Fənn kurikulumlarının tətbiqinə başlandığı vaxtdan
məzmunla yanaşı, qiymətləndirmə və dərs
prosesinin gedişatında müxtəlif yeniliklər tətbiq olunmağa başladı.
Saysız-hesabsız iş üsullarından istifadə, iş formalarının dərsin mərhələlərinə
uyğun olaraq seçilməsi müəllimlərin diqqət mərkəzində dayanan ən mühüm məsələlərdən
birinə çevrildi.
Mütəxəssislərin də bildirdiyi kimi, “Nə qədər müəllim
varsa, o qədər də üsul var”. Hər bir müəllim öz bacarıqlarından istifadə edərək
sinfin səviyyəsinə uyğun iş üsullarından istifadə edə bilər. İş formaları isə
bildiyimiz kimi dörddür. (Fərdi iş, cütlərlə iş, kiçik qruplarla iş, böyük qrup
və ya kollektivlə iş)
Səbəbi məlum deyil ki, müəllimlərimiz fəal təlim və
“kurikulum” dedikdə ilk gözlərində canlandırdıqları iş forması kiçik qruplarla
iş olur. Təşkil olunan açıq dərslərdə də dəfələrlə müşahidə etmək olur ki, ən
çox müraciət olunan iş forması budur.
Ancaq təbii olaraq bir dərs ili boyunca ancaq bu iş formasından istifadə
passivliyə, şagirdlərdə marağın azalmasına gətirib çıxarar. Mövcud dörd iş
formasından dərsin mərhələrinə uyğun olaraq istifadə edilərsə, bir dərs
prosesində 3 formaya belə müraciət oluna bilər.
Motivasiya zamanı müəllimlər demək olar ki, bütün
hallarda kollektiv iş formasına müraciət edirlər, həmçinin dərsin sonuncu mərhələsi
olan refleksiya, informasiya mübadiləsi
mərhələlərində də müəllim böyük qrupla iş görür. Cütlərlə, fərdi və
kiçik qruplarla iş daha çox tədiqaqat mərhələsində məqsədəuyğundur.
Məktəbdaxili
qiymətləndirmənin üç növündən (diaqnostik, formativ, summativ) düzgün
qaydada istifadə ən mühüm məslələrdəndir.
Müşahidlərdən belə nəticə gəlirik ki, müəllimlərimizin bir qismi kiçik
qrupların fəaliyyətinin stimullaşdırılması üçün qiymətləndirmə formasını fərdi
qiymətləndirmə olaraq şagird gündəliyində qeyd edirlər. Qrupların qiymətləndirməsi
zamanı qoyulan meyarların düzgün seçilməməsi də bu işi bir qədər çətinləşdirir.
Vaxtdan səmərəli istifadə üçün kiçik qrup iş
formasından istifadə əlverişlidir, həm də bildiyimiz kimi, bu forma şagirdlərdə
bir çox bacarıqları (əməkdaşlıq etmə, dinləmə, vaxta qənaətetmə və s)
formalaşdırır və inkişaf etdirir. Ancaq birmənalı şəkildə unutmamaq lazımdır
ki, biz sadəcə qrupun ümumi əməkdaşlıq, bilik və bacarığını stimullaşdırmaq
üçün sonda qiymətləndimə aparırıq və bu rəsmi qiymətləndirmə deyil. Qrup işini qiymətləndirərkən seçilən meyarlar
standartladan irəli gələn bilik və bacarıqlar deyil, qrupdaxili iştirakçıların
bacarıqlarını əks etdirən meyarlar olmalıdır. Əməkdaşlıq etmə, dinləmə, vaxta qənaətetmə
kimi. Meyarları yazarkən standartları əsas götürsək bu o deməkdir ki, qrupda
olan 5 və ya daha çox şagirdin bilik və bacarığını qrup işinə görə qiymətləndiririk.
Qrupda olan ən zəif və ən güclü şagirdi də eyni qiymətlə qiymətləndirilmiş oluruq.
Təbii ki bunları mütləq nəzərə almaq lazımdır.
Müəllimlərin fərdi yanaşmasından asılı olaraq, qrup
işləri bəzən “4,5”, bəzən “-,+”, bəzən isə müxtəlif üz ifadələri (smayllar) ilə
qiymətləndirilir. Bu seçim tamamilə müəllimdən asılıdır. Ancaq daha məqsədəuyğun
olar ki, rəsmi qiymətləndirmə olan
“3,4,5” bunlardan yayınaq. Sadəcə bir alqışla belə qrup iştirakçılarını təbrik
edə, işlərini dəyərləndirə bilərik. Əks
halda qiymətləndirmə cədvəlində öz yerini tutan “3, 4,5 “ rəqəmləri şagirdlərin
və valideynlərin nəzərində rəsmiləşə bilər. Bunun qarşısını isə müxtəlif
stimullaşdırma formaları seçərək ala bilərik.
Dərsin mərhələlərinə əməl etmək nə qədər vacibdirsə, qiymətləndimə növlərini məqamında
düzgün istifadəsi də bir o qədər zəruridir.
Nərmin
MUSAYEVA, Şəki şəhər 5 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
No comments:
Post a Comment