Hər bir dərs bir
aləmdir
Bu günlərdə Göyçay
rayonu H.R.Əfəndi adına Qaraman kənd tam orta məktəbin V sinfində “Domestic
animals” mövzusunda interaktiv təlim üsulu və IKT-dən geniş isdifadə edərək
açıq dərs keçirdim. Dərsdə məktəbin direktoru M.İsmayılova, direktor müavini
V.Məmmədov, rayon Təhsil Şöbəsinin metodistləri Kəbirə Həbibova, Afaq xanım,
Sülh Korpusunun nümayəndəsi Sally Regan, rayonun digər məktəblərinin
direktorları, dil-ədəbiyyat, riyaziyyat, sinif müəllimləri iştirak etdilər.
Şagirdlərlə salamlaşdıqdan sonra yeni dərsə başladım, slaydda heyvan şəkilləri
nümayiş etdirib sinfə belə bir sualla müraciət etdim: “What do you think about
when you see this pictures?”
Şagirdlər yeni dərsimizin nə haqqında olacağını
bildirdilər. Sinfə belə suallar ünvanladım: 1. Do you like animals? 2. Do you have pets? 3. What kind of animals do you
have? 4.Where do domestic animals live? Suallara dolğun və düzgun cavab
aldıqdan sonra tədqiqat sualına keçirik. “Why do we call them domestic animals”
Cavidan, Xanım, Yaqut, Elnarə, Nurlan, Lamiyyə sualı geniş şəkilldə
cavablandırdılar. Heyvanların bizə nə kimi xeyri olmasından danışdılar. Sonra
şagirdləri 2 qrupa bölürəm: “Wild animals” və “Domestic animals”. Qrupun birinə
Write about animals where do they live? and what do they eat? tapşırığını və o
birinə Write smilarities and differences between domestic and wild animals
tapşırığını verirəm. Hər iki qrup fəal işləyir və təqdimatların aydın şəkildə
təqdim edirlər. Hər 2 qrupun fikirlərin öyrəndikdən sonra, müzakirədə belə
suallar verirəm. 1. What kind of animals did we learn? 2. What kind of domestic
animals did we learn? 3. What kind of wild animals did we learn? 4. What are
your favourite animals? Müzakirədə demək olar kı, bütün sinif iştirak etdi.
Sonra oxu bacarığını inkişaf etdirmək üçün şagirdlərimə hazırladığım mətni
verirəm və mətni başa düşmələrini bilmək üçün doğru cümlələri tapmalarını
tapşırıram. Burda da Ayşən, Lalə, Gülgəz, Cavidan, Yaqut fəal iştirak edirlər.
Mətindən sonra şagirdlərə video təqdim edirəm və buraxılmış sözləri dinləyərək
tapırlar. Bu fəaliyyətdə də şagirdlər aktiv iştirak edirlər. Dinləmədən sonra
Nurlan və Elnarə arasında dialoq oldu. Şagirdlərin biri “Mr Lion” digəri isə
“Mrs Cow” olur və hər iki növ heyvanların bizə olan faydalarından danışırlar.
Bütün heyvanları sevməli və qayğılarına qalmalı olduqlarını söyləyirlər. Sonra
şagirdlərlə heyvanlara aid krossvord oyunu keçirdik. Bu oyunda da şagirdlərin
fəallığı hamının diqqətini cəlb etdi. Qiymətləndirməni aşağıdakı kimi apardım.
Qroups Canons Wild animals Domestic animals To express a clear opinion
Creativity Presentation Cooperation
Evdə “My favourite animal” mövzusunda esse yazmağı
tapşırıram. Dərsimizi heyvanlara aid mahnı ilə yekunlaşdırdıq. Mahnı hər bir
kəsə yüksək əhval-ruhiyyə bəxş etdi.
Gövhər ABBASLI,
Göyçay rayon Qaraman kənd tam orta məktəbin müəllimi
No comments:
Post a Comment