bilgi və ideyalarla zənginləşdirməsi, humanist, demokratik,
şəffaf və prinspial (qətiyyətli) mövqedə olması, yüksək ictimai nüfuzu və s.
müəllimi qabaqcıllar sırasına çıxarır.Professor Əjdər Ağayev daha sonra müəllim qabaqcıllığının formalarından bəhs etdi. Eyni zamanda, söylədi ki, bu gün aktual hesab etdiyimiz bir çox fikir və ideyalar, hətta təlim metodlarının xeyli qismi hələ orta əsrlərdə Şərq, o cümlədən Azərbaycan təhsilində bərqərar olmuşdur. Əjdər Ağayev Şərqin dahi mütəfəkkirlərinin- Əhməd Bərdəinin, Məkki Bərdəinin, Cəfər Marağalının, Musa Səlmasinin, Əbülhəsən Bəhmənyarın, Eynəlqüzat Miyanəçinin, Şihabəddin Sührəverdinin, Siracəddin Urməvinin, Nəsirəddin Tusinin, Marağalı Əvhədinin, Yusif Qarabağinin alimliklə yanaşı, müəllimlik fəaliyyəti göstərdiklərini, bugünümüzün təhsili üçün əhəmiyyətli olan fikirlər, ideyalar irəli sürdüklərini diqqətə çatdırdı.
Ə.Ağayev 20-ci əsr Azərbaycan təhsilində yenilikçi ideyaları hesabına qabaqcıl iş təcrübəsi ilə məşhur olanları da yada saldı. Bakıdakı 18 nömrəli tam orta məktəbin müəllimi Mustafa Salamovun, 70-80-ci illərdə Tovuzda müəllimlik etmiş Məhər Quliyevin, eləcə də Zərbəli Səmədovun, Heybət Şikarovun, Zahid Şöyübovun, Sona Tağıyevanın zəngin pedaqoji, metodiki səriştələrindən, idarəretmə istedadlarından bəhs etdi.
Müəllimin İKT-dən, ağıllı lövhələrdən və digər texniki-texnoloji
vasitələrdən istifadə bacarığı – müasir tələblərdəndir. Bu, qabaqcıllıq deyil.
Əjdər Ağayev söylədi ki, müəllimin İKT-dən, ağıllı lövhələrdən və digər texniki-texnoloji vasitələrdən istifadə bacarığı – müasir tələblərdəndir. Bu, qabaqcıllıq deyil. Qabaqcıllıq həmin imkanlardan istifadədə yeniliklər etməkdir. Bu yeniliklər ilk növbədə təlim keyfiyyətinin yüksəldilməsinə, optimallığa, şagird şəxsiyyətinin inkişafına yardım etməlidir. Qabaqcıllıq pedaqoji, psixoloji, sosioloji, didaktik tələbləri, müəllim-şagird əməkdaşlığını yüksək mədəniyyətlə yerinə yetirib, öyrənənləri öyrətməyə alışdırmaq, onlarda mahiyyətəvarmaq keyfiyyətləri, müstəqillik vərdişləri, praktik bacarıqlar formalaşdırmaq, onları özünüdərk, özünüinkişaf etdirmək səviyyəsinə çıxartmaqdır.
Xarici təcrübəni olduğu kimi tətbiq etmək, xeyirdən çox ziyan verə bilər
Əjdər Ağayev vurğuladı ki, hazırda xarici təcrübənin öyrənilməsi və tətbiqinə geniş yer verilir. Unutmaq olmaz ki, xarici təcrübəni olduğu kimi tətbiq etmək, xeyirdən çox ziyan verə bilər. Ona görə də xarici qabaqcıl təcrübənin uyarlığı, özününküləşdirmə imkanları nəzərə alınmalıdır. Xarici təcrübə hesabına mövcud milli təcrübəni nəzərə almamaq, xarici təcrübəni zorən təhsilə gətirmək ziyanlıdır.
O, Təhsil Şurasının yaradıcı müəllimlərin iş təcrübəsini öyrənmə layihəsinin nəticələrinə istinadən respublikamızda xeyli qabaqcıllıq missiyası qazanmış müəllim olduğunu söylədi. Bunlar ənənəvi pedaqoji tələb və prinsiplər zəminində yeniliklərdən məharətlə istifadə edən, dərslərini uşaqlar üçün tədqiqat laboratoriyasına çevirən müəllimlərdir, söylədi. Bu barədə Şuranın nəşr etdiyi Böyükağa Mikayıllının “Yaradıcılıq axtarışları” kitabından və “Təhsil və zaman” qəzetinin səhifələrindən məlumat almaq olar, dedi. Təəssüf hissi ilə vurğuladı ki, belə müəllimlərin sayı azdır. Təəssüf ki, metodiki mərkəzlərdə, tədqiqat institutlarında, rəhbərlik orqanlarında çalışanların bir çoxu ənənə və müasirliyin vəhdətini nəzərə almırlar. Onlar müəllimlərə mükəmməl pedaqoji məsləhət vermir, yaxud onların təcrübəsini layiqincə qiymətləndirməyi bacarmırlar.
Qəribədir ki, bəzi şəxslər hüquqi səlahiyyətləri olmadan İKT təlimi keçirlər və sertifikat verirlər. Bu cür işlər özfəaliyyət xarakterlidir. Onların sertifikat imzalamaq hüquqları yoxdur. Sertifikatı o şəxs imzalaya bilər ki, qurum və ya təşkilat rəhbəridir. İmzası Ədliyyə Nazirliyində təsdiqlənib.
Ə.Ağayev təəssüf hissi ilə onu da vurğuladı ki, keçilən təlimlər ancaq və ancaq İKT-dən istifadə bacarıqlarının artırılmasına kömək edir. Pedaqoji prosesin onlarla əlamət və keyfiyyəti unudulur.
O, qabaqcıl təcrübənin formalaşması üçün bir sıra tələblərin yerinə yetirilməsinin vacib olduğunu diqqətə çatdıraraq bunun üçün - hər bir müəllimin davamlı, ardıcıl səydə olmasının, məktəbdə tədris-təlim, tərbiyəvi işlərin yüksək tələbkarlıqla, qanuni əsaslarla həyata keçirilməsinin, məktəbin tədris avadanlıqları, laboratoriyalarının işlək səviyyədə olmasının, təhsili idarəedənlərin, məktəb rəhbərliyinin müəllimin yaradıcılıq imkanlarını artırmaq üçün onların müvafiq ədəbiyyatla, avadanlıqla təmin edilməsinə, təcrübə, mübadilə aparmalarına, kurslarda, təlimlərdə iştirakına şərait yaratmalarının mühüm olduğunu vurğuladı.
Ə.Ağayev Təhsil Şurası olaraq qabaqcıl müəllimlərin Ümumrespublika Forumunun ilk təşəbbüskarı olmaqla, ölkəmizdə gedən inkişafı, yaranan yenilikləri, təbliğ etmək və yaradıcılıq ənənəsini hərəkata çevirmək istəyirik deyərək, Forum iştirakçılarının diqqətini eyni zamanda, Şuranın beynəlxalq əlaqələrinə yönəltdi: “Bildiyiniz kimi, Şuranın Gürcüstanda və Ukraynada keçirdiyi təcrübi yaradıcılıq əməkdaşlığı həm ölkəmizin pedaqoji ictimaiyyətinin tanıdılmasına, həm də təcrübə mübadiləsinə imkan vermişdir. Gələcəkdə Ukraynalı həmkarlarımızı qəbul etməyi, daha sonra Polşada, mümkün olarsa Cənubi Azərbaycanda təcrübə mübadiləsi keçirməyi, məktəblərin əməkdaşlığına nail olmağı nəzərdə tuturuq” – dedi.
Məruzəsinin sonunda Əjdər Ağayev qeyd etdi ki, Təhsil Şurası təkliflər vermək səlahiyyətinə malikdir. Ona görə də istərdim ki, ixtisasyönümlü bölmə iclaslarında müzakirələrdən irəli gələn təkliflərinizi qeyd edəsiniz. Təkliflər təhsillə, tədrislə, tərbiyəvi işlə, idarəetmə ilə, təchizatla və s. ilə bağlı çox məsələni əhatə edə bilər.

Müəllim təcrübəsi: o necə olmalıdır?
Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov
“Müəllim təcrübəsi: o necə olmalıdır?” mövzusunda məruzə etdi. Ə.Abbasovun
məruzəsi “Müəllim və müəllimlik”, “Müasir müəllim fenomeni”, “Müasir müəllimin
funksiyaları”, “Pedaqoji qabiliyyətlər”, “Müəllimin vəzifələri”, “Müasir
müəllim təcrübəsi”, “Müəllim təcrübəsində yanaşmalar”, “Müasir müəllimim
atributları”, “Müəllimin idarəetməsi”, “Müasir müəllim fəaliyyətinin xarakteri”
problemlərini əhatə etməklə, müasir müəllimin fəaliyyət istiqamətlərini açmaq,
onları xarakterizə etmək baxımından diqqəti cəlb etdi. Ənvər Abbasov vurğuladı
ki, dəyişən, inkişaf edən dövr, zaman müəllimin pedaqoji prosesə daha yeni
prizmalardan yanaşmasını, bu yanaşmalarda daha çox elmlik, funksionallıq və
səriştəlilik tələb edir. Həmişə olduğu kimi, müəllimin nüfuzu bu gün də
cəmiyyətimiz üçün önəmli olan məsələlərdəndir. Bu gün elə bir vəziyyət yaranıb
ki, müəllim qarşısına qoyulan vəzifəni 45 dəqiqə ərzində yerinə yetirə bilmir.
Bu gün valideynlərlə məktəb arasında daha optimal bir əlaqənin yaradılması
zərurəti meydana çıxmışdır. Bu sferada yeni bir məzmunun yaranması olduqca
zəruridir. Ənvər Abbasov müəllimi fenomenal dəyərə malik şəxsiyyət
adlandırmaqla onun kreativ bacarıqlara malik olmasını əsas şərt kimi irəli
sürdü. Qeyd etdi ki, müəllim cəmiyyəti gələcəyə hazırlamaqla məşğul olmaqla,
cəmiyyət qarşısında hesabatlıdır. Əgər müəllim işinə yaradıcı yanaşmazsa, o,
işində uğur qazana bilməz. Ənvər Abbasov məruzəsində müasir müəllimin
qarşısında dayanan vəzifələri xarakterizə etməklə, onun cəmiyyətdəki rolunu
açıqladı.
Forumda çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri Fərzəli Qədirov
söylədi ki, Təhsil Şurası qabaqcıl müəllimləri bir yerə toplayıb Qabaqcıl
müəllimlərin Birinci Respublika Forumunu keçirməklə təhsilimizdə bir ilkə imza
atır. O, Təhsil Şurasına belə bir tədbiri düzənlədiyi üçün Təhsil Nazirliyi
adından minnətdarlığını dilə gətirdi. Məlumdur ki, ölkə başçısı cənab İlham
Əliyevin sərəncamı ilə Azərbaycanda Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət
Strategiyası təsdiq olunub. Bu strategiya uzun müddəti əhatə edən bir sənəddir.
Sevindirici haldır ki, bu gün Azərbaycan təhsilinin uzun müddətli inkişaf strategiyasını
müəyyənləşdirən bir sənəd meydandadır. Bu strategiyanın məqsədi həm də ondan
ibarətdir ki, Azərbaycanda rəqabətqabiliyyətli bir təhsil mühiti yaradılsın. Bu
məqsədə nail olmaq üçün beş strateji istiqamət müəyyən olunub.
Təhsil Şurasının həyata keçirdiyi bu Forum Strategiyanın
tələblərindən, meydana qoyduğu ideyalardan qaynaqlanır
Fərzəli Qədirov bu istiqamətlərdən ayrı-ayrılıqda bəhs edərək onların
təhsilimizin inkişafına yönəlmiş müddəalar olduğunu vurğuladı. O, qeyd etdi ki,
Strategiyada müəllimlərlə bağlı nüanslar da yer almışdır. Təhsil Şurasının
həyata keçirdiyi bu Forum da məhz Strategiyanın tələblərindən, meydana qoyduğu
ideyalardan qaynaqlanır. Məhz Strategiya bizim qarşımızda müasir dövrün
tələblərinə cavab verən, innovasiyaları mənimsəyən, onu öz işinə məharətlə
tətbiq etməyi bacaran müəllim hazırlamağı tələb kimi qoyur. Təhsil sistemində
son illər bu istiqamətdə çox mühüm addımlar atılmışdır. Bu gün əgər soruşsaq
ki, qabaqcıl müəllim kimdir? Ən yaxşı halda cavab verərlər ki, qabaqcıl müəllim
yaxşı dərs keçən müəllimdir. Amma bilirik ki, yaxşı dərs keçmək, hələ yaxşı
müəllim olmaq demək deyil. Biz ona görə bu suala cavab verməkdə çətinlik
çəkirik ki, biz qabaqcıl müəllimliyin kriteriyalarını hazırlamamışıq. Qabaqcıl
müəllimi meydana çıxarmaq üçün tələb olunan meyarları necə ölçək? Necə
müəyyənləşdirək ki, bu müəllimin fəaliyyəti məhz tətbiqi bacarıqları
formalaşdırır. Bu gün əlimizdə bu ölçü vasitələri olmadığı üçün biz qabaqcıl
müəllimi müəyyənləşdirməkdə çətinlik çəkirik. Sadəcə onun nəticələrinə baxıb,
qabaqcıl müəllimdir, deyirik. Sevindirici hal kimi vurğulamaq istərdim ki,
Təhsil Nazirliyi tərəfindən müəllim nailiyyətlərinin qiymətləndirilməsi
meyarları hazırlanır. Bu sənəd müəllimlərin fəaliyyətini qiymətləndirmək üçün
bir vasitə olmaqla yanaşı, həm də gələcəkdə onun əmək haqqına təsir edən bir
meyar olacaqdır. Bundan sonra biz qabaqcıl müəllimi fərqləndirə biləcəyik.
Təhsil Şurasının həyata keçirdiyi “Qabaqcıl təcrübənin öyrənilməsi və
yayılması” layihəsi həm ənənəni yaşatmaq, həm də müasir qabaqcıl təcrübəni
meydana çıxarmaq baxımından əhəmiyyətlidir.
Fərzəli Qədirov vurğuladı ki. qabaqcıl təcrübənin öyrənilməsi və
yayılması ənənəsi bizim təhsilimizdə hələ sovetlər dönəmində mövcud olmuşdur.
Hesab edirəm ki, bu gün də bu məsələ öz aktuallığını saxlayır. Əvəllər bu işə
daha ciddi diqqət yetirilərdi. Amma bu gün biz bunu unutmuşuq. Təhsil Şurasının
həyata keçirdiyi “Qabaqcıl təcrübənin öyrənilməsi və yayılması” layihəsi həm
ənənəni yaşatmaq, həm də müasir qabaqcıl təcrübəni meydana çıxarmaq baxımından
əhəmiyyətlidir.
Hər bir məktəb bir laboratoriyaya çevrilməlidir
Fərzəi Qədirov qeyd etdi ki, bu gün müəllimlərin ixtisasının
artırılması mühüm məsələlərdəndir. Təhsil Nazirliyi birdən-birə yüz əlli min
müəllimin ixtisasını artıra bilməz. Bu işdə məktəblər özləri fəallıq
göstərməlidirlər Hər bir məktəb özlüyündə bir ixtisasartırma müəssisəsi
olmalıdır. Əvvəllər də təhsilimizdə belə təcrübə olub. Hər bir məktəbin yüksək
peşəkarlığa malik müəllimləri var. Onlar öz təcrübələrini həmkarlarına öyrətməlidirlər.
Hər bir məktəb bir laboratoriyaya çevrilməlidir. Məktəblərdə belə bir sistemin
yaradılması çox yaxşı hal olardı. Əlbəttə ki, Təhsil Nazirliyi tərəfindən
müəllimlərin ixtisasartırılması istiqamətində artıq bir sistem yaradılmışdır.
Məktəblərə bu istiqamətdə kömək ediləcəkdir.
F.Qədirov vurğuladı ki, bu gün dərslərdəki yanaşmalar əvvəlki dərslərdən əsaslı şəkildə fərqlənir. Bu gün müəllimlər fəal təlimə daha çox üstünlük verirlər. Bu mənada müəllimlərin peşəkarlıq səviyyəsi xeyli artmışdır. Bəs çatışmayan nədir? Hər bir müəllim öz fəaliyyətini təhlil etsə, müəyyən təkliflər hazırlasa, çatışmayan metodiki cəhətləri istiqamətində hazırlıq keçmək təklifi ilə çıxış etsə, bu, daha səmərəli yol olardı.
F.Qədirov diqqəti müəllim hazırlığı məsələsinə yönəltdi. Söylədi ki, müəllim birdən-birə qabaqcıl müəllim olmur. Bunun üçün müəyyən bir dövr tələb olunur. Amma əsas məsələrdən biri ondan ibarətdir ki, müəllim məktəbə müəllim kimi hazırlıqlı gəlsin. Amma təcrübə göstərir ki, bu heç də hər vaxt belə olmur. Səbəbləri araşdırarkən bu qənaətə gəlirik ki, bizim pedaqoji təmayüllü ali məktəblərdə müəllim hazırlığı tam yeni yanaşmalarla həyata keçirilməlidir. Deyə bilərəm ki, burada əyləşən müəllimlərin malik olduğu bilik, bacarıq və kompetensiyalarla bizim ali məktəbdə hazırladığımız kadrlar arasında böyük fərq var. Bu gün orta məktəblərdə müəllimlərin tətbiq etdikləri yenilikçi texnologiyalar ali məktəblərdə öyrədilməlidir. Ali məktəblə ümumtəhsil məktəbinin əməkdaşlığı gücləndirilməlidir. Orta məktəbin tələbləri ali məktəblərdə nəzərə alınmalıdır. O, sonda qeyd etdi ki, Təhsil Nazirliyinin fəliyyətində qabaqcıl müəllimlərin stimullaşdırılması önəmli yer tutur və gələcəkdə bu istiqamətdə daha mühüm addımlar atılacaq. Qabaqcıl müəllimi xarkterizə edən ən mühüm amillərdən biri də onun tərbiyəvi cəhətdən də nümunə olmasıdır. Arzu edərdim ki, bizim bütün müəllimlərimiz gələcək nəsil üçün bir nümunə olsunlar. Yalnız belə olduğu təqdirdə biz gələcək nəsli savadlı, mənəvi cəhətdən zəngin ruhda yetişdirə bilərik.

BDU-nun psixologiya və sosiologiya fakültəsinin dekanı, pedaqoji
elmlər doktoru, professor Hikmət Əlizadə çıxışını interaktiv təlimin
üstünlüklərinə həsr etdi. O qeyd etdi ki, interaktiv təlimi fərqləndirən cəhət
problemin həlli nəticəsində biliyin əldə edilməsi və mənimsənilmiş biliyə
yaradıcı münasibətin formalaşması strategiyasına əsaslanır. Bu zaman yaradıcı
təfəkkür və təxəyyül prosesləri aktuallaşır. İnteraktiv təlimin prinsipləri
ənənəvi təlimin prinsiplərindən fərqlənir. Bu prinsiplər aşağıdakılardır:
1.Şəxsiyyətə yönəlmiş 2. Fəal idrak 3.İnkişafetdirici təlim, 4.Qabaqlayıcı təlim 5.Təlim-tərbiyə sisteminin çevikliyi 6.Əməkdaşlıq 7. Dioloji təlim.
H.Əlizadə qeyd etdi ki, interaktiv təlim metodlarının iki qrupu ayırd edilir:
İmitasiyon metodlara oyun - didaktik oyunlar, işgüzar oyunlar, refleksiv oyunlar, diaqnostik oyunlar, motivləşdirici oyunlar, psixoloji oyunlar və s. Qeyri imitasiyon metodlara - problem mühazirə, iki nəfərin mühazirəsi, mühazirə mətbuat konfransı, əvvəlcədən müəyyən edilmiş səhvlər üzərində mühazirə, problem seminar, diskusiyalar, evristik müsahibə, tələbənin ədəbiyyatla müstəqil işi, əqli hücum, dəyirmi stol, konkret situasiyaların təhlili, treninq və s. O, qeyd etdi ki, hər bir müəllim təhsilin müasir tendensiyalarını bilməli və onları dərs prosesinə tətbiq etməyi bacarmalıdır.

Forumda çıxış edən ADPU-nun professoru Mirzəli Murğuzov,
sosioloq-alim Əhməd Qəşəmoğlu qabaqcıl müəllimlərin bir Forumda toplanaraq öz
iş təcrübələrini meydana qoymalarını, problemlərini müzakirə müstəvisinə çıxarmalarını,
təklif və tövsiyyələr irəli sürmələrini müsbət hal kimi səciyyələndirib Forumun
işinə uğurlar dilədilər.
Forumda Bərdə şəhər 4 nömrəli tam orta məktəbin direktoru, ingilis
dili müəllimi Tofiqə Məmmədova “Xarici dilin tədrisində layihələrdən istifadə
təcrübəsindən”, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və
Ədəbiyyat müəllimi Aidə Ələkbərova “Azərbaycan dili və Ədəbiyyat dərslərində
İKT-dən istifadə təcrübəsindən”, Bakı şəhəri, Səbail rayonu 162 nömrəli tam
orta məktəbin kimya müəllimi Mahirə Nuriyeva “Labdisk rəqəmsal laboratoriya
avadanlıqlarından istifadə təcrübəsindən”, İsmayıllı şəhər 1 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi Şükufə Nəcəfova “Müəllimin beynəlxalq
layihələrdə iştirakı təcrübəsindən”, Ağcabədi rayonu Salmanbəyli kənd tam orta
məktəbin riyaziyyat və informatika müəllimi Şəhanə Bədəlova “Yaradıcı müəllim
kimdir?”, Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin informatika
müəllimi Təranə İsmayılova “Müasir müəllim üçün vacib olan yeni texnoloji bacarıqlar”,
Bakı şəhəri, Xətai rayonu 204 nömrəli tam orta məktəbin informatika müəllimi
Qiyafət Fərruxova “Tədrisdə VEB alətlərindən istifadə imkanları”, SOCAR Bakı
İstedadlar Liseyinin müəllimləri Xədicə Babayeva və Nuranə Əliyeva “Beynəlxalq
məktəblərdə əcnəbi dildə təhsil alan şagirdlərə Azərbaycan dilinin tədrisi və
milli-mənəvi dəyərlərin aşılanması təcrübəsindən”, Cəmşid Naxçivanski adına
Hərbi Liseyin ingilis dili müəllimi Şəlalə Haqverdiyeva“Xarici dilin tədrisinin
səciyyəvi xüsusiyyətlərinin nəzərə alınması təcrübəsindən”, Bakı şəhəri 6
nömrəli məktəb – liseyin və 193 nömrəli tam orta məktəbin Riyaziyyat və
informatika müəllimi, AMEA-nın doktorantı Günay Hüseynzadə “Təhsildə müasir
innovasiyalar, yaradıcı yanaşma”, Bakı şəhəri Xətai rayonu 64 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi Gülşən Mustafayeva “Yeni texnologiyalardan
istifadə etməklə dərslərin qurulması təcrübəsindən”, Sumqayıt şəhər 26 nömrəli
tam orta məktəbin ingilis dili müəllimi Könül Qafarova “İngilis dilinin
tədrisində layihələrin hazırlanması və onların tədrisə tətbiqi
təcrübəsindən”mövzusunda çıxış etdilər.
Qeyd edək ki, Forum çərçivəsində istedadlı şagirdlərin yaradıcılıq işlərindən ibarət təşkil olunan sərgi iştirakçıların marağı ilə qarşılandı.
Qeyd edək ki, Forum çərçivəsində istedadlı şagirdlərin yaradıcılıq işlərindən ibarət təşkil olunan sərgi iştirakçıların marağı ilə qarşılandı.
Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqə Mərkəzi
"Təhsil və zaman"
qəzet 02.07.2016
No comments:
Post a Comment