6-7 mart
2015-ci il tarixlərində Azərbaycan Təhsil Şurası Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə
birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və
praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirdi.
Elmi-praktik konfransda Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev, Təhsil Şurası idarə heyətinin üzvləri BPKİYİ-nun rektoru, professor
Asəf Zamanov, ADPU-nun kafedra müdiri professor Mirzəli Murğuzov, Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov, Qafqaz
Universitetinin professoru Erdal Karaman, Böyükağa Mikayıllı, Həqiqə Məmmədova,
Aliyə Təhmasib, Samir Mehdizadə, Kəmalə Qədirova, Sevinc Niftiyeva, konfransın
təşkilat komitəsinin üzvləri Nizami Məmmədli, Arif İbrahimov, eləcə də
respublikanın qabaqcıl müəllimləri, Qarabağ həqiqətləri mövzusunda araşdırma
aparan tədqiqatçılar, təhsil işçiləri iştirak edirdilər. Konfransda ilk olaraq
ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqrımdan bəhs edən dərs
nümayiş olundu.
Elmi-təcrübi
konfransı giriş sözü ilə açan BPKİYİ-nun direktoru professor Asəf Zamanov
söylədi ki, Azərbaycan Təhsil Şurasının “Qarabağ həqiqətlərinin böyüyən nəslə
çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda birgə konfrans
keçirmək təklifini məmnuniyyətlə qəbul etdilər. Çünki bu mövzu Azərbaycan üçün
böyük əhəmiyyət daşıyan bir məsələdir. Bu gün Azərbaycanın ağrılı yeri olan
Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, bu məsələnin həlli
istiqamətində Azərbaycan prezidenti cənab İlham Əliyev dünya miqyasında
fundamental xarakterili işlər həyata keçirir. Bütün bunlar torpaqlarımızın
tezliklə işğaldan azad olunacağına böyük inam verir. Çox yaxşı haldır ki,
Azərbaycan Təhsil Şurası müəllimləri bu mühüm mövzu ətrafında birləşdirmək,
dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək kimi əhəmiyyətli
bir tədbiri həyata keçirməyi qərara almışdır. Hesab edirəm ki, bu, bizim hər
birimizin vətəndaşlıq borcudur.
Azərbaycan
Təhsil Şurasının sədri professor Əjdər Ağayev müəllimlərin Qarabağ
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində bir araya gələrək fikir bildirmələri, elmi-tədqiqat
xarakterli yazılarla çıxış etmələrinin təqdirəlayiq hal olduğunu dilə gətirdi.
O, Təhsil Şurasının həyata keçirdiyi elmi-təcrübi konfransın mahiyyətindən,
ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqrımlardan,
ölkəmizə qarşı
irəli sürdükləri ərazi iddialarından, işğalçılıq niyyətlərindən bəhs etdi.
Söylədi ki, bu gün müəllimlərinin qarşısında Qarabağ həqiqətlərinin dünya
ictimaiyyətinə, eləcə də gənc nəslə çatdırılması kimi çox mühüm vəzifələr
dayanır. Biz düşünürük ki, müəllimlər dərs prosesinin imkanlarından istifadə
etməklə bu mühüm vəzifənin öhdəsindən gəlməlidir. Əjdər Ağayev vurğuladı ki,
ötən ilin noyabrında Gürsüstanın Kabuleti şəhərində Şuranın təşkil etdiyi
Beynəlxalq elmi-təcrübi konfransda da Qarabağ həqiqətlərindən bəhs olunub.
İştirakçı müəllimlərimizin Qarabağın tarixi mövzusunda nümayiş etdirdikləri
dərslər Gürcüstanlı müəllimlərin marağına səbəb olub. O, ümidvar olduğunu
bildirdi ki, bu konfrans Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılmasına öz töhfəsini verəcək. Ə.Ağayev söylədi ki, konfrans materialları ABŞ-da və Azərbaycanda yayılması
nəzərdə tutulan Azərbaycan, ingilis dillərində çap olunacaq “Realities of
Karabakh” adlı kitabda yer alacaq. Kitabın nəşrinin Təhsil Şurası tərəfindən,
yayımının ABŞ Qarabağ Fondu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonar
çıxış edənlər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədr müavini, İqtisad Universitetinin dosenti Şaiq Əsgərov, professor Mirzəli
Murğuzov əsrlər boyunca davam edən erməni məkrnindən, onların təkcə Azərbaycana
qarşı deyil, türk dünyasına qarşı tutduqları işğalçılıq siyasətindən bəhs
etdilər.
Konfransda iştirak edən ABŞ-ın Qarabağ
Fondunun icraçı direktoru xanım Diana Kohen Altman “Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasının metodoloji əsasları” mövzusunda məruzə
etdi. O, məruzəsində vurğuladı ki, bu gün Azərbaycan müəllimlərinin qarşısında
dayanan ən vacib məsələlərdən biri Qarabağın mədəniyyəti, incəsənəti, təhsili,
ədəbiyyat tarixi, maddi-mədəni irs nümunələri və s. haqqında həqiqətə söykənən
gerçəkliyi beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda bu həqiqətləri
dərindən bilən gənclik formalaşdırmaqdır. Yalnız bundan sonra ölkənin haqq
səsini dünyaya eşitdirmək mümkündür. Xanım Diana Altman daha sonra Qarabağ
Fondunun ABŞ-da Qarabağ həqiqətləri ilə bağlı həyata keçirdiyi layihələrdən
bəhs etdi. Söylədi ki, bu layihələr bütünlükdə Azərbaycan həqiqətlərinin
Amerika ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Xanım Diana Kohen Altman
konfrans iştirakçısı olan müəllimlərdən Mehriban Məmmədovanın, Sevda
Abuzərlinin və digərlərinin suallarını cavablandırdı.
Konfransın
ikinci hissəsində tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin
müəllimi Ülviyyə Əjdərqızı, Xəzər
Universiteti və Dünya məktəbinin tarix müəllimi Arif İbrahimovun birgə
hazırladıqları "Erməniçilik nədir və
uydurma erməni soyqırımı" adlı tədris filmi (metodik-praktik) nümayiş
olundu. Film konfrans iştirakçıları tərərəfindən maraqla qarşılandı.
Martın 7-də konfrans öz işini bölmələrdə “Ayrı-ayrı fənlərin tədrisində şagirdlərə
Qarabağda törədilən faciələrin mahiyyətinin öyrədilməsi”, “Xocalı soyqrımının
təlim və tərbiyə işində şagirdlərə izahı”, “Erməni-daşnak qruplarının Qarabağda
törətdikləri müharibə qırğınlarının nəticələri”,“Şuşa Azərbaycanın mədəniyyət
və ticarət mərkəzi kimi.”,“Şuşa şəhərinin xanlıq mərkəzi kimi yaradılması və
inkişafı”,“Şuşalı xanəndələr və musiqi xadimləri”, “Qarabağın mədəniyyət
abidələri və mədəniyyət xadimləri”,“Xan qızı Xurşudbanu Natəvanın ədəbi-ictimai
fəaliyyəti”, “Mir Möhsün Nəvvabın ensiklopedik dünyası”, “Qarabağda təhsilin
təşkili və inkişafı”, “Qarabağ atlarının dünya məşhurluğu”, “Qarabağ –
gözəlliklər dünyası”,“Ermənilərin Qarabağa köçürülməsi tarixi sənədlərdə”,
“Qarabağda şifahi xalq ədəbiyyatı nümunələri”,“Erməni daşnaklarının Azərbaycanda
törətdikləri soyqrımlar” mövzularında müəllimlərin, Qarabağ mövzusunda tədqiqat
aparan alimlərin çıxışları ilə davam etdi.
Konfransın “Qarabağ həqiqətləri və onların tədrisi
məsələləri” adlandırılan bölməsinə professor Əjdər Ağayev və professor Mirzəli
Murğuzov, “Qarabağ həqiqətlərinin tədris prosesində böyüyən nəslə
çatdırılması məsələləri” bölməsinə isə professor Asəfə Zamanov və
professor Erdal Karaman rəhbərlik edirdilər.
Elmi-təcrübi
konfransda Azərbaycan Müəllimlər
İnstitutunun Mingəçevir filialının müəllimi Mayıl İsmayılov “Qarabağ həqiqətlərinin erməni yozumu”, Şirvan şəhər
T. Bağırov adına 11№-li tam orta məktəbin
tarix müəllimi Seyyub Əsədov “ Qarabağ həqiqətlərinin məktəblilərə öyrədilməsində
tarixi qaynaqların rolu”, İsmayıllı
şəhər İ.Həsənov adına 1№-li tam orta məktəbin müəllimi Leyla Babayeva "
Şuşa Azərbaycanın mədəniyyət və ticarət mərkəzi kimi", Salyan rayon I Varlı kənd
tam orta məktəbin müəllimi Nisə Fərəcova “Erməni-daşnak qruplarının Qarabağda
törətdikləri müharibə qırğınlarının nəticələri”, Salyan şəhər A.Pənah
adına 1 nömrəli humanitar fənlər təmaüllü məktəb-liseyin müəllimi,
Respublikanın əməkdar müəllimi Zabul Əhmədov “Qarabağda təhsilin təşkili və inkişafı”, Bakı şəhəri 239 N-li tam orta
məktəbin müəllimi Nübar Qayıblı “İşğal olunmuş Azərbaycan ərazilərində ekoloji
vəziyyət”, İsmayıllı şəhər N.Behdiyev adına 6 №-li tam orta
məktəbin müəllimi Şayəstə Abdulova "Şuşalı xanəndələr və musiqiçilər",
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və Çağırışaqədər
Hazırlıq fakültəsinin dekan müavini,
fəlsəfə doktoru Mirvari Verdiyeva “Coğrafiyanın tədrisində şagirdlərə
Qarabağda törədilən faciələrin mahiyyətinin öyrədilməsi”, Xəzər rayonu 324 №
li tam orta məktəin müəllimi Vüsalə Hüseynova “Qarabağ mədəniyyəti”, Astara şəhər Ceyhun Babayev adına 3 nömrəli
tam orta məktəbin tarix müəllimi İlhamə Məmmədova
“Şuşa
şəhərinin xanlıq mərkəzi kimi yaranması və inkişafı", Cəmşid
Naxçıvanski adına hərbi liseyin müəllimi Şəlalə Haqverdiyeva “Xocalı Soyqırımı
haqqında həqiqətlər”, S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif
müəllimi İradə Məlikova “Şagirdlərə
Qarabağda törədilən faciələrin mahiyyətinin öyrədilməsi”, Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin müəllimi
Mehriban Məmmədova “Qarabağ – sağalmaz yaramız”, Azərbaycan Dillər Universitetinin müəllimi Sevda
Abuzərli "Azərbaycanın sağalmaz yaraları", Təhsil Nazirliyi Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsi
Treninq və Monitornq şöbəsinin müdiri Ramil Süleymanov “Ermənistan
tarixi-Ermənilərin Azərbaycana qarşı soyqrım siyasətinin əsas mahiyyəti” N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli
tam orta məktəbin
müəllimi Gülçohrə Fərəcova “ Xan qızı
Xurşudbanu Natəvanın ədəbi- ictimai fəaliyyəti”, Qubadlı rayon S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Məxmər
Hüseynova “Erməni daşnaklarının Azərbaycanda törətdikləri soyqrımlar”, Kürdəmir şəhər
3 nömrəli tam
orta məktəbin müəllimi Günəş
Xudiyeva “Xocalı soyqırımının təlim – tərbiyə işində
şagirdlərə izahı”, Şəmkir rayon Aşağı Seyidli kənd Natiq Abbasov
adına tam orta məktəbin müəllimi Xəyal Nəsibli “1918-ci il mart soyqrımın AXC tərəfindən
yaradılmış fövqəladə istintaq komissiyası tərəfindən araşdırılması”, Xarici Dillər Təmayüllü Gimnaziyanın
ibtidai sinif müəllimi Şəcahan Ramazanova
“Xocalı soyqırımının təlim və tərbiyə işində şagirdlərə çatdırılması yolları”, Şəmkir rayon Əliyaqublu kənd tam orta məktəbin
müəllimi Türanə Məmmədova “Qarabağ xanəndəlik məktəbi”, Qafqaz Universitetinin
professoru Erdal Karaman “Yoxolma
təhlükəsindəki bir ağız: Qarabağ ağzı”, N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta
məktəbin müəllimi Əsgər Manafov “Şuşa
şəhərinin xanlıq mərkəzi kimi yaradılması və inkişafı tarixindən”, Biologiya elmləri doktoru, Rusiya Keyfiyyət
Problemləri Akademiyasının həqiqi üzvü Eyyub Bəşirov “Qarabağ cins atlarının
yaradılması tarixindən”, Bakı şəhəri, Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin
direktoru, Respublikanin əməkdar müəllimi Ceyran Novruzova “Qarabağ ərazisində
tarixi mədəniyyət abidələri (Azıx mağarası)” mövzusunda çıxış etdilər.
Konfransın sonunda dünya ictimaiyyətinə müraciət-qətnamə qəbul olundu.
Martın
8-də konfrans iştirakçılarından bir qrupu Quba Soyqrım memorial abidəsini
ziyarət etdilər.
Təhsil
Şurasının mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi
No comments:
Post a Comment