Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Respublikamızda meşələrin əksər sahələri Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ bölgəsində yerləşir. Zaqatala Böyük Qafqazın cənub yamaclarında yerləşir. Zaqatalanın bitki örtüyü olduqca müxtəlif və zəngindir. Burada müxtəlif növ dərman və texniki bitkilər həm yabanı halda, həm də mədəni halda bitir. Meşələrimiz faydalı dərman və texniki bitkilərlə zəngindir. Biologiya dərslərində şagirdlərə yeri gəldikcə bu bitkilərin əhəmiyyətini başa salmaq, onları toplayaraq evdə xalq təbabəti üsulu ilə dərman kimi istifadə etmək, eyni zamanda əczaçılıq apteklərinə təhvil vermək lazımdır. Bu bitkilərdən aşağıdakıları misal göstərmək olar.
1. İtburnu- İtburnunun meyvələrində efir yağı, üzvi turşular, B qrupu, P, K və C vitamini vardır. İtburnu təbii vitamin mənbəyi olduğu üçün ondan sinqa, vitamin çatışmazlığı, qan azlığında, babasildə, aterosklerozda və soyuqdəymədə, böyrək, sidik kisəsi xəstəliklərində sidik qovucu kimi istifadə olunur.
2.Yemişan- Yemişandan xalq təbabətində ürək- damar sisitemi xəstəliklərinin müalıcəsində, çiçəklərindən və meyvələrindən qan təzyiqinin müalicəsində, mədə həzminin yaxşılaşdırılmasında, körpə uşağı olan anaların südünün artırılmasında istifadə olunur. Yemişandan həmçinin zökəm, angina, revmatizm kimi xəstəliklərin müalicəsində istifadə olunur. 3.Quş üzümü- tərkibində 0,04 mq solomin və 120 mq askorbin turşusu vardır. Əsasən ürək-damar xəstəliklərinin müalicəsində, qan təzyiqinin azaldılmasında, tənəffüs yollarının iltihabı xəstəliklərində və vitamin çatışmazlığında istifadə olunur. 4. Böyürtkən- tərkibində 271 mq. C vitamini və 12 mq. aşı maddələri vardır. Meyvə və yarpaqlarından hipertoniya və sinə xəstəliklərində, kal meyvələrindən isə şəkər xəstəliklərinin müalicəsində, boğaz xəstəliklərində dezinfeksiyaedici dərman kimi istifadə edilir. 5. Zoğal- həm yabanı, həm də mədəni sortları var. Meyvəsində 55 mq. C vitamini vardır. Yarpaqlarından hazırlanmış sulu dəmləmə mədə-bağırsaq pozğunluqlarında, zoğaldan hazırlanmış zoğal turşularından isə həzmi yaxşılaşdırmaq, şəkərli diabet xəstəliklərində zoğaldan hazırlanmış lavaş və mürəbbədən geniş istifadə olunur. 6. Moruq- tərkibində karotin, B qrupu vitaminləri və C vitamini, salisil, alma və limon turşuları vardır. Moruğun çiçək və yarpaqlarından soyuqdəymə zamanı, qan təzyiqi, ürək-damar xəstəliklərinin müalicəsində, vitamin çatışmazlığında istifadə olunur. 7. Balqabaq- xalq təbabətində balqabağın toxumundan və özündən istifadə olunur. Toxumunun tərkibində C, B, Stearin və olein turşusu, yumşaq hissəsində isə fosfor turşusu, K, Ca, Mg, Fe və nikotin turşusu vardır. Əsasən qurd tökulməsi zamanı, qaraciyər xəstəliklərində, mədə yarasının müalicəsində istifadə edilir. Zaqatalada belə dərman bitkiləri olduqca çoxdur, onları yazmaqla qurtarmaq olmaz. Məs: istiot, çobanyastığı, bağayarpağı, öymədəran, çaytikanı, quşarmudu, gicitkən, qoz (qoz yağı), fındıq (fındıq yağı), aloe, qıjı, dəfnə yarpağı, kəklikotu, dəmrovotu, yarpız , çuğundur, nanə, qarğıdalı saçağı, andız, qarağat, malina, yerkökü, turp, limon, nar və s. Zaqatalada dərman bitkilərindən başqa müxtəlif növ ağaclar, kol və ot bitkiləti də bitir. Məs: akasiya, qovaq, çinar, söyüd, cökə, maqnoliya, şam, dağdağan, palıd, şabalıd, yasəmən, əzgil, cır alma, cır alça, cır armud, ot bitkilərindən payızgülü, zanbaq, pişik nanəsi, sarı bənövşə, nərgizgülü, dağ keşnişi, yovşanı dağ çaylarının kənarında bitən baldırğanı, eşşək qanqalını, iyli dazı bitkisini göstərmək olar. Zaqatalada efir yağlı bitkilər sovxozunda Qazanlıqgülü və çay əkilir və sovxozun nəzdində təşkil olunmuş labaratoriyada efir yağı istehsal olunur. Zaqatala qızılgüllər diyarıdır. Zaqatalada becərilən qızılgüllərdən efir yağları, mürəbbə, gülbənd, gül suyu, gülab hazırlanır, o, cümlədən Ağlarot (Zytheraceae) fəsiləsinə aid olan xına bitkisi (Zawsonia inermis) becərilir. Xına bitkisi qədim bitki olub ondan boyayıcı maddə, kosmetika və tibbi preparat kimi dünyada geniş tətbiq olunur. Xınadan dalaq, öd kisəsi, sarılıq, dəri xəstəliklərinin o, cümlədən baş ağrılarını kəsmək, saç tökülməsinin qarşısını almaq üçün xına tozu sürtmə dərman kimi istifadə olunur. Toy mərasimlərində də xınadan istifadə olunur. Bu da bizim qədim adət-ənənəmizə sadiq olduğumuzu və xınanın böyük əhəmiyyətə malik olduğunu göstərir. Ona görə də belə əhəmiyyətli bitkiləri qorumaq, nəslini artırmaq lazımdır. Beləliklə, deyə bilərik ki, bu gözəl bitkilər insanın həyatına xoşbəxtlik, sevinc bəxş edir, insanda xoş əhval ruhiyyə və nikbinlik yaradır, insan ömrünü uzadır, yaşamağa zövq verir. Nərmin SALMANOVA, AMİ Zaqatala filialınin müəllimi

No comments:
Post a Comment