Elmi düşüncənin yaşaması üçün zaman süzgəcindən keçməsi əsas şərtdir...
Tusinin kitabxanasında üç pəncərə var idi. Üç tərəfdən otağa günəş işığı sanki bir hikmət kimi süzülürdü. Gündüzlər hər bir pəncərədən divar boyunca düzülmüş kitabların üzərinə şəfəq saçırdı. Gecələr isə otağı şam işığı aydınladırdı. Döşəməyə üzəri buta naxışlı palaz salınmışdı. Qədmi əlyazmaların düzüldüyü rəf kitabxananın baş tərəfində idi. Yan rəflərə nisbətən müasir dövrün kitabları və Tusinin öz əsərləri düzülmüşdü. Əjdər onları müşahidə edərkən içində hiss edirdi ki, hər bir əsər elə bil ki, ona Tusinin gözləri ilə baxır. Hər bir əlyazma müəllifinin ruhu elə bil ki, otaqda dolaşır. Əjdər kəndlərindəki kiçik, amma zəngin kitabxananı xatırladı. Yadındaydı tez-tez kitabxanaya gedərdi.
Kitabxanada həmişə sakitlik olardı. Əjdər kənd kitabxanasının taxta pilləkənlərini qalxıb otağa astaca daxil olardı. Pıçıltı ilə salamlaşardı. Kitabxanaçı qadın da Əjdərin salamını sakitcə cavablandırardı. Baxışlar hər şeyi həll edirdi. Kitab seçərkən
barmaqlarının ucunda gəzirdi. Ona elə gəlirdi ki, ayaqlarını yerə bərk basarsa, kitabxanadakı mübhəm sükutu pozar və bununla da kitabların ruhunu incidərdi...O vaxtdan içinə kitabxanada olarkən sakit olmaq lazımdır hissi çökmüşdü. Qardaşı Abuzər müəllimin kitabxanası ona daha zəngin görünürdü. Hərdən kitabxananı da anası ilə müqayisə edirdi. Kitabxana da anası kimi onun beyninə hikmətlər yazmışdı. Qardaşının kitabxanasında hansı kitabı istəsəydi tapa bilirdi. Onlarla söhbətləşir, ürəyindəkiləri onlara deyir, suallarının cavabını onlardan alırdı. Sonralar tale onun yolunu Moskvada Lenin adına, Bakıda Mirzə Fətəli Axundov adına, Ulyanovskidə, Tiflisdə Dövlət Arxiv Kitabxanasından, Bakıda Əlyazmalar fondundan keçirdi. Çox şey öyrəndi bu kitabxanalardan. Elmi əsərlərini yazarkən bu kitabxanalardakı əl yazmalar, mənbələr çox köməyinə gəldi. Sonralar gördüyü bütün kitbxanalar Abuzər müəllimin evlərində yaratdığı kitabxanaya bənzəyirdi.
Tusinin kitabxanasında da hər şey və hər kəs sükut içindəydi. Amma hamı və hər kəs bir-birini anlayırdı. Əjdər bu kitabxanada xəyalən dəfələrlə olmuşdu. Budəfəki gəlişində böyük alimə onu düşündürən suallar verəcəkdi. Kitabxananın abu-havası ona bu sulları ünvanlamağa güc verirdi.
Mən pedaqoji sahənin tədqiqatçısıyam, deyə Əjdər sözə başladı: Uzun müddətdir ki, Sizin pedaqoji ideyalarınızı, ictimai-pedaqoji baxışlarınızı öyrənirəm. “Əxlaqi-Nasiri”, “İşarələrin şərhi”, “Maliyyət barəsində”, “Kainatın əbədiliyi və sonsuzluğu haqqında” əsərlərinizdə ictimai-pedaqoji fikirlərinizi geniş şəkildə izah etmisiniz. Siz gəncləri şəxsiyyət kimi formalaşdırmağın yollarının əxlaqın saflaşdırılmasında və ya əxlaqın təmizlənməsində görürsünüz. Sizin əsərləriniz mənin üçün həmişə ən mükəmməl pedaqoji qaynaq rolunu oynayıb. Şəxsiyyət problemini tədqiq etdiyim üçün fikirləriniz həmişə mənim üçün maraq kəsb edib. O da maraqlı olub ki, Siz mənəviyyatın təkmilləşməsini bəşər həyatının inkişaf və zənginləşməsi fonunda görürsünüz. Siz insanlara yanaşmasınızda irq, din, cins, millət ayrıseçkliyinə yol vermirsiniz. Hər bir insan Tanrının bir lütfüdür. Yazırsınız ki, hər bir adama təlim-tərbiyə verməklə onu saflaşdırmaq, zənginləşdirmək, şəxsiyyət kimin formalaşdırmaq mümkündür.
Tusi nəzərlərini kitablardan ayırmadan Əjdəri dinlədi. Sonra başını qaldırıb ast-asta sözə başladı: - İnsanın şəxsiyyət kimi formlaşmasında əsas məqsəd onun kamilliyə yetişməsidir. Bu kamillik onu xeyrə və səadətə qovuşdurmaq üçündür, dedi.
Əjdərin Nəsrəddin Tusi ilə xəyali söhbətlərinin əsasında böyük bir inkişaf yolu keçmiş cəmiyyətin təlim-tərbiyə sisteminin modeli dayanırdı. Cəmiyyət əslində gənc nəslin tərbiyəsinə hər zaman bu model əsasında yanaşarsa, uşaqların tərbiyəsində arzuolunanlara nail ola bilər. Şəxsiyyətin tərbiyəsi ailə və cəmiyyətin vəhdətdə işi sayəsində mümkündür. Lakin cəmiyyət elə bir tərbiyə mərtəbəsində olmalıdır ki, məktəb və ailə onun saf mənəvi aurasında inkişaf edə bilsin. Uşağın ailədə və məktəbdə gördükləri və eşitdikləri cəmiyyətdə tamamlansın. Uşaq məktəbdə və ailədə eşitdiklərinin və gördüklərinin tam eynini cəmiyyətdə də görsün. Müəllimin, ailənin sözü ilə cəmiyyət eyni sözü desin, eyni əxlaqi düşüncəni təlqin etsin. Cəmiyyət, məktəb və ailə elə bir bir əxlaqi baryerə sahib olsun ki, yad dəyərlərin mənəviyyata təsirlərinə imkan olmasın. Gənclər yad mədəniyyətin təsiri altına düşməsin. Bunun üçün də əxlaq baryeri hər zaman mövcud olmalıdır. Cəmiyyət bu rolu oynamalıdır. Millət öz dəyərlərini qorumaqla öz milliliyini də qorumuş olur. Yad təsirlər milləti içəridən gəmirən qurd kimidir. Bəzən yad mədəniyyəti insanlara elə sırıyırlar ki, insanlar “mədəniyyət” hesab etdiklərinin əsirinə çevrilirlər. Cəmiyyəti əgər bir ev hesab etsək, onda onun əsasən dörd sütun üzərində inkişaf edə biləcəyini deyə bilərik. Bunlardan birincisi təhsil, ikincisi əxlaqi dəyərlərə malik olan insanlar, üçüncüsü həqiqətin, ədalətin və xeyirxahlığn hökm sürməsi, dördüncüsü insanların gələcəyə möhkəm inamı.
Əjdərin yazılarında nail olmaq istədiyi ən mühüm məqam şəxsiyyətin mənəvi dəyərlər üzərində inkişafına nail olmaq idi. İstər vətəndaşlıq borcundan, istərsə də şəxsiyyətin formalaşdırılması problemindən yazarkən onun başlıca olaraq bir məqsədi var idi: şəxsiyyətin formalaşdırılması dinamikasını, bu istiqamətdə tarixi inkişaf istiqamətlərini, milli-mənəvi inkişafın köklərini açmaq, eyni zamanda onun ümumbəşəri mahiyyətini göstərmək. Tusi də məhz ümumbəşəri mahiyyət daşıyırdı. Ona görə də Əjdər ona müraciət edir, pərvazlanan düşüncələrinin Tusidə bərqərar olduğunu görürdü. Sanki Tanrı onları fikrən bir-birinə tuş edirdi. Yalnız Tusi deyil, haqqında sonralar bəhs edəcəyimiz digər mütəfəkkirlər də əslində bəşəridirlər. Onlardan da yeri gəldikcə nəql oluncaq. Hələliksə, qəhrəmanımız xəyalən Nəsirəddin Tusinin zamanındadır və onunla söhbətlərindən cəmiyyətimizin bugünü və sabahı üçün mühüm tərbiyəvi məqamlar meydana çıxmaqdadır.
- Mən bilirəm ki, Sizi bir pedaqoq, müəllim olaraq gənclərin təlimi, tərbiyəsi çox maraqlandırır. Haqlısınız. Cəmiyyətin inkişafını arzulayan alim ilk növbədə öz qövmünə bunları verməlidir. Əjdər Tusinin içindən süzülüb gələn sözləri həvəslə dinləyirdi. Tusi deyirdi: - Tərbiyənin birinci şərti odur ki, uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub – durmağa, oynamağa qoymayasan, uşaq nəfsi sadə olar, ətrafındakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır. Xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə tərbiyələndirmək vacibdir. Pul vermək, şirnikləndirmək olmaz. Bundan sonra adət-ənənə, davranış qaydaları, dini vəzifələri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, tabe olmadıqda tənbeh vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli işləri isə pisləmək lazımdır. Onda yaxşı bir hərəkət müşahidə etdikdə həvəsləndirib artırmaq, nöqsan gördükdə isə danlayıb qarşısını almaq məsləhətdir.
Çox yemək, çox içmək, bahalı dəbli paltarlar geyməyi onun gözündən salmalı, qarınqululuq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xüsusiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir.
Elm dalınca getsə, ona əvvəlcə əxlaq dərsi vermək, sonra isə hikmət nəzəriyyəsinə keçirmək lazımdır ki, uşaqlıqda əzbərləmə və təqlidetmə yolu ilə əldə etdiyi biliklərin mənasını anlasın, özü də bilmədən qazanmış olduğu səadətin nə qədər böyük olduğunu başa düşsün, böyüklərinə təşəkkür etsin.
Kimin nəyə qabiliyyəti varsa, onunla məşğul olsa, tez nəticə verər, böyük sənətkar olar. Əks təqdirdə zəhmət hədər gedər, ömür puç olar.
Hansı fənni öyrənmək, o sahədə ixtisas sahibi olmaq istəyirsə, o fənlə əlaqəsi olan bütün elmlər və sənətlərlə məşğul olmağa həvəs göstərməlidir.
Əjdər Tusinin danışdıqları ilə anası Ceyran xanımın dedikləri, bir zamanlar qoca qazaxdan eşitdikləri arasında paralellər aparırdı. Vaxtilə bu paralelləri müəllimi Mikayıl Rəfili, böyük mütəfəkkir Fərhad Ağazadə və anası arasında aparmışdı. Onlardan duyduğu mətləblər Əjdərin dissertasiya müdafiəsi zamanı çox köməyinə gəlmişdi. Belə düşünürdü ki, namizədlik dissertasiyası zamanı anasından, Mikayıl Rəfilidən və Fərhad Ağazadədən öyrəndikləri onu yol üstünə qoymuşdu. İndi də həmin düşüncələrə dalmışdı. Amma bu dəfə paralellər axtardığı Nəsirəddin Tusi və anası idi. Sonralar bu sıra daha da genişlənəcəkdi. Anasının tərbiyə barəsində danışdıqları Tusi ilə eyniyyət təşkil edirdi. Məgər Ceyran xanım Tusini oxumuşdu? Əjdərin bildiyinə görə yox, oxumamışdı. Mənim fikrimcə, el ağsaqqalları, el ağbirçəkləri ən böyük alimlərdir. Ceyran xanım da belə ağbirçəklərdən idi. Əjdərin düşüncələrində özünə yer eləmiş, ideyalarına istiqamət vermiş Tusi və Ceyran xanım düşüncələri zamanla onun yazılarında özünə daha geniş yer tutacaqdı. Elmlə həyat təcrübəsinin sintezindən yaranan orijinal fikirlərin yer aldığı maraqlı məqalələr, əsərlər yaranacaqdı. Bu əsərlər oxucunu real həyat həqiqətlərindən hörülmüş fikirlərlə üz-üzə qoyacaqdı. İnsana həyat qədər heç nə tam mənası ilə dərs verib, onu kamilləşdirə bilməz. Elm həyatdan qaynaqlandıqca, öz mahiyyətini daha da dərinləşdirir. Dərk edən üçün həyat ən qiymətli kitabdır. O məqalə, o kitab oxunur ki, orada həyat gerçəklikləri olduğu kimi əks olunmuşdur.
Tusi ilə xəyali söhbətləri zamanı aynada yeddi yüz il əvvəli görmüş, həmin zamanın abu-havasına qarışmış, o dövrün ruhuna qovuşmuşdu. Amma xəyal bir anda yox olmuşdu. Bir göz qırpımında yeddi yüz illik məsafəni qət edib zəmanəsinə dönmüşdü. Əjdərə elə gəlirdi ki, bir neçə saat onu yeddi yüz il yaşlandırıb.
Bu zaman Əjdərin düşüncəsinə iki hiss hakim idi. Biri onu keçmişə bağlayırdı. Keçmişin pedaqoji fikrinin daha incə məqamlarına qanadlandırırdı. İkincisi isə müasir dövrün pedaqoji məsələri idi. Əjdər öz elmi prinsplərinə sadiq qalaraq elmi əsərlərini tarixi faktlarla zənginləşdirir, milli dəyərlərin qorunub saxlanmasına, təhsil, tərbiyə ənənələrimizin yaşamasına çalışırdı. Bir tarixçi kimi peşəkar xüsusiyyətləri onu faktlardan dəqiq, yerində və ardıcıllıqla istifadə etməyə sövq edirdisə, bir müəllim, pedaqoq, filoloq olaraq fktların mənəvi mahiyyətini incələməyə gətirirdi.
O günlər içindən içinə bir yol çəkmişdi Əjdər. Elə bu yol da keçmişlə bağlı düşümcələri ilə müasir dövrlə bağlı düşüncələrini birləşdirirdi. Bu yol gedildikcə uzanır, sanki ruhunun hüdudlarını genişləndirirdi. Ruhu elmin sonsuz səmasında pərvaz etdikcə Tanrı onu pedaqoji elmi zənginləşdirən fikirlərlə ruh-ruha gətirirdi. Bu ona güc verirdi. Düşünürdü ki, elm həqiqət yoludur. Gerçək elm gerçək həqiqətdir..
Böyükağa Mıkayıllı " İşıq" 2-ci hissə

No comments:
Post a Comment