Akademik
Eyyub Bəşirov-90
Akademik Eyyub Bəşirov - Roma Papasının
öz portretini hədiyyə etdiyi azərbaycanlı
Akademik Eyyub Bəşirov Azərbaycanda
heyvandarlığın inkişafında öz rolu olan tanınmış alimdir. Akademikin bir çox
elmi əsərlərindən, tədqiqatlarından həm ölkədə, həm də dünyada geniş istifadə
olunur.
Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirov gələn il 90 illiyi qeyd edəcək. Yubileyi ilə bağlı jurnalist Əfqan Məmmədovun "Azərbaycan və dünya aqrar elminin inkişaf tarixində akademik Eyyub Bəşirov yaradıcılığının rolu və əhəmiyyəti" məqaləsini ixtisarla "Ekspress"in oxucularına təqdim edirik.

Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində doğulmuşdur. Atası Balaməmməd kişi ailəsini halal zəhmətlə, heyvandarlıqla, əkinçiliklə, ovçuluqla, balıqçılıqla məşğul olmaqla dolandırırdı. Azərbaycan kəndlisinin dolanışığında heyvandarlığın xüsusi çəkisi həmişə böyük olub.
Balaməmməd kişi də təsərrüfat adamı kimi qoyun-keçi də saxlayırdı, camış-inək də. Bərəkət dolu süfrəsində camış südü, qatığı, yağı həmişə bol olardı. Balaməmməd kişinin ata-babaları əslən Şirvandan idilər. Babası Hacı Səməd Şeyx Hacı İsmayıl oğlu din xadimi və Şamaxının qazısı olub. Məlum Şamaxı zəlzələsindən (1859-cu il) sonra Hacı Səməd qohum-qardaşı ilə birgə köçüb Xolqarabucaqda məskunlaşıb.
Onu da qeyd edək ki, əvvəllər 1859-1900-cü illərdə Xolqarabucaq kəndi Camışçılar kəndi adlanırdı. Əhali camışçılıqla, balıqçılıqla məşğul olurdu. Camışçılıq bu bölgədə əsas təsərrüfat sahəsi kimi inkişaf tapıb. Bölgədə bu əsas zəmin üzərində də istər seleksiya damazlıq, istərsə də saxlama-bəsləmə, məhsul istehsalı baxımından özünəməxsus ənənələr yaranmışdır, elə indi də belədir.
1933-cü ildə Eyyub Bəşirov əmisi Məşədi Mirzə Heybət kişinin Xolqarabucaqda 1928-29-cu tədris ilində açdığı orta məktəbin birinci sinfinə gedir və 1942-ci ildə həmin məktəbin 9-cu sinfini bitirir.
Eyyub müəllimin erkən gənclik illərinin müharibə dövrünə düşməsi təhsilinin sürəkli davam etməsinə mane olur. O, atasının rəhbərlik etdiyi fermada müharibəyə getmiş çobanları əvəz edir, 1941-1943-cü illərdə İ. V. Stalin adına kolxozda çoban işləyir. 1943-cü illərdə Salyan rayonundakı Pedaqoji Texnikumda qiyabi təhsil alır. Elə həmin ildən 1945-ci ilin sentyabrınadək Xoltəzəkənd və Xolqarabucaq kənd məktəblərində müəllimlik edir.
Eyyub Bəşirov 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə qəbul olunur. 1947-ci ildə ikinci kursu başa vurduqdan sonra Eyyub Bəşirov əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının zootexnika fakültəsinin üçüncü kursuna köçürülür.
Akademiyanın iribuynuzlu heyvanlar, atçılıq və yemləmə kafedralarında təşkil edilmiş dərnəyin heç bir tədbirindən qalmırdı. O, burada elmi məruzələri, öz tədqiqatları, araşdırmaları ilə diqqəti cəlb edərək özünü perspektvli tələbə kimi göstərir. Akademiklər Nikolayev, Liskun, Popov, professorlar Vitt, Kislovski kimi müəllimlərin, dünya şöhrətli alimlərin böyük rəğbətini qazanır.
Hələ K.A.Timiryazev adına Akademiyada oxuyarkən Eyyub Bəşirovun elmi tədqiqat işlərinə, elmi həvəsini görən və ona böyük ümid bağlayan akademik Firuz Məlikov gənc tələbə ilə müntəzəm məktublaşır, lazımi tövsiyələrini, məsləhətlərini verirdi.
1950-ci ildə K.A.Timiryazev Akademiyasını uğurla bitirib alim-zootexnik adı alır və təyinatla Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutununa işə göndərilir. O, burada 1950-ci il aprel ayının 27-dən noyabrın 30-dək qoyunçuluq şöbəsində kiçik elmi işçi kimi çalışır.
Akademiyanı bitirən kimi də akademik Firuz Məlikov və professor Ağaxan Ağabəyli onu Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun qoyunçuluq şöbəsinə kiçik elmi işçi vəzifəsinə dəvət edirlər.
50-ci illərin əvvəllərində həmin
institutda, məhz həmin şöbədə, nəinki Azərbaycan, ümumən Qafqaz xalqlarının
heyvandarlıq, daha doğrusu qoyunçuluq sahəsində yeni səhifə açıldı. Akademik
Firuz Məlikovun rəhbərliyi və metodikası əsasında yeni yağlı quyruqlu,
yarımzərif, yarımqaba yunlu yeni cins qoyun qrupunun yaradılmasına başlanmışdı.
Eyyub Bəşirov da bu böyük elmi tarixi səhifənin başlanğıcından onun
iştirakçısı, yaradıcılarından biri oldu. O, kiçik elmi işçi kimi həmin mövzunun
cavabdeh icraçısı idi.
1950-ci ilin dekabrından E.Bəşirovun həyatında yeni bir mərhələ başlayır. O, Moskvada Ümumittifaq Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olur. 1951-ci ildən 1954-cü ilin fevralınadək əlaçı aspirant kimi burada oxuyur. Sovet dövrünün ən görkəmli alimlərindən biri Viktor Konstantinoviç Milovanovun rəhbərliyi altında "Azərbaycan camışının çoxaldılması biologiyası məsələləri" mövzusunda namizədlik dissertasiyasını yazır. 1954-cü ilin noyabrında dissertasiyanı uğurla müdafiə edib biologiya elmləri namizədi elmi dərəcəsini alır.
1954-cü ilin fevralından 1955-ci ilin aprelinədək Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işçi, şöbə müdiri, Kür-Araz (Sabirabad) təcrübə stansiyasının direktoru işləyir. 1954-cü ildə Kür-Araz təcrübə stansiyasında, 1956-cı ilin sentyabrında isə institutda kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması laboratoriyasını təşkil edir və ilk müdiri təyin olunur. 1959-cu ildə daha böyük vəzifəyə, institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilir. 1961-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru vəzifəsində çalışmağa başlayır. 1963-cü ildən elmi fəaliyyəti ilə bağlı öz xahişi ilə yenidən laboratoriya müdiri vəzifəsinə qayıdır.
Keçmiş sovet məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları (ilk təcrübələri) da burada aparılmışdır.
Eyyub müəllim 1989-1993-cü illərdə Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının nəzdində Moskva Mərkəzi Elmi-Tədqiqat Yemlərin Texnologiyası və Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi İnstitutunun Azərbaycan filialını təşkil edib və onun rəhbəri olub. Bu gün də həmin filiala ictimai əsaslarla rəhbərliyi davam etdirir.
***
Alimin yaradıcılıq coğrafiyası olduqca böyük bir ərazini - Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir. Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb, sanballı elmi nəticələr əldə edib. "Bəşirov metodu" məhz həmin fundamental tədqiqatların elmi nəticəsidir. Nədir bu "Bəşirov metodu"?
Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, bunların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. E.Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.
Qocaman akademikin heyvandarlığın inkişafındakı xidmətlərinə nəzər salaq. Hələ ötən əsrin yetmişinci illərində, ümumən, respublikamızın heyvandarlığında heç də birmənalı qarşılanmayan tendensiya yaranmışdı. Yerli inək cinsləri bəyənilmirdi, Rusiyadan, Pribaltikadan gətirilən cinslərə üstünlük verilirdi. Bu cinslər də yerli şəraitə çətin uyğunlaşırdı. Xəstələnmə, xüsusən də qızdırma ilə bağlı ölüm halları çoxalırdı. Məhsuldarlıq və balavermə aşağı düşürdü. Camışçılığa münasibət lap pis idi. Sanki yerli inək, camış cinslərinə qarşı səlib yürüşü aparılırdı. Fikir yaradılırdı ki, yerli cinslər, xüsusən də camış rentabelli deyil, məhsul istehsalı aşağıdır. Yeri gəldi-gəlmədi inəklərin yerinə ağır çəkili olduğundan camışlar kəsimə göndərilirdi. Camışa münasibət lap acınacaqlı vəziyyətə gəlib çıxmışdı. Hətta, o vaxtlar başda Azərbaycan KP MK-nin ikinci katibi Kozlov olmaqla, bir qrup məmur tərəfindən Respublika Kommunist Partiyası MK-nın bürosuna camışçılığın ləğvi barədə qərar layihəsinin çıxarılması da planlaşdırılmışdı. Bu isə təkcə yanlış fikir, düşünülməmiş addım deyildi. Bu, xalqımızın yüz illər boyu seçib yetişdirdiyi, zaman-zaman yeniləşdirdiyi, qoruyub saxladığı, bineyi-qədimdən yaradılmış heyvandarlıq ənənələrinə yönəlmiş bir qəsd idi. Ata-babalarımızın ən qədim dövrdən məşğul olduğu bir sahə, camışçılıq məhv edilmək təhlükəsi qarşısında idi. Bu məqamda mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaşlıq mövqeyi tutdular, iradə və qətiyyət göstərdilər.
Eyyub müəllim öz həmfikirləri, mərhum Arif Mustafayev, Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan heyvandarlığında camışın, camışçılığın yerini, çəkisini yaxşı bilən mütəxəssislərlə birgə bu qərəzli ideyanın gerçəkləşməsinə qarşı çıxdılar. Onlar həmin dövrdə respublikamıza rəhbərlik edən ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Müraciətdən sonra Ulu Öndər qərar layihəsinin büroda müzakirəyə çıxarılmasına belə yol vermədi. Ümumiyyətlə, bu məsələ birdəfəlik bağlandı. Haqq-ədalət öz yerini tapdı. Xalqımıza yönəlmiş böyük qəsdin qarşısı alındı.
1947-ci ildə biologiya elmində böyük əhəmiyyətə malik elmi kəşf olundu. Akademik V.K.Milovanovun elmi rəhbərliyi ilə professor İrina İvanovna Sokolovskaya və İqor Smirnov dovşan, buğa, qoç toxumlarının dondurulması və uzun müddət saxlanılması metodunu hazırladılar. Akademik Eyyub Bəşirov isə təqribən on il sonra, 1956-1957-ci illərdə də camış (kəl) toxumunun dondurulub uzun illər saxlanılması metodunu işlədi. Belə bir metodun işlənib hazırlanması, heyvanların daha sağlam, daha məhsuldar nəslinin alınmasına səbəb oldu.
Mühüm əhəmiyyətə malik belə tədqiqatlar Azərbaycanda da aparılırdı. Azərbaycan aqrar elmi məktəbi heç də Rusiya, Moskva elmi məktəbindən geri qalmırdı. 1959-cu ilin dekabrında Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyev və Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik Firuz Məlikov Eyyub Bəşirovun laboratoriyasına gələrək, alimin dondurulmuş kəl toxumunun tədqiqi (dondurulmanın metod texnologiyası) ilə tanış olmuş, alınan nəticələri isə möcüzə adlandırmışlar.
Eyyub Bəşirovun elmi yaradıcılığının əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı heyvanlarının yeni məhsuldar cinslərinin, hər cins üzrə damazlıq təsərrüfatlarının yaradılması, naxırların, sürülərin cins tərkibinin yaxşılaşdırılması, ölkəmizin təbii şəraitinə uyğun hibridlərin alınması və bunların ölkəmizin müxtəlif bölgələrinə yayılmasının təmin olunmasıdır. Buna ən bariz nümunə kimi, Azərbaycanın subtropik zonasında, Lerikdə, 1976-1978-ci illərdə "Sosialist Kubası" sovxozunda Kubadan yarımvəhşi zebuların gətirilib yerli şəraitə uyğünlaşdırılmasını, yerli zebu və digər qaramal cinsləri ilə çarpazlaşdırılaraq hibridlərin alınmasını, bunların respublikamızın 16 dağ rayonuna yayılmasını misal gətirmək olar. Bunun da əsasında yerlərdə hibridləşmə getmişdir. Bu hibridlərin keyfiyyəti barədə təkcə bir faktı qeyd etmək istərdik ki, onların erkəklərinin diri çəkisi 1500 kiloqrama çatırdı...
1961-ci ildə Hindistanda, Heydərabad şəhərində alimimizin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə "Mürrəh" cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləcək bu rekord cinsli heyvanlar son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə "Bolqar mürrəhi" cinsini yaradır. Öz yüksək məhsuldarlığı, yüksək keyfiyyətilə "Bolqar mürrəhi" bu gün də dünyada seçilir...
Həmçinin Eyyub Bəşirov görkəmli alimlərimiz, professorlar Ağaxan Ağabəyli, Abdulla Həşimov, Surxay Quliyev, İnqilab Hüseynovla birgə dünyada ilk ağ camış sürüsünü yaradıb.
Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Elə buna görə də həmin dövlətlərin başçıları alimimizin şəxsən özünə və sovet dövlətinin lideri Leonid Brejnevə dərin minnətdarlığını bildirirdilər...

İstər Çilinin o vaxtkı prezidenti
Salvador Alyendenin, istərsə də Əlcəzair prezidenti Huarı Bumedyanın
minnətdarlıq məktublarının arxasında Azərbaycan aliminin gərgin əməyi, bu
ölkələrin kənd təsərrüfatı sisteminin dirçəlməsinə, möhkəmləndirilməsinə
yönəlmiş elmi tədqiqatları, yazdığı elmi əsəri, həyata keçirdiyi əməli
tədbirləri dayanırdı. Çilinin o vaxtkı Prezidenti Salvador Alyendenin aşağıdakı
sözləri isə azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymətdir:
"Cənab Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli
elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir".
1964-cü ilin sentyabrın 6-dan 13-nə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirilir. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov "Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması" mövzusunda elmi məruzə etdi. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutdu və qızıl medala layiq görüldü.
Roma Papası VI Pavel şəxsən özü azərbaycanlı alimi böyük uğur münasibətilə təbrik etdi və öz portretini hədiyyə verdi. Bu uğur təkcə Eyyub Bəşirovun deyildi, bu həm də Azərbaycan aqrar elminin uğuru, ona verilən yüksək qiymət idi...
Eyyub müəllimin 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında da mühüm rol oynadı. Ölkədə damazlıq heyvandarlıq sistemi quruldu. Süni mayalama stansiyaları təşkil edildi. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırıldı. Müasir texnologiyalardan istifadə olunması, süni mayalamanın aparılması qısırlığı aradan qaldırdı. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş rekord göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. 1966-cı ilin yayında Fransanın kənd təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi-təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya - fransız süni mayalama texnologiyası yaradıldı. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.
1976-cı ildə Kubadan ölkəmizə 121 baş yarımvəhşi zebu gətirilir. Bu heyvanlar Lerikdə yerli şəraitə uyğunlaşdırılmalı, yerli iribuynuzlu heyvanlarla hibridləşdirilməli və respublikanın rayonlarında yayılmalı idi. Bu çətin, məsuliyyətli işin elmi rəhbərliyi Eyyub Bəşirova tapşırılır. Təkcə iki ölkə arasında iqlim şəraitini nəzərə alsaq, bu işin nə qədər problemli, çətin olduğu aydın görünər. Belə ki, oktyabr ayından aprel ayı bitənədək Lerikdə havanın temperaturu mənfi 13-dək aşağı enir. Bu dövrdə isə Kubada havalar çox isti keçir. Çoxsaylı belə problemlərə baxmayaraq, heyvanların gətirilməsindən 15 ay sonra 108 zebudan 78 bala alındı. Zebu buğalarının çəkisi 1000-1500 kiloqrama çatdırıldı. Hər zebudan gündə, yağlılığı 5 faiz olmaqla, 10 kiloqram süd sağılırdı. Genişmiqyaslı hibridləşmə aparılması məqsədilə Kuba zebularının buğaları respublikanın 16 dağlıq rayonuna yayıldı. Aparılan tədqiqatlar bir daha sübut etdi ki, respublikada ət və süd məhsulları istehsalının sürətlə artırılmasında zebu cinsi ilə hibridləşmənin aparılması böyük əhəmiyyətə, təkanverici rola malikdir.
1978-ci ilin aprelin 26-30-da Lerikdə aparılan işlərlə tanış olan Kuba diplomatı - o dövrdə bu ölkənin SSRİ-dəki səfiri olan Antonio Korsedo gördüklərinə inanmır. Məəttəl qalır, deyir ki, axı, necə ola bilər, bütün günü Kubada çöllərdə gəzən bu yarımvəhşi zebular tövlə-otlaq şəraitində bəslənilir, insanla mehriban davranır, qaçmır, sağılır, qaşovlanır, yemlənir, süni mayalandırılır.
Eyyub müəllim 1989-1993-cü illərdə Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının nəzdində Moskva Mərkəzi Elmi-Tədqiqat Yemlərin Texnologiyası və Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi İnstitutunun Azərbaycan filialını təşkil edib və onun rəhbəri olub. Bu gün də həmin filiala ictimai əsaslarla rəhbərliyi davam etdirir.
Qocaman akademik həm də Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə yanaşı, Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir. Səkkiz dil bilən Eyyub Bəşirovun elmi yaradıcılığı böyük, həm də zəngin irs kimi gələcək nəsillərə bir töhfə, əmanətdir. Əsrlər ötəcək, nəsillər dəyişəcək, xalqımız bu irsi qoruya-qoruya ondan bəhrələnəcək.

Əfqan MƏMMƏDOV
Ekspress.-2015.- 11 avqust.- S. 9;12.
Ekspress.-2015.- 11 avqust.- S. 9;12.
No comments:
Post a Comment