Kimya, biologiya, coğrafiya dərslərində bəzi mövzuların tədrisində ekologiyanın qorunması, yaşıllıqların məhv edilməsi, su hövzələrinin çirklənməsi, zibilliklərin artması, qlobal istiləşmə, xəstəliklərin çoxalması, havanın zəhərlənməsi, bitki və heyvanat aləminin, o cümlədən, meşələrin azalması, bunların törətdiyi fəsadlar nəticəsində uşaqların cırlaşması, bitki və heyvanlarda müxtəlif xəstəliklərin əmələ gəlməsi, bəzi
canlıların nəslinin azalması kimi fəsadları törədən səbəbləri şagirdlərə çatdırmaq lazımdır. Sənaye tullantıları nə qədər çox emal edilərsə və zərərsizləşdirilərsə canlı aləmə vurulan zərbə də bir o qədər az olar. Xalq təsərrüfatının, kənd təsərrüfatının və sənayenin intensivliyi artdıqca zərərli maddələrin yer səthində səpələnməsi, havanın, suyun, torpağın çirklənməsini də gücləndirir. Bu vəziyyətdən çıxmaq üçün indi işlənən xammalı yenisi ilə əvəz etmək və ya tullantıları əhəmiyyətli dərəcədə emal edərək zərərsizləşdirməkdən, təkrar istifadə oluna biləcək şəklə, yeni xammala çevirməkdən ibarətdir. Məhz bu yol tullantısız texnologiya deməkdir.
İndi respublikamızın bütün regionlarında su- kanalizasiya sisitemi yeniləşdirilmişdir, çünki su problemi ən vacib problemdir. Respublikamızın dilbər guşələrindən biri olan Zaqatalada da bu sahədə çox böyük işlər görülmüşdür. Bütün küçələrdə su –kanalizasiya xətləri yeniləşdirilmiş, təkmilləşdirilmişdir, zibilliklər təmizlənmişdir. Yollarda, boş sahələrdə İcra başçısının təşəbbüsü ilə qoz, fındıq və şam ağacları əkilir, yaşıllaşdırma işləri aparılır. Rayonumuzun şimal- qərb massivində həmin zibillikləri, tullantıları çirkab suları təmizləyən və təkrar emala göndərən iri həcmli obyekt “Çirkab suları təmizləyən qurğu” yaradılmışdır. Burada emal edilib təmizlənmiş çirkab sulardan əkin sahələrini suvarmaq üçün, tullantılardan alınan maddələrdən isə gübrə kimi istifadə ediləcək, o, cümlədən Salyanda Xəzər dənizinin suyunu duzlardan və digər qarışıqlardan təmizləyərək əhali üçün istifadəyə veriləcək böyük su anbarı və qurğuları tikilmişdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təsvir edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Bu yaxınlarda Bakının ətraf kəndlərinə - Xocasən, Qaradağ rayonu və digər rayonlarda yaşıllıqlar salınmış, müxrəlif növ ağac tinkləri əkilmişdir. Bunun da ekologiyanın təmizlənməsində, atmosferin oksigenlə zənginləşməsində, fotosintez prosesinin yaranmasında çox böyük rolu vardır. Biz hələ məktəbdə oxuyan illərdə hər bir şagirdə tapşırılırdı ki, köhnə metal qırıntıları, kağız, kardon, şüşə tullantıları toplanılsın, toplanan tullantılar isə məktəbə təhvil verilirsin. Toplanmış tonlarla metal tullantılar Bakı-Sumqayıt Metallurgiya kombinatlarına, çuqun-polad istehsal edən zavodlara, kağız tullantıları isə Bakıda müvafiq zavodlara təkrar emala göndərilirdi. Mən çox arzu edərdim ki, indi məktəblərimizdə də bu kimi proseslər həyata keçirilsin. Şagirdlər əmək sərf edərək istifadə edilən materialın dəyərini bilsin, küçələrdə, yollarda, meşələrdə, parklarda, ümumiyyətlə, hər yerdə tullantılara qarşı mübarizə aparsınlar. Kimya müasir inkişafla sıx bağlıdır. Müasir kimya elminin son nailiyyətlərindən, ondan alınan məhsullardan istifadə etmədən yaşaya bilmərik. Bəzən bizə elə gəlir ki, ekoloji təhlükənin yaranmasında kimya elmi təqsirkardır, lakin bu belə deyil, kimya elmi təqsirkar deyil, onu düzgün tətbiq edə bilməyən insanlar təqsirkardırlar. Ekoloji biliyin təməli, ətraf mühitin qorunması haqqında orta məktəblərdə, müxtəlif mövzuların tədrisində şagirdlərə ilkin məlumat vermək lazımdır. Dərs zamanı hər bir müəllim regionun ekoloji xüsusiyyətini nəzərə almalıdır. Məs: Sumqayıt şəhərində xlorüzvi maddələr istehsal edən zavod, o, cümlədən bəzi üzvi birləşmələri istehsal edən sexlər işləmir. Buna səbəb xlorüzvi birləşmələrin insan orqanizminə toksiki təsiridir. Bizim hamımızın gördüyümüz “Qara şəhər”dən heç bir əsər əlamət qalmamışdır. İndi orada möhtəşəm “Ağ şəhər” salınır. Oradakı köhnə Neft-kimya zavodları yenisi ilə əvəz olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakıda yeni texnologiya ilə işləyəcək Neft - Kimya kompleksi tikiləcək. Bu da ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq. Səlminaz HEYDƏROVA, Zaqatala şəhər Z. Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin kimya müəllimi

No comments:
Post a Comment