Bu gün cəmiyyəti narahat edən ən aktual mövzulardan biri də mənim fikimcə ailə və məişət problemidir.Gündəlik həyatımızda bu problemlə tez-tez qarşılaşırıq. Bu gün tez-tez rast gəlinən ailələrin dağılmasına, ailə faciələrinə səbəb nədir? Bunu yaradan səbəblər çoxdur:ailədə hüquqların qorunub saxlanılmaması, qadın - kişi münasibətləri, ailənin sevgi üzərində qurulmaması, ailə başçısının sosial və maddi vəziyyətə görə digər ölkələrə üz tutması və.s. Bütün bunlar ailənin dağılmasına gətirib çıxardır. Ailənin cəmiyyətdə rolu böyükdür.
Ailə nədir? Ailə özü kiçik cəmiyyətdir. Ailəni bir-birinə bağlayan bağlar var.Bu bağlar ümumi məişət, ümumi məsuliyyət hissi və s.dən ibarətdir. Ailənin qazancı təlabatını ödəməlidir.Unutmaq olmaz ki ailə birinci məktəbdir. Sağlam ailə quraq ki, cəmiyyətə lazım olan sağlam insanları yetişdirə bilək. Bəs sağlam ailə necə olmalıdır? Sağlam ailədə ailə üzvlərinin rolu nədən ibarətdir? Burada atanın, ananın, uşaqların, bir sözlə hər kəsin öz yeri var.Ata ailənin çörək ağacıdır, əxlaq dirəyidir, ailənin qoruyucusudur. Ananın rolu daha çoxdur. Ana ocağın qoruyucusu, nəslin davamçısı, uşaqların tərbiyəçisi, evin xanımıdır. Ananın zəhməti heç bir sözlə müqayisə edib qurtarmaq olmaz. Burada sevimli peyğənbərimizin kəlamı yada düşür "Cənnət anaların ayağı altındadır”. Ata və ana öz uşaqlarının birinci tərbiyəçiləridir. Uşaqlar ilk öncə öz valideyinlərinə oxşamağa çalışırlar. ”Uşaq ailənin güzgüsüdür”. Uşaqlar öz valideyinlərinin davranışlarını müşahidə edir, həmçinin ətraf mühiti qiymətləndirməyi və öyrənməyi onlardan əxz edirlər. Vaildeyinlər nəinki tərbiyə edir, həm də emosional məsuliyət daşıyırlar. Ailənin hər bir üzvü burda bütün problemlərini, kədərlərini unutmalı və bir-birinə sevgilərini və hörmətlərini nümayiş etirməlidirlər və bundan sevinc hiss etməli, zövq almalıdırlar. Ailə üzvləri ailədə öz problemlərini bir-birləri ilə bölüşməyi bacarmalıdırlar. Ailədə uşaqların hüquqlarını qorumaq və onların borclarını başa salmaq lazımdır. Burada çinli bir müdrükün sözləri yada düşür "Uşaqlarınıza elə münasibət bəsləyin ki, elə bil əlinizdə quş saxlayırsınız. Çox bərk sıxsanız ölə bilər və çox azad buraxsanız uçub gedər”. F.Sidni deyir: "Nigah hərbi strategiya kimidir. Bir dəfə buraxılan səhvi bir daha düzəltmək mümkün olmur”.
Həyatda üç şeyi insan özü seçməlidir:birinci, dostunu, ikinci, sənətini və üçüncü, həyat yoldaşını.Belə bir söz var deyir: "yanının yoldaşına bax özünə qiymət ver”. Elə dost seç ki, sənə şərəf gətirsin. İnsan öz sevdiyi sənəti seçməlidir ki, o sahədə özünü təsdiqləyə bilsin. Nəhayət ən əsası insan öz ürəyinə yatan insanla ailə həyatı qurmalıdır. Ailənin dağılma səbəbinin biri də başqasının məsləhəti ilə ailə qurulmasıdır. Bəzən valideyinlərin öz uşaqlarını həddən artıq qorumaq istəyi müəyyən mənfi faktırlara gətirib çıxarır. Bu, bizim uşaqlarımızı çox sevdiyimizdən irəli gəlir. Beləliklə, onları azadlıqdan məhrum etməklə daha da köməksiz edirik. Bu cür insanlar özləri heç bir qərar verə bilmir. İradəsiz və qorxaq olurlar.(Bu bizə lazımdırmı?). Belə kişiləri qadınlar xoşlamır və bu cür qadınlar kişilərçün maraqsız olurlar. (nəticəsi yenə boşanma)
Biz insanlar fiziki sağlamlığımıza fikir verməliyik ki, sağlam ailəyə, övladlara sahib olaq. Çünkü məlumdur ki, boşanma səbəbindən biri də sonsuzluqdur. Bütün bunlardan əlavə insan öz orqanizminin təlabatına görə qidalandığı kimi, daim ruhunu da qidalandırmalıdır, yəni öz şəxsi keyffiyətlərini inkişaf etdirməlidir. Ən azından özü-özünü tanımalıdır ki, digərlərini və ətraf mühüti qiymətləndirə bilsin. Ancaq insanlar hamısı eyni ola bilməz. Biri güclü, iradəli digəri isə zəif, iradəsiz olur.
Sağlam cəmiyyətin qurulması üçün hər birimiz çalışmalıyıq. Öz adət ənənələrimizi, milli keyfiyətlərimizi unutmamaq şərti ilə. Unutmayaq ki, bizim övladlarımıza verə biləcəyimiz ən qiymətli miras - gözəl əxlaq, möhkəm bir xarakterdir. Bunun da yolu keyfiyyətli bir təhsildən keçir.
Təranə BƏDƏLOVA,
İsmayıllı rayonu İ.Həsənov adına 1 saylı tam orta məktəbinin rus bölməsinin tarix müəllimi.
No comments:
Post a Comment