Oktyabrın
29-da Bakıdakı 32 nömrəli tam orta məktəbdə Gənclərin Elmi Araşdırmalarına Dəstək
İctimai (GEAD) Birliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi
ilə 2016-2017-ci tədris ilində Bakı şəhərinin beş məktəbində həyata keçirməyə başladığı
“Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi ictimaiyyətə təqdim
olundu. Təqdimat mərasimində GEAD-ın, digər Qeyri – Hökümət Təşkilatlarının, təhsil
sahəsi üzrə mütəxəssislər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi, məktəb
direktorları, layihənin iştirakçıları, müəllimlər, şagirdlər, valideynlər
iştirak edirdilər.
Təqdimat mərasimində layihənin ideya müəllifi və rəhbəri Abdulla Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Təhsil nazirliyinə, GEAD təşkilatına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə layihənin pilot şəklində tətbiqinə dəstək verdikləri üçün minnətdarlığını bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində yaşı 5-dən yuxarı uşaqlara sadə formada proqramlaşdırmanın əsasları tədris edilməyə başlanacaq. Aşağı yaşlı uşaqlar əvvəlcə SCRATCHjr, daha sonra isə SCRATCH 2.0 proqramlaşdırma dillərini öyrənəcəklər. İbtidai sinfi bitirdikdən sonra isə onlara RYTHON proqramlaşdırma dili öyrədiləcək.
Təqdimat mərasimində layihənin ideya müəllifi və rəhbəri Abdulla Qəhrəmanov layihə haqqında ətraflı məlumat verdi. Təhsil nazirliyinə, GEAD təşkilatına və Bakı şəhəri üzrə Təhsil İdarəsinə layihənin pilot şəklində tətbiqinə dəstək verdikləri üçün minnətdarlığını bildirdi. Qeyd etdi ki, layihə çərçivəsində yaşı 5-dən yuxarı uşaqlara sadə formada proqramlaşdırmanın əsasları tədris edilməyə başlanacaq. Aşağı yaşlı uşaqlar əvvəlcə SCRATCHjr, daha sonra isə SCRATCH 2.0 proqramlaşdırma dillərini öyrənəcəklər. İbtidai sinfi bitirdikdən sonra isə onlara RYTHON proqramlaşdırma dili öyrədiləcək.
Abdulla Qəhrəmanov layihənin məqsədlərindən bəhs edərək vurğuladı ki, onlar proqramlaşdırmanı hamı üçün əlçatan etməklə insanların proqramlaşdırma haqqında təsəvvürlərini dəyişməyi hədəfləyirlər. Burada məqsəd proqramçı ştamplamaq yox, proqramçı təfəkkürlü şəxsiyyətlər yetişdirməkdir. Bu düşüncə tərzi özündə üç elementi birləşdirir: riyazi, mühəndis və təbiət elmləri düşüncə tərzi...
Abdulla Qəhrəmanov təqdimat iştirakçılarının diqqətinə çatdırdı ki, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ümumi vəzifələr müəyyən olunmuşdur. Bunlar zəruri proqram təminatının seçilməsi, layihənin icrası üçün pilot məktəblərin müəyyənləşdirilməsi, layihədə iştirak edəcək təlimçilərin seçilməsi və kadr hazırlığının aparılması, pilot tədris müəssisələrində kompüterlərin proqram təminatının təşkilindən ibarətdir.
Layihədən gözlənilən nəticələrdən bəhs edən A.Qəhrəmanov bildirdi ki, layihənin icrasının yekununda informatika fənninin tədrisində istifadəçi yönümlü yanaşmadan alqoritmləşdirmə və proqramlaşdırmayönümlü yanaşmaya keçiləcəkdir. Orta ümumtəhsil məktəblərində proqramlaşdırmanın tədrisinə daha aşağı siniflərdən (1-ci sinif) başlanmasını təmin edərək, məzun olan şagirdlərin proqramçı təfəkkürə sahib olmaları təmin ediləcək; zəruri proqramların tədrisini təmin etməklə informatika fənni üzrə beynəlxalq olimpiadalarda uğurlu nəticələrin əldə edilməsinə nail olunacaq; informatika müəllimləri proqramlaşdırma sahəsində müasir biliklərə yiyələnəcək və bu sahədə ixtisaslı kadrlar yetişdiriləcəkdir. A.Qəhrəmanov daha sonra vurğuladı ki, layihənin tətbiqi sayəsində orta ümumtəhsil məktəblərində informatika fənninə yanaşma tərzi dəyişdirilərək daha üstün dərəcəli fənn kimi tədrisinə nail olunacaq, proqramçı təfəkkürlü şəxsiyyətlər yetişdirməklə digər intellektual bacarıqların inkişafına dəstək veriləcəkdir.
A.Qəhrəmanovun təqdimatından bəlli oldu ki, layihənin icrası bir neçə istiqamətdə (yaş qrupu üzrə) həyata keçiriləcək. 5-7 yaş (uşaq bağçası və birinci sinif) – ScratchJr proqramlaşdırma dili, 7-10 yaş (2-4-cü siniflər) Scratch 2.0 proqramlaşdırma dili, 10 yaş və daha çox yaş qrupu üzrə şagirdlər (5-11-ci siniflər) Python proqramlaşdırma dilini öyrənəcəkdir.
Təqdimat mərasimində daha sonra çıxış edənlər layihənin əhəmiyyətindən, şagirdlərin məntiqi təfəkkürünün inkişafında onun oynayacağı roldan, uşaq və gənclərin informasiya-kommunikasiya texnologiyalarından daha səmərəli istifadələrinə yol açacağından və s. dən bəhs etdilər. A.Qəhrəmanov iştirakçıların çoxsaylı suallarını cavablandırdı.
“Təhsil və zaman”
10.11.2016.
No comments:
Post a Comment