“Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən iyunda paytaxtın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək”. Lent.az-ın məlumatına görə, bunu BŞTİ müdirinin birinci müavini vəzifəsini icra edən Elnur Əliyev bildirib. O qeyd edib ki, sınaq qiymətləndrilməsi 3 istiqamətdə -
5.14.2014
5.13.2014
YENİYETMƏLƏRİN ƏXLAQ TƏRBİYƏSİNDƏ MÜTALİƏNİN ROLU
Hələ XIII əsrdə ustad Yunus Əmrə deyirdi ki, ELM – ÖZÜNÜ BİLMƏKDİR. Bu ifadənin çox dərin mənası var. Axı elm öyrənmək təkcə qrammatik qaydaları bilmək, hesablama aparmaq, təbiət qanunlarına bələd olmaq, yaxud tarixi araşdırmaq deyil. Bəli, bunları bilmək vacibdir, lakin elmin təkcə bundan ibarət olduğunu düşünənlər yanılırlar. İnsan – özü bir elmdir. Dünyadakı bütün insanlar biri-birilərinə bənzədikləri qədər də fərqlənirlər. Hər insan bir yeni dünyadır, bir yeni elmdir və kəşf edilməsini gözləyir. Bu dünyanın öz qanunauyğunluqları, xüsusiyyətləri var. Lakin başqa “dünya”ları öyrənməzdən qabaq hər kəs ən əvvəl özünü – iç dünyasını tanımalıdır. Buna kiçik yaşlardan başlamaq məsləhətdir. İnsanı öyrənməyin yolu isə kitablardan keçir.
Tərbiyənin təməli qoyulandan uşaqlarda kitaba, ədəbiyyata maraq oyatmaq lazımdır. Bəzi valideynlər, təəssüf ki, uşaqlarla vaxt keçirməkdən, ünsiyyətdə olmaqdan qaçır, onlara saatlarla televizor, telefon və kompyuterlə vaxt keçirməyə icazə verirlər. Can qurtaran bu üsulla övladlarına əslində pislik etdiklərinin fərqinə varmırlar.
Təhsil Nazirliyi təsirli tədbirlər həyata keçirir
Təhsilin uğurları
|
Hər bir iş sahəsində uğurlu başlanğıc davamlı prosesə çevrilərsə, səmərəli nəticə ilə yekunlaşır və yeni perspektivlərin müəyyənləşməsinə kömək edir. Ötən bir il ərzində yeniləşmə həyata keçirilən təhsil sahəsində də izi görünən başlanğıcın davamlı prosesə çevrilməsinə səy edildiyi açıq duyulmaqdadır.
Məndən soruşurlar ki, Təhsil Nazirliyinin son birillik fəaliyyətində yeniləşən nələri görürsünüz? Öncə qeyd etmək istərdim ki, bir-biri ilə əlaqəli 2 cəhət diqqətimi çəkir:
- Təhsil naziri Mikayıl Cabbarovun ölkə Prezidenti cənab İlham Əliyevin göstəriş və tələblərinə dönmədən əməl etmə səyi;
- Layihələndirmə və əməli işlərdə bu tələbləri reallaşdırma cəhdi.
Təhsilə dövlət dəstəyi, Prezident qayğısı, Heydər Əliyev Fondunun, digər müvafiq nazirlik və qurumların təhsilin yüksələn xətt üzrə inkişafına təkan verməsi sahəsində fəallıqlarının sistemli və kompleks xarakteri güclənmişdir.
|
5.12.2014
Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulmuşdur.
Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılsın.
|
5.10.2014
HEYDƏR ƏLİYEV---91
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
5.09.2014
Həqiqətdən naxış hörən müəllim
...Cəmi bir neçə dəqiqə kifayət etdi ki, Şəcahan müəllimin 4-cü “d” sinfində yaratdığı qeyri-adi təlim mühitinin xoş aurası məni ağuşuna alsın. Və məndə belə bir fikir yaransın ki, Xarici Dillər Təmayüllü Gimnaziyazının bu kiçik bir guşəsində 30 nəfərə yaxın şagirdin sevimli müəllimləri ilə yaratdıqları qeyri-adi bir aləmə səyahət etmişəm. Bəs diqqətimi cəlb edən qeyri-adilik nədə idi? Şəcahan müəllim sinifdə buna necə nail olur? Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, müəllimin sinifdə yaratdığı mühit şagirdin təxəyyül imkanlarını hərəkətə gətirməyə, onun bacarıqlarını ümumiləşdirib konkret istiqamətə yönəltməyə hesablanmışdı. Sinifdə birinci dərs “Azərbaycan dili”ndən “”Lalə və Məryəm” mövzusu idi. Bu mövzunun incəliklərində xeyirxahlıq, sevgi, mənəvi sağlamlıq, psixoloji hazırlıq dayanırdı. Müəllim mövzunun verdiyi imkanlar və özünün ustalıqla yanaşması sayəsində uşaqları xeyirxahlıq duyğuları üzərində düşünməyə səsləyirdi. Xeyirxalıq hissi orta ümumtəhsil məktəblərinin birinci sinfindən uşaqlara aşılanmaqla onların mənəvi aləminin formlaşmasında mühüm təsirə malikdir. Amma mövzunun dərslikdə yer alması hələ işin hamısı demək deyil. Şəcahan Ramazanova mühüm mənəvi təsirə malik mövzuların tədrisini həyat həqiqətləri ilə əlqələli şəkildə öyrətməklə, şagird qəlbinin incəliklərinə
həqiqətdən naxış vurmağı bacaran müəllimdir. O, dərsdə elə bir şərait yaradır ki, şagird sanki dərsdə deyil, mövzuda hadisələrin cərəyan etdiyi həyatın özündədir. Bu hadisələr sanki onun öz ətrafında baş verir. Və şagird burada əsas simadır. Hadisələrin gedişini öz əlində saxlamağı, ona nəzarət etməyi bacarır. O, mövzu ətrafında qoyulan suallarla, tutaq ki, təkcə xeyirxahlıq duyğularını yetirmələrinin düşüncəsinə həkk etməklə kifayətlənmir, eyni zamanda, bu hisslərin elə dərsdəcə onların simasında meydana çıxarılmasına nail olur. Axı, ətrafda olan hər bir varlığın xeyirxahlığa, mənəvi dəstəyə ehtiyacı var. Xeyirxahlıq ən dəyərli mənəvi keyfiyyətdir.5.08.2014
RUHUMU DİLLƏNDİRƏN ŞEİRLƏR VƏ YA NAMİQ HACIHEYDƏRLİ POEZİYASI HAQQINDA DÜŞÜNCƏLƏRİM...
…Onun şeirləri daxili yaşantılarının, ruhi-mənəvi dünyasının sonsuzluğundan soraq verir. Onlar nə qədər sonsuzdurlarsa, şeirlərdə duyduğum məna rəngləri də elə sonsuzdur.
…Onun şeirləri böyük bir qövmün ruhunu ehtiva edir. Göy Tanrının cismimizə üfürdüyü ruhu.
…Onun şeirləri Tanrının nəfəsi ilə isinən göy tarla misallıdır. Eşq istisi ilə cücərən tarla.
…Onun şeirləri yerlə göy arasında İnsan adlı bir sirrin göylərə ucalan sədasıdır, səsidir.
…Onun şeirləri İnsan adlı bir sirrin Dünya adlı bir sirrin içində oduğunu deyil, DÜNYA adlı bir sirrin İnsan adlı bir sirrin içində olduğunu bəyan edir.
…Onun şeirləri Tanrının nəfəsi ilə isinən göy tarla misallıdır. Eşq istisi ilə cücərən tarla.
…Onun şeirləri yerlə göy arasında İnsan adlı bir sirrin göylərə ucalan sədasıdır, səsidir.
…Onun şeirləri İnsan adlı bir sirrin Dünya adlı bir sirrin içində oduğunu deyil, DÜNYA adlı bir sirrin İnsan adlı bir sirrin içində olduğunu bəyan edir.
…Onun şeirlərindəki Eşq Tanrıya tapınıb özünü ruhda tapan Eşqdir. … Onun misralarında inanırsan ki, içində tapdığın İlahi Eşq “Yeri titrədər, işığı şeytanın şərini dağıdar “.
Bu Eşq bütün var-dövləti, ləl-cəvahiratı yandırıb kül etmək qüdrətindədir.
Subscribe to:
Posts (Atom)



