5.20.2015

Coğrafiya fənni üzrə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” başlığı altında keçirilən BİLİK YARIŞLARI

  Faizə HÜSEYNOVA, 129 №-li
Məktəbin coğrafiya müəllimi

 Orta məktəblərdə tədris olunan fənlər içərisində coğrafiyanın öz yeri, öz xüsusiyyətləri var. Şagirdlərin dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarında bu fənnin rolu çox böyükdür. Uşaqlarda bu sevgi fənnin maraqlı olması ilə bərabər həm də yaşadığımız dünya, o cümlədən respublikamız, onun çeşid-çeşid bölgələri, dağları, meşələri və dənizləri haqqında bilik verməsi, onları qiyabi olaraq "dünya səyahəti"nə çıxara biməsi ilə bağlıdır. Vətənimizin müharibə şəraitində olduğu bir vaxtda şagirdlərin ölkəmizin yaşayış məntəqələrini, dağlarını, düzənliklərini, çaylarını, göllərini daha yaxşı tanımalarına böyük ehtiyac var. Şagirdlər nəinki coğrafi adları bilməli, həmçinin bu adların yaranma tarixini, mənşəyini öyrənməli, adları dəyişdirilmiş yurd yerlərimiz haqqında məlumata malik olmalıdırlar. Şagirdləri Vətənimizin füsunkar təbiəti ilə yaxından tanış etmək üçün bu fənnin çox böyük imkanları var. Xüsusilə VIII sinif "Azərbaycanın fiziki coğrafiyası", "Azərbaycanın iqtisadi və sosial coğrafiyası" dərsliklərinin rolu böyükdür. 

Şagirdlərdə coğrafiya fənninə idrak maraqlarını formalaşdırmaq, həyatla əlaqəsinin, rolunun artırılması,  tədris prosesində öyrədilən proqram mətninin məzmununun yüksəldilməsi, şagirdlərin coğrafi biliklərinin artırılması və fərdi qabiliyyətlərini inkişaf etdirmələri, coğrafi informasiya mənbələri ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi, düzgün istiqamətləndirilməsi və rəğbətləndirilməsi  məqsədilə bizim məktəbimizdə dəfələrlə coğrafiya fənni üzrə bilik yarışları təşkil edilmişdir.  Bilik yarışlarında mövzunun virtual və maraqlı, mübahisəli olması, müzakirə, rəy və mübahisələrin bu yarışların əsası olması bu yarışları daha da maraqlı etmişdir. Şagirdyönümlülüyə, nəticəyönümlülüyə, şəxsiyyətyönümlülüyə, tələbyönümlülüyə istinad olunan bu yarışlarda şagirdlərin bilik səviyyəsi, müstəqilliyin dərəcəsi dəyişdikcə məntiqi mühakimələri daha yüksəlir. Bilik yarışına baş vuran şagirdlər coğrafiya fənnini necə sevdiklərini, necə öyrəndiklərini nümayiş etdirirlər. Təşkil edilən bilik yarışları  təlim prosesində şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürünün, şəxsi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına, şagirddə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarmaq, layihələr irəli sürə bilmək bacarıqlarının formalaşmasına imkan yaradır.
Bilik yarışmalarının əsas istiqaməti ətrafda baş verən təbii hadisə və proseslərin yaranma səbəblərinin, inkişaf xüsusiyyətlərinin, onların ərazi üzrə paylanma qanunauyğunluqlarının, Yer kürəsi əhalisinin və ölkələrin sosial-iqtisadi inkişafına və qlobal problemlərə dair bilik və bacarıqların mənimsənilməsinə yönəlmişdir.
Bildiyiniz kimi  kimi son üç ildə bizim məktəbimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, şagirdlərin bilik və bacarığının artırılması, müəyyən olunması, keçirilən dərslərin keyfiyyətcə yaxşılaşdırılması, məktəblilər arasında məktəbə, doğma vətənimizə sevgi ruhunun artırIması və eyni zamanda şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər, o cümlədən intellektual oyunlar və bilik yarışları həyata keçirilmişdir. Bu tədbirlər yüksək səviyyədə təşkil olunmuş və müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Mart və aprel aylarında məktəbimizdə Müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Azərbaycan, biz həmişə səninləyik” başlığı altında “Bilik yarışı”ı keçirildi. “Bilik yarışı”nın keçirilməsi məqsədi ilə fənn müəllimlərindən ibarət komissiya yaradıldı. Yarışa başlamazdan öncə məktəbin coğrafiya  müəllimi Faizə Hüseynova şagirdləri və qonaqları salamlayaraq, keçirilən bu tədbirlərin  əsas məqsədinin VIII sinif şagirdlərinin оrta məktəblərdə tədris olunan fənlər içərisində öz yeri, öz xüsusiyyətləri olan və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarında böyük rolu olan coğrafiya fənninə olan maraqlarının, bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək və artırmaq olduğunu bildirmişdir. Bundan sonra F.Hüseynova iştirakşıları Bilik yarışının şərtlərilə tanış edərək yarışın başlanmasına start verdi.
VIII siniflər arasında keçirilən bu Bilik yarışında “Azərbaycan”, “Odlar Yurdu” və “Vətən” adlı 3 güclü komanda iştirak edirdi. Hər komandanın kapitanı ayrı-ayrılqda komandalarını təqdim etdilər və komandalar biri-birlərini salamladılar. Bundan sonra komandaların şagirdləri Odlar Yurdu, Azərbaycan, Vətən haqqında maraqlı məlumatlar verdilər və bütün bunlar qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı.  3 turdan ibarət olan gərgin və maraqlı keçən bu yarışın I turunda “Vətən”  komandası, II turunda isə “Azərbaycan”  komandası yüksək bal toplayaraq yarışmanın qalibi oldular.  Qalib komandalar kubok və Fəxri Fərmanla təltif edildilər.
“Bilik yarışı”nın sonunda məktəbin direktotu S.Mehdizadə çıxış edərək Respublikamızda, o cümlədən məktəbimizdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə görülüən işlərdən danışdı. O, cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqətini qeyd edərək, onlara hər bir sahədə göstərilən qayğıdan, həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışdı, tədbirin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verdi, Faizə Hüseynovaya “Bilik yarışı”nı yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığını bildirdi,  ona və şagirdlərə uğurlar dilədi.

                                              

No comments:

Post a Comment