Bu “İşıq” sönən işıqlardan deyil...
Yurdumuzun dəyərli aydınlarından biri Böyükağa Mikayıllının bir neçə illik zəhmətinin, gərəkli araşdırmalarının sonucu olan kitabı “İşıq” adlanır. Kitab işıq haqqındadır. Ancaq bu, fizikadan öyrəndiyimiz elektromaqnit şüalanmasının nəticəsi olan işıq deyil. Bu işıq zaman olaraq qərinələri, yüzilləri, məkan olaraq bütöv bir yurdun sınırlarını aşa biləcək İşıq - İnsan haqqındadır; Çağımızın ən böyük aydınlarından biri Əjdər Ağayev haqqında. Kimdir Əjdər Ağayev?! Bax, bu suala cavab verməyəcəm. Nədəni bu ki, Əjdər Ağayev kimliyini açmaq, onu bütün mənəvi varlığının ölçüləri və böyüklüyünün dəyər miqyası ilə olduğu kimi təqdim etməyə nə qüdrətim, nə də iddiam var. Sadəcə, Əjdər Ağayevin uca millətimizin son yüzilliklərdə yetirmiş olduğu Firudin Bəy Köçərli, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyli, Mehdi Mehdizadə, Mərdan Muradxanov... və digər bu kimi fəaliyyət istiqaməti bir sahə ilə məhdudlaşmayan, bir çox digər sahələrdə də silinməz iz qoymuş Böyüklərdən olduğunu bilirəm. Böyükağa Mikayıllı Əjdər müəllimi təqdim etmək, onun böyük ömrünü kitablaşdırmaq kimi çox məsuliyyətli bir işə başlayıb. Böyükağa kitabı neçə səhifə, neçə cild
yazmağı düşünüb bilmirəm, ancaq “İşıq”la tanışlıqdan sonra bu kitabın bitməyəcəyinə zaman-zaman davamının olacağına əmin oldum. Bir kitab hazırdı, ancaq sonda fikrini tamamlaya bilməyib bu haqda “ikinci kitabda bəhs edəcəyik” – deyir. İkinci kitab da, üçüncü kitab da bitəcək, lakin yenə müəllif “bu haqda növbəti kitabda” – deyə oxucuya müraciət edəcək. Kitabla tanışlıqdan sonra Əjdər Ağayev Ömrünün kitaba və kitablara sığmayacaq ömür olduğunu qətiləşdirdim. Kitabın üstünlüklərindən biri və Böyükağanın araşdırmaçı-yazar olaraq məharəti ondadır ki, o sadəcə Əjdər Ağayev haqqında danışmaqla, bir aydını izləməklə kifayətlənməyib. O Əjdər Ağayevi az qala pedaqogikanın son yüzillik tarixi fonunda təqdim edir. Kitabda məqamı gəldikcə Əli Bəy Hüseynzadənin, Tofiq Fikrətin, Fərhad Ağazadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin,
Abdulla Şaiqin, Mikayıl Rəfilinin, Nəcəf Bəy Vəzirovun, Heydər Hüseynovun, İsmayıl Şıxlının, Xəlil Rza Ulutürkün, Mirzə İbrahimovun, dünya pedaqoji fikir tarixində önəmli yeri olan Makarenkonun, Suxomlinskinin, Uşinskinin, Türkün mənəvi abidələri “Dədə Qorqud”un, “Gilqamış”ın, “Manas”ın, Bakıda nəşr olunan “Azərbaycan məktəbi” dərgisindən tutmuş Moskvada nəşr olunan “Sovetskaya pedaqogika”, “Vospitaniya şkolnikov”, Özbəkistanda nəşr olunan “Sovet maktabi” dərgilərinə qədər... adların çəkilməsi bu kitabı gələcək nəsillər üçün ensiklopedik pedqoji qaynaq səviyyəsinə yüksəldir. Bütün bu adlar adı kitabda çəkilmək xatirinə deyil, zamanın mükəmməl pedaqoji panoramasını yaratmağa, gələcək oxucuda qaranlıq məqama yer qoymamağa xidmət edir. Yazar-araşdırmaçı kitabda mövzu və prosesləri bir-biri ilə o qədər vəhdətdə təqdim edib ki, əyər bu kitabdan hər hansı bir səhifəni və ya abzası ixtisar etsək ümumi harmoniya pozulacaq.
Kitabda diqqət çəkən uğurlardan biri də əsər boyu müdrik deyimlərdən istifadə olunmasıdır. Burada müdrik ifadələrin işlənməsi təsadüfi deyil, yazar-araşdırmaçının ustalıqla yarada bildiyi məqamlardan doğur. Elə kitabın başlanğıcında “İşığa çatmaq istəyənlər özləri də bir işıqdır” – kimi deyimi oxucuda maraq yaradır. Bu deyim istər-istəməz kitabın davamını oxumağa nədən olur. Az sonra oxucu “Bizim qəlbimizi işıqlandırmağı bacaranlar bizdən güclüdür” – kəlamı ilə qarşılaşır. Bu məqamda oxucu düşünür, işığa can atır, işığın mahiyyətinə varmağa çalışır. Az sonra “İnsan arzularına nə qədər gec qovuşursa, özünü bir o qədər yaxşı tanıyır”- söz-xəzinəsilə üz-üzə gələn oxucu özünü möcüzələr aləmində səyahət edən yolçu kimi hiss edir. Sanki, yazar oxucunu kənardan izləyir, onun nə düşündüyünü bilir və məqamı gəldikcə uzun illik təcrübənin nəticəsi olan gerçəkliyi – müdrik deyimi oxucunun gözləri qarşısına ötürür. Sıradan oxucuda özünü tanıma instinkti baş qaldırır. Və özünü, məqamını, həyat qayəsini düşünür. Az sonra yazar tərəddüd içində olan oxucunun hayına çatır: “İstedadın parlaması üçün mühit lazımdır. Amma mühitin özünə də istedad lazımdır. Əgər istedad özünə mühit tapmasa, mühit özü onu tapacaqdır”. Artıq, oxucu yazarın düşüncələrinin, və düşündüklərini zamanüstü, (sıradan) oxucuüstü təqdim etmə ustalığının təsiri altındadır. Bu anlamda əsərin tənqidlərə məruz qalacağı şübhəsizdir. Zamanüstü əsərlər zamanında birmənalı qarşılanmır da ondan. (Kitabın zamanüstü aydın haqqında yazıldığını gözardı etməməli) Böyükağa bu əsərlə həm də gələcəkdə Əjdər müəllim haqqında yazacaq insanların işini çətinləşdirib. Artıq, qarşıda Böyükağanın yazmış olduğu “İşıq” örnəyi var. “İşıq”sa ilk andaca gələcək yazar-araşdırmaçıların qarşısına şərtlə çıxır; “Ya Əjdər müəllim haqqında “İşıq”la bir səviyyədə duracaq kitab yazmalı, ya da bu işə girişməkdən vaz keçməlisən”...
Əsərin coğrafiyası çox genişdir. Biz qəhrəmanı gah ucqar bir kənddə müəllim, gah yurdumuzun başkəndində araşdırmaçı -yazar, gah da ucsuz-bucaqsız Türküstan çöllərində müdrik türk ağsaqqalı ilə Tenqridən, Boz Qurddan, “Altay Tufan”, “Ay-Atam”, “Yaratılış” əfsanəsindən “Bozkurd” “Ergənəkon”, “Köç”, “Şu”, “Törəyiş”
dastanından danışan, qocanın dilindən “Alp Ər Tunqa öldümü” ağısını dinləyən görürük. Bu Əjdər müəllimin gerçək obrazıdır. Məhz Əjdər müəllim kimi miqyası geniş millət aydınları Alp Ər Tunqanın ölümünə kədərlənər, “Zərdüştün pərvəriş tapdığı Muğan torpağında” dərin düşüncələrə qərq olar, “Tanrının nəfəsi ilə isinən Asiya çöllərində” müdrik qoca ilə saatlarla əcdadların yandırdığı məşəli “daha gur alovlandırmaq” qayğısından söz aça bilər.
Pedaqoji sahədə çalışan insanların gözəl bildiyi kimi Pedaqogika çoxşaxəli sahədir. Misal üçün pedaqogika tarixi (müxtəlif tarixi dövrlərdə və müxtəlif ölkələrdə pedaqogika nəzəriyyəsi və təcrübəsinin inkişafını öyrənir), xalq pedaqogikası ( xalqların şifahi yaradıcılığında təlim-tərbiyə məsələlərini tədqiq edir), müqayisəli pedaqogika (müxtəlif ölkələrin pedaqoji nəzəriyyəsi və təcrübəsini müqayisəli şəkildə öyrənir), metodika və ya xüsusi didaktika (ayrı-ayrı fənlərin tədrisində ümumi didaktik qanunauyğunluqların tətbiqi xüsusiyyətlərini öyrənir), ailə pedaqogikası (ailədə tərbiyə məsələlərini tədqiq edir), əlahiddə pedaqogika (orqanizmdə ciddi pozuntuları olan uşaq və gənclərin təlim-tərbiyə xüsusiyyətlərini öyrənir), məktəb pedaqogikası (məktəb pedaqogikasının özünün bir sıra istiqamətləri vardır: tərbiyə nəzəriyyəsi, təlim və təhsil nəzəriyyəsi (didaktika), məktəbşünaslıq, təhsil və tərbiyə fəlsəfəsi...) və digər. Pedaqogika ilə məşğul olan alimlər bu elmin konkret bir sahəsini tədqiq edir və bu sahə üzrə dissertasiya müdafiə edir. Ancaq, Böyükağanın araşdırmasından və təqdimatından aydınlaşır ki, bu fikirləri Əjdər müəllim kimi üfiqigeniş aydınlara aid etmək olmaz. Əjdər müəllim nəinki pedaqogikanın bütün sahələrində, eləcə də ədəbiyyatımızın, publisistikamızın, jurnalistikamızın tarixinə uğurla imza atmış böyük millət aydınlarından biridir. Məncə, Böyükağa Əjdər müəllimin çoxşaxəli fəaliyyətini və keçdiyi zəngin həyat yolunu kompleks şəkildə uğurla təqdim edə, kitabın birinci bölümündə oxucusuna demək istədiyini deyə bilmişdir.
Dəyərli araşdırmaçı – yazar, əziz dostum Böyükağa Mikayıllıya Əjdər müəllim haqqında demək istədiklərini sonacan - haqqında yazdığı böyük aydının kimliyinə layiq durumda - təqdim edə bilməsi üçün uğurlar diləyir və kitabın növbəti bölümünü səbirsizliklə gözlədiyimi ifadə etmək istəyirəm.
Sayğılarımla;
Namiq Hacıheydərli
Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri

No comments:
Post a Comment